08 Dekabr 2025 19:05
322
İQTİSADİYYAT
A- A+
“Qarabağ KOB-ları layihəsi”nin 2025-ci ildə icrasına dair tədbir keçirilib

“Qarabağ KOB-ları layihəsi”nin 2025-ci ildə icrasına dair tədbir keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC və Milli Təhsil Texnologiyaları Mərkəzinin birgə tərəfdaşlığı, “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə reallaşdırılan "Qarabağ KOB-ları layihəsi"nin 2025-ci ildə icrasına dair tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, iş adamları və biznes assosiasiyaların təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbir öz işinə Azərbaycanın Dövlət Himninin səslənməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra “Qarabağ KOB-ları” layihəsinin 2025-ci il üzrə icrasına dair videoçarx nümayiş olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsi sahəsində aparılan işləri diqqətə çatdırıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi Zəfər qazandığı Vətən müharibəsindən sonrakı dövrdə nazirlik tərəfindən şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132 min şəxsə 406 min xidmət göstərildiyini, o cümlədən onlardan 28,6 min nəfərin aktiv məşğulluq proqramlarına cəlb olunduğunu bildirib. Nazir işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərlə bağlı işəgötürənlərlə əməkdaşlıq şəraitində icra olunan aktiv məşğulluq proqramlarını qeyd edib. Ötən dövrdə 111 min şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu bildirən Anar Əliyev “Qarabağ KOB-ları” layihəsinin şəhid ailələrinin, müharibə iştirakçılarının, onların ailə üzvlərinin məşğulluq imkanlarının yaradılmasına xidmət edən mühüm təşəbbüs olduğunu qeyd edib. O, sosial tərəfdaşlıq prinsipi əsasında reallaşdırılan layihənin əhalinin məşğulluğuna bundan sonra da öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Milli Məclisin sədr müavini Musa Qasımlı “Qarabağ KOB-ları layihəsi”nin bölgələrdə kiçik və orta biznesin inkişafına və qazilərin, şəhid ailələrinin sosial rifahına töhfə verdiyini qeyd edib. O, həmçinin layihənin davamlı şəkildə dəstəklənməsinin və uğurlu nəticələrinin gələcəkdə digər regionlara da tətbiq edilməsinin vacibliyini qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Qarabağ KOB-ları layihəsi”nin ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin və dəstəyin tərkib hissəsi olduğunu, qazilərin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə icra olunduğunu qeyd edib. Bildirilib ki, layihə yeni biznes subyektlərinin yaradılması baxımından da əhəmiyyətlidir. 2025-ci ildə layihə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Goranboy və Mingəçevirlə yanaşı, Füzuli, Xocalı, Laçın və Şuşa şəhərlərini də əhatə edib. Ümumilikdə cari ildə 100 nəfər biznes və peşə təlimlərinə cəlb olunub. Təlimləri uğurla başa vuran iştirakçılar özünüməşğulluq proqramı çərçivəsində seçdikləri istiqamətlər üzrə avadanlıqlarla təmin olunub və proses hazırda da davam etdirilir. Ümumilikdə 2023-cü ildən həyata keçirilən layihəyə indiyədək 220 nəfər cəlb olunub. “Qarabağ KOB-ları” layihəsi 2026-cı ildə də şəhid ailələri və qazilərimizə dəstək verməyə davam edəcəkdir.

"Qarabağ KOB-ları layihəsi"nə cəlb edilmiş şəhid xanımı, “Oxloff” çörək və şirniyyat evinin təsisçisi Sonaxanım Abbasova və "PAŞA Holdinq" MMC-nin direktor müavini Rövşən Allahverdiyev layihə barədə təəssüratlarını bölüşüblər.

Tədbir çərçivəsində şəhid övladlarının rəsm əsərlərinin xeyriyyə auksionu da keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə yanvar ayının pensiyaları ödənilib

14:11
13 Yanvar

Azərbaycanda sabah sulu qar və qar yağacaq, güclü külək əsəcək, bəzi yerlərdə duman müşahidə ediləcək  

14:09
13 Yanvar

ADSEA su qıtlığı riskinə qarşı hansı təcili tədbirləri görür?  

14:01
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunda “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib YENİLƏNƏCƏK  

13:59
13 Yanvar

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb  

13:57
13 Yanvar

Vaşinqton Tehrana qarşı yeni sanksiyaları nəzərdən keçirir  

13:54
13 Yanvar

Senator: Qrenlandiyanın ilhaqı NATO-nun sonu olacaq  

13:51
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub YENİLƏNƏCƏK  

13:47
13 Yanvar

Fransada fermerlərin 350-yə yaxın traktoru böyük etiraz aksiyası üçün Parisə daxil olub  

13:41
13 Yanvar

Azərbaycanda su ehtiyatlarının idarə olunması: 2020–2025-ci illər üzrə institusional və infrastruktur transformasiyası

13:33
13 Yanvar

Prezident İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib YENİLƏNİB  

13:27
13 Yanvar

Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın yekunlarına dair Protokol imzalanıb  

13:12
13 Yanvar

Ötən il sığortaolunanlar 3,19 faiz artıb  

13:01
13 Yanvar

Macarıstanlı ekspert: Türk İnvestisiya Fondu regional kapitalla birgə maliyyələşdirmə platforması qismində çıxış edir  

12:48
13 Yanvar

Siyasi şərhçi: Çinin Cənubi Qafqaz regionu ilə münasibətləri ikitərəfli və çoxtərəfli əməkdaşlıq baxımından önəmlidir VİDEO  

12:44
13 Yanvar

Kamran Əliyev: Bəzən işə qəbul olunan prokurorluq əməkdaşları bu peşənin məsuliyyətinə, zəhmətinə tab gətirə bilməyiblər  

12:42
13 Yanvar

Nazir: Azərbaycan ixracının 46,7 faizi İtaliyanın payına düşür

12:31
13 Yanvar

Baş prokuror: Prokurorluq orqanlarında 115 xanım əməkdaş çalışır  

12:01
13 Yanvar

Kamran Əliyev: Müsabiqə yolu ilə qulluğa qəbul olunmuş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 97 faizini təşkil edəcək  

11:47
13 Yanvar

“Citigroup”: Qızılın qiyməti 5000 dollara yüksələ bilər  

11:30
13 Yanvar

Biləsuvarda zəlzələ olub

11:23
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!