13 Oktyabr 2026 17:43
1099
DÜNYA
A- A+
Müharibə nəticəsində Ukrayna və Rusiyada 940 uşağın ölüm faktı təsdiqlənib  

Müharibə nəticəsində Ukrayna və Rusiyada 940 uşağın ölüm faktı təsdiqlənib  


Amma bu sayın daha çox olması ehtimal edilir


Rusiyanın Ukraynaya qarşı başladığı "xüsusi hərbi əməliyyat" nəticəsində ən azı 940 uşaq həlak olub. Bu barədə "Meduza" telekanalının təhlili əsasında məlumat verilib.  Müəlliflər vurğulayıblar ki, onların tapıntıları öldürülən uşaqların sayının yalnız təxmini minimum göstəricisidir. Qurbanların faktiki sayının daha çox olması ehtimal edilir.

Jurnalistlər tədqiqatlarında BMT, Ukrayna və Rusiya hakimiyyət orqanlarının məlumatlarını, həlak olanların qohumlarının hesabatlarını, məktəblərin, xəstəxanaların və xilasetmə xidmətlərinin nəşrlərini, hüquq-mühafizə orqanlarının hesabatlarını, media hesabatlarını və digər açıq mənbələri nəzərdən keçiriblər. Nəticədə 409 uşağın adı müəyyən edilib: 372-si Ukraynada və 37-si  Rusiyada.

Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, yəni ilhaq edilmiş Krım və Rusiya tərəfindən işğal edilmiş Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin əraziləri daxil olmaqla, "Meduza" ən azı 873 uşağın ölümünü təsdiqləyib. Tədqiqatçıların istinad etdiyi Ukrayna hökumətinin məlumatlarına görə, onların yarısından çoxu (450 nəfər) 2022-ci ilin fevral-dekabr ayları arasında  həlak olub.

Lakin hesabatda bildirilir ki, Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazilərində məlumatları müstəqil şəkildə yoxlamaq mümkün olmadığı üçün faktiki ölüm sayı daha yüksək ola bilər. Məsələn, 2022-ci il martın 16-da yüzlərlə mülki şəxsin sığındığı Mariupoldakı dram teatrına hücumda ölən uşaqların dəqiq sayı məlum deyil. 

Yeni doğulmuş körpələrdən tutmuş 17 yaşına qədər hər yaşdan olan uşaqlar Ukraynada Rusiya hücumlarının qurbanı olublar. Ən kiçiyindən biri 2 aylıq Ulyana idi. O, Krivoy Roqda anası və iki qardaşı - 2 yaşlı Demid və 10 yaşlı Kirill ilə birlikdə Rusiya ballistik raketinin onların evlərinə dəyməsindən sonra həyatlarını itiriblər. 

Ən ölümcül hadisələrdən biri  ötən  il aprelin 4-də Krivoy Roqda baş verən hücum olmuşdur. Rusiya raketi oyun meydançasına düşmüş və nəticədə 3 yaşdan 17 yaşa qədər 9 uşaq eyni anda həlak olmuşdur. Onların əksəriyyəti hücum zamanı parkda oynayırmış.

Ukrayna hakimiyyət orqanlarının məlumatına görə, 9 oktyabr 2026-cı il tarixinə ölkədəki döyüşlərdə 755 uşaq həlak olub. "Meduza" hesablamalardakı uyğunsuzluğu müxtəlif sayma üsulları və Ukrayna müstəntiqlərinin işğal olunmuş ərazilərdən müntəzəm məlumat əldə edə bilməməsi ilə əlaqələndirir. Telekanal Belqorod, Kursk, Bryansk və Moskva vilayətləri, eləcə də Krasnodar diyarı da daxil olmaqla Rusiyanın 13 bölgəsində döyüş əməliyyatları nəticəsində 67 uşağın ölümünü təsdiqləyib.

Rusiya Xarici İşlər Nazirliyi əvvəllər Ukrayna hücumları nəticəsində 264 uşağın öldüyünü bildirmişdi. Lakin "Meduza" yalnız 99 uşaq ölümünü konkret hadisələrlə əlaqələndirə bilib. Bunlardan 44-ü Rusiyada, 55-i isə işğal olunmuş Ukrayna ərazilərində baş verib. Qalan hallar üçün isə Rusiya hakimiyyəti tarixləri, konkret yerləri və ya müstəqil yoxlamaya imkan verəcək digər məlumatları açıqlamayıb.

Bundan əlavə, jurnalistlər müharibə itkilərinin sayılması üçün beynəlxalq meyarlara cavab verməyən, lakin müharibə ilə əlaqəli 5 uşaq ölümü aşkar ediblər. Onlara cəbhədən qayıdan rus əsgərləri tərəfindən törədilən 3 uşaq qətli daxildir.

Araşdırmaya əsasən, 2026-cı ilin sonuna uşaq itkilərinin sayı kəskin şəkildə artacaq. BMT-nin məlumatlarına görə, Ukraynada iyul ayında uşaq ölümləri və xəsarətlərinin sayı 2022-ci ilin aprel ayından bəri ən yüksək səviyyəyə çatıb. Ay ərzində təşkilat 17 uşağın ölümünü və daha 166 uşağın yaralanmasını təsdiqləyib. Rusiyada isə 2026-cı ilin yanvar-sentyabr ayları arasında 32 uşaq ölüb. - Bu, müharibənin əvvəlki dörd ilində həlak olan uşaqların sayı qədərdir.


Rizvan CƏFƏROV


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:11
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:10
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 509-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

03:09
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:08
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 510-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:07
24 Noyabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:06
24 Noyabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 511-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:05
24 Noyabr

Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

03:04
24 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

03:03
24 Noyabr

A.Y.Əsgərovun"Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

03:02
24 Noyabr

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:00
24 Noyabr

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 oktyabr tarixli 503-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 752 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:59
24 Noyabr

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 752 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı"nda dəyişiklik

02:58
24 Noyabr

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:56
24 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında

02:55
24 Noyabr

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:53
24 Noyabr

Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik

22:26
23 Noyabr

Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib

20:32
23 Noyabr

Sərdar Berdiməhəmmədovun Türkmənistanın bitərəflik siyasətinə dair kitabı Azərbaycan dilində təqdim olunub  

19:54
23 Noyabr

Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub  

19:39
23 Noyabr

Şeyxülislam Allahşükür Paşazadə Moskva və Ümumrusiya Patriarxı Kirillə görüşüb  

19:26
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!