28 Aprel 2026 19:14
271
CƏMİYYƏT
A- A+
Nazir müavini: Son illər həyata keçirilən sosial islahatlar əmək münasibətləri sahəsini də əhatə edib  

Nazir müavini: Son illər həyata keçirilən sosial islahatlar əmək münasibətləri sahəsini də əhatə edib  


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar “İş yerlərində psixososial risklərin idarə olunması: Müasir yanaşmalar və həll yolları” mövzusunda konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən ardıcıl sosial islahatların əmək münasibətləri sahəsini də əhatə etdiyini vurğulayıb. O, əmək müqavilələrinin sayında artım dinamikasını, əmək münasibətlərinin rəqəmsallaşdırıldığını qeyd edib. Nazir müavini “Əmək və Məşğulluq” altsisteminin digər üstünlükləri ilə yanaşı, əmək münasibətlərinə çevik və effektiv nəzarətin təmin edilməsində də xüsusi önəm kəsb etdiyini bildirib. Əməyin mühafizəsi sisteminin gücləndirilməsi sahəsində atılan addımları diqqətə çatdıran Zaur Əliyev son illərdə bu istiqamətdə profilaktik tədbirlərin genişləndirildiyini, beynəlxalq əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev konfransın mövzusunun Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2026-cı il üçün müəyyən etdiyi “Gəlin, sağlam psixososial iş mühitini təmin edək!” devizinə bağlı olduğunu qeyd edib. O, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət prosesində iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına xüsusi diqqət yetirildiyini, xidmətin bu sahədə həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb. Bildirilib ki, psixososial amillər də iş mühitinə və əmək məhsuldarlığına birbaşa təsir göstərir və bu risklərin düzgün idarəolunması və sistemli qiymətləndirilməsi müasir əmək münasibətlərinin əsas tələbləri sırasındadır.

Son illərdə əməyin mühafizəsi sahəsinə nəzarətin rəqəmsal alətlərin geniş tətbiqi ilə çevik və təkmil şəkildə qurulması, bu sahədə maarifləndirmə tədbirlərinin və təlim proqramlarının əhatə dairəsinin genişləndirilməsi işlərindən bəhs olunub. İşğaldan azad edilmiş ərazilərdə də əməyin mühafizəsi ilə bağlı ardıcıl maarifləndirmə tədbirlərinin həyata keçirildiyi, son iki ildə əməyin mühafizəsi ilə bağlı 167 dövlət standartının hazırlanaraq təsdiqləndiyi diqqətə çatdırılıb. “DOST Müfəttiş” və “Nümunəvi müəssisə” layihələrinin iş yerlərində əməyin təhlükəsizliyinin təminatına da mühüm töhfə verdiyi vurğulanıb.

İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi Katibliyinin baş direktoru Azər Bayramov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Qəzənfər Abdullayev, BƏT-in Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev, Türkiyənin ölkəmizdəki səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Fatih Bilal Alodalı çıxışlarında iş yerlərində sağlam və təhlükəsiz mühitin təşviqinin, beynəlxalq təcrübənin tətbiqi və sosial tərəfdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Konfrans çərçivəsində əməyin mühafizəsi sahəsində görülmüş işləri əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra “DOST Müfəttiş” layihəsində fəal iştirak edən, eləcə də müəssisələrində əməyin mühafizəsi işini nümunəvi şəkildə təşkil edən işəgötürənlər, həmçinin ESG və sosial dayanıqlılıq prinsiplərinin effektiv tətbiqinə töhfə verən iştirakçılar nominasiyaları üzrə təltif olunublar.

Konfrans DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin musiqi qrupunun ifası və “Psixososial risklərin iş mühitinə təsiri” mövzusunda panel müzakirəsi ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Prezident Kuboku” beynəlxalq reqatasında yarışlara start verilir

09:36
29 Aprel

Keyfiyyətli yuxu sağlamlığın şərtlərindən biridir

09:30
29 Aprel

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

09:25
29 Aprel

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

Azərbaycan növbəti beynəlxalq tədbirə hazırlaşır

08:13
29 Aprel

Elektron hökumət mexanizmlərinin hüquqi əsasları daha da təkmilləşdirilir

08:10
29 Aprel

Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi

08:05
29 Aprel

Sülh və əməkdaşlıq yolunda liderlik nümunəsi

08:00
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!