25 Yanvar 2026 20:48
1318
PARLAMENT
A- A+
Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  

Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  


Yanvarın 25-də Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musalam ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musalam Krallığın Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini bildirərək, ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın bundan sonra da ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsində maraqlı olduqlarını qeyd edib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına ikinci dəfə səfər etdiyini qeyd edərək, ötən dövrlərdə Bəhreyn Krallığının parlament sədrlərinin də Azərbaycana səfərlərini və keçirilmiş görüşləri məmnunluqla xatırladıb. Milli Məclisin sədri hazırkı səfərin onun spiker qismində Bəhreyn Krallığına ilk rəsmi səfəri olduğunu və bu səfərin Azərbaycan ilə Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdiyini bildirib. O, Azərbaycanın ötən il Bəhreyndə səfirlik açmasının ikitərəfli münasibətlərimizi yeni mərhələyə daşıdığını deyib.

Qeyd olunub ki, səfər çərçivəsində Milli Məclisin sədri Asiya Parlament Assambleyasının 16-cı plenar iclasında da iştirak edəcək və bu platforma parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir.

Siyasi təmasların, həyata keçirilən səfər və məsləhətləşmələrin əlaqələrin dərinləşməsində mühüm rol oynadığı vurğulanaraq, iqtisadiyyat, ticarət, investisiya, turizm, təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Xüsusən, humanitar sahələrdə əlaqələri qeyd edən Milli Məclisin sədri, ötən il Leyla Əliyevanın və Arzu Əliyevanın Bəhreyn Krallığına səfəri və bu səfər çərçivəsində “MAMA – Ana təbiət” sərgisinin Manamada yüksək səviyyədə təşkil olunmasını bu istiqamətdə mövcud münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını vurğulayaraq, bu platformalarda Bəhreyn Krallığının Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.

Dövlətlərarası əlaqələrin inkişafında parlament diplomatiyasının əhəmiyyətini qeyd edən Sahibə Qafarova, Azərbaycan və Bəhreyn parlamentləri arasında mövcud olan fəal əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, parlamentlər həm ikitərəfli əsasda, həm də Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) kimi beynəlxalq platformalar çərçivəsində uğurla əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan Asiya Parlament Assambleyasında Bəhreyn parlamentinin sədrliyə namizədliyini dəstəkləyib və Assambleyaya sədrliyin Bəhreyn tərəfinə təhvil veriləcəyindən məmnunluq ifadə olunub. Eyni zamanda, QHPŞ çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Münxendə panel müzakirələrdə iştirak edib YENİLƏNİB

23:57
14 Fevral

Ukraynanın ticarət kəsiri ötən il 44 milyard dolları ötüb

22:48
14 Fevral

Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

22:29
14 Fevral

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

20:53
14 Fevral

Vəkillər Kollegiyasının nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub

20:09
14 Fevral

Prezident İlham Əliyevin Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub YENİLƏNİB

19:49
14 Fevral

Misli Premyer Liqası: “Zirə” autsayderi məğlub edib

19:37
14 Fevral

Prezident İlham Əliyev Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb YENİLƏNİB

19:31
14 Fevral

Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olunub

19:26
14 Fevral

Avropa Komissarı: TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər

19:17
14 Fevral

Prezident: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

19:03
14 Fevral

Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı

18:58
14 Fevral

Prezident İlham Əliyev: Bağlantılar və dəhlizlər Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

18:50
14 Fevral

Azərbaycan Prezidenti: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

18:48
14 Fevral

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər

18:32
14 Fevral

Prezident: Sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizin də çox böyük potensialı var

18:24
14 Fevral

Prezident İlham Əliyev: Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır

18:09
14 Fevral

Marko Rubionun Münxendəki çıxışı rezonans doğurub

17:38
14 Fevral

Premyer Liqa: "Qarabağ"dan çətin qələbə

16:33
14 Fevral

Azərbaycanın regional rəqəmsal qovşağa çevrilməsi strategiyası

16:00
14 Fevral

Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb

15:09
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!