05 Dekabr 2025 20:28
451
CƏMİYYƏT
A- A+
 “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib  

 “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib  


Dekabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinə əsasən aparıcı komitə təyin olunan İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyevin sədrliyi ilə “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi məqsədilə Ali Məclis komitələrinin birgə iclası keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsini Ali Məclisə təqdim edib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsinin gəlirlərinin 483 milyon 178 min manat, xərclərinin 483 milyon 178 min manat məbləğində təsdiq edilməsi nəzərdə tutulub.

Emin Şıxəliyev qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafının müxtəlif istiqamətlərinin dövlət proqramları çərçivəsində tənzimlənməsi iqtisadi inkişafın sürətləndirilməsinə, iqtisadiyyatın sahələrinin və regionların kompleks inkişafının təmin edilməsinə yönəldilib. Məhz bu baxımdan Azərbaycan Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər və prioritet istiqamətlər müəyyən edilib.

Diqqətə çatdırılıb ki, 2026-cı il üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinin layihəsinə nəzər saldıqda gəlir mənbələri üzrə 2025-ci ilə nisbətən 64 milyon 120 min manat və ya 30,9 faiz artım müşahidə olunur. Həmçinin 2026-cı il üzrə büdcə gəlirləri ilk dəfə olaraq ayrılmış dotasiya məbləğini üstələyib ki, bu da artıq iqtisadi inkişafın yeni mərhələdə formalaşmasından xəbər verir.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov və iqtisadiyyat naziri Kazım Hüseynəliyev qanun layihəsi barədə məlumat veriblər.

Gündəlikdə duran məsələ ətrafında müzakirələr aparıldıqdan sonra İqtisadi siyasət komitəsinin rəyi oxunub, qanun layihəsi yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasının müzakirəsinə təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!