31 Oktyabr 2024 17:29
103
PARLAMENT
A- A+
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub

Oktyabrın 31-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitənin sədri Əli Hüseynli gündəliyə 4 məsələnin daxil edildiyini deyib.

Əvvəlcə müzakirəyə “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda təqdim olunub. İclasda iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov məsələ barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, layihə qanunsuz miqrantların saxlanılması mərkəzlərində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerləşdirilməsi və saxlanılması qaydalarının təkmilləşdirilməsi, onların hüquq və mənafelərinin təmin edilməsi məqsədilə hazırlanıb. Sənəddə Məcəlləyə 82.4-82.8-ci maddələrin əlavə edilməsi təklif olunur. Həmin maddələrdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılması müddətinin hesablanması, onların bu mərkəzlərdə yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərarın icra edilməsi qaydaları və qanunsuz miqrantların saxlanılması mərkəzlərinin rəisi tərəfindən həmin mərkəzlərdə məcburi yerləşdirilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azad edilməsi halları təsbit edilir.

Bununla yanaşı, Məcəlləyə 88-1 – 88-11-ci və 89-1-ci maddələrin əlavə olunması nəzərdə tutulur. Bu əlavələrə əsasən, qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi məqsədilə həmin şəxslərin şəxsi təhlükəsizlik hüququ, yazışmaları, müraciətlərinin göndərilməsi, digər şəxslərlə əlaqələri, maddi-məişət və tibbi-sanitariya təminatları, dini ayinlərin yerinə yetirilməsi, dini ləvazimatdan və ədəbiyyatdan istifadə edilməsi, bağlama, sovqat, pul baratlarının alınması və ya göndərilməsi, mülki hüquq və ailə münasibətlərində iştirakı, həmin şəxslərə tətbiq edilən həvəsləndirmə tədbirləri və digər məsələlərlə bağlı tənzimləmələr öz əksini tapıb.

Sonra komitənin üzvü Bəhruz Məhərrəmov növbəti məsələ – “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinin mahiyyəti barədə danışıb.

Bildirilib ki, layihədə Qanunun yeni redaksiyada təqdim edilmiş və məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma qaydası təsbit edilən 9-cu maddəsində məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərə baxılma proseduru daha ətraflı şəkildə təsbit olunur. Sənəddə məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddəti, şikayətə baxmalı olan orqan, şikayətə baxılan zaman dəvət olunmalı şəxslərin əhatə dairəsi, o cümlədən vəkil, psixoloq və tərcüməçilərin xidmətindən istifadə, həmçinin yetkinlik yaşına çatmayan və ya əlilliyi olan şəxslərin dindirilməsi zamanı psixoloq və pedaqoqların iştirakının təmin olunması, eyni zamanda, məişət zorakılığı barədə şikayətlərə baxılmanın nəticələrinə dair yekunda qəbul olunan qərarlar ehtiva edilir.

Daha sonra gündəliyin digər 2 məsələsi – “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş) qanun layihələri nəzərdən keçirilib.

Komitə sədri Əli Hüseynli bu iki sənədə dair birinci və ikinci oxunuşlar zamanı heç bir əlavə qeyd və təklifin olmadığını bildirib.

Onlayn iclasda təqdim edilən qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” - konfrans

19:37
31 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında 5 məsələ müzakirə edilib

19:12
31 Oktyabr

Ankarada keçirilən görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

18:59
31 Oktyabr

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir

18:53
31 Oktyabr

Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyənləşib

18:52
31 Oktyabr

İqlim fəaliyyəti qlobal məqsdlərə xidmət edir

18:50
31 Oktyabr

COP29-un işıqlandırılmasında fəal iştirak edəcək ingilisdilli jurnalistlər üçün növbəti təlimlərə başlanılıb

18:32
31 Oktyabr

Dövlət Komitəsində azad edilmiş ərazilərə köçürülmənin təşkili məsələləri müzakirə olunub

18:13
31 Oktyabr

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirilib

18:03
31 Oktyabr

Macarıstanın “HirTV” telekanalında COP29 və Azərbaycan-Aİ münasibətlərindən bəhs olunub

17:53
31 Oktyabr

Amerikalı milyarder: Gələcək müharibələrin nəticəsi PUA-lardan asılı olacaq

17:41
31 Oktyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub

17:29
31 Oktyabr

COP29 üçün Yaşıl Zonaya biletləri yaxın zamanda əldə etmək mümkün olacaq

17:14
31 Oktyabr

Kosmosa robot tozsoran göndərilib  

16:58
31 Oktyabr

Azərbaycan müdafiə naziri “Mərakeş Aviaşou 2024” sərgisinin açılış mərasimində iştirak edib

16:55
31 Oktyabr

Birləşmiş Krallığın dövlət naziri Azərbaycanın bölgədə dayanıqlı sülhün təsis edilməsi üzrə baxışları barədə məlumatlandırılıb  

16:37
31 Oktyabr

İstanbulda gəmi yanıb, iki nəfər həlak olub

16:27
31 Oktyabr

Rusiyanın Xalq rəssamı Şuşada fərdi sərgi açmaq arzusundadır

16:08
31 Oktyabr

Noyabrın ilk günlərində hava şəraiti sabit, əsasən yağmursuz olacaq – AYLIQ PROQNOZ

15:33
31 Oktyabr

Paşinyan: Ermənistan vətəndaşlarının böyük əksəriyyəti dövlət müstəqilliyinin dəqiq tarixini bilmir  

15:32
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

15:23
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!