01 Oktyabr 2026 17:19
2139
Səhiyyə
A- A+
 Soyuqdəymə zamanı özünümüalicədə buraxılan səhvlər açıqlanıb

 Soyuqdəymə zamanı özünümüalicədə buraxılan səhvlər açıqlanıb


Soyuqdəymə zamanı özünümüalicə edərkən qətiyyən antibiotik qəbul etmək olmaz. Bu barədə “NEWS.ru”-ya “Gemotest” laboratoriyasının mütəxəssisi Olqa Ulankina bildirib. Onun sözlərinə görə, dərmanların nəzarətsiz istifadəsi yan təsirlərin yaranması riski daşıyır: “Özünümüalicə zamanı ən çox edilən səhvlərdən biri antibiotik qəbuludur. Bu dərmanlar viruslara təsir etmir, buna görə də adi kəskin respirator virus infeksiyası zamanı sağalmanı sürətləndirmir. Əvəzində onların nəzarətsiz istifadəsi yan təsirlərin yaranması riskini artırır və bakteriyaların müalicəyə qarşı davamlılığının inkişafına şərait yaradır. Antibiotiklər yalnız həkim bakterial infeksiyanı təsdiqlədikdə və ya əsaslı şübhələndikdə lazımdır”.

O həmçinin damardaraldıcı burun damcıları və spreyləri ilə ehtiyatlı rəftar etməyin vacibliyi barədə xəbərdarlıq edib. Həkimin sözlərinə görə, bu vasitələr tutulmanı tez aradan qaldırır, lakin uzunmüddətli istifadə zamanı asılılıq yaranır və onların effekti azalır: “Daha bir səhv isə tərkibini yoxlamadan eyni anda bir neçə “soyuqdəymə əleyhinə” vasitə qəbul etməkdir. Tozlar, hərarət dərmanları və kombinə olunmuş preparatlar eyni təsiredici maddəni ehtiva edə bilər: “Onları eyni vaxtda istifadə etdikdə yol verilən dozanı asanlıqla aşmaq və qaraciyərə düşən yükü artırmaq olar. Kiçik hərarəti nə olursa olsun salmağa çalışmaq da düzgün deyil. Qızdırma - orqanizmin təbii müdafiə reaksiyasıdır. Qızdırmasalıcılar adətən hərarət pis keçirildikdə və ya kəskin pisləşdikdə istifadə olunur”.

O vurğulayıb ki, vəziyyətin pisləşməsinə göz yumaraq evdə müalicəni davam etdirmək də təhlükəlidir. Mütəxəssisin sözlərinə görə, yüksək hərarət bir neçə gün davam edərsə, müvəqqəti yaxşılaşmadan sonra səhhət yenidən pisləşərsə, təngənəfəslik, kəskin zəiflik və döş qəfəsində ağrı meydana gələrsə, həkimə müraciət etmək lazımdır.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

11:20
14 Noyabr

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

10:06
14 Noyabr

Bilmək istəyirəm

09:05
14 Noyabr

Fransa etirazları susdurmaq üçün antiterror tədbirlərinə əl atır

09:00
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!