Martın 12-də Milli Məclisin Sədr müavini Ziyafət Əsgərov XII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Polşa Respublikası Senatı Marşalının müavini Mixail Kaminski ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qonağı salamlayan Ziyafət Əsgərov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi forumun qlobal çağırışlar fonunda aktual məsələləri müzakirə etmək, müxtəlif ölkələrdən olan ali səviyyəli qonaqları bir araya gətirərək fikir mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşıdığını bildirib.
O, Azərbaycan-Polşa münasibətlərinin yalnız diplomatik sferada deyil, o cümlədən iqtisadi, mədəni, siyasi sahələrdə də yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Ziyafət Əsgərov Polşa və Azərbaycan arasında neft-qaz sahəsindəki əməkdaşlığın təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, eyni zamanda Azərbaycanın Avropaya qaz tədarükündə oynadığı strateji rola və regionun enerji təhlükəsizliyinə mühüm töhfə verdiyindən də söz açıb.
Qonaq Polşa Respublikası Senatı adından göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Azərbaycandakı dini və irqi tolerantlıq ənənələrini yüksək qiymətləndirərək, ölkəmizin müxtəlif mədəniyyət və konfessiyaların dinc birgəyaşayışına verdiyi töhfəni xüsusi vurğulayıb.
Söhbətdə Polşa və Azərbaycan arasında parlamentlərarası əlaqələrin iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın möhkəmlənməsinə töhfə verərək, qarşılıqlı anlayışın və strateji tərəfdaşlığın güclənməsinə xidmət etməsindən bəhs olunub.
Görüşün sonunda tərəflər Azərbaycan-Polşa münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə və qarşılıqlı əməkdaşlığın yeni perspektivlər qazanacağına ümid etdiklərini bildiriblər.
"Azərbaycan"
Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının müxtəlif aspektləri müzakirə olunub
Slovakiyanın sabiq xarici işlər naziri: Forum qarşımızda duran qlobal vəzifələrin icrasına töhfə verir
Bako Sahakyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb
Türkiyə nümayəndə heyəti Kiyevdə əmtəə dövriyyəsinin artırılması məsələsini müzakirə edib
"Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası" mövzusuna həsr edilmiş sessiya keçirilir
Dövlət Xidmətinin rəisi Lənkəranda vətəndaşların problemlərini dinləyib
Bako Sahakyan: Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsi idi
Qlobal Bakı Forumunda sülhə gedən yol mövzusu müzakirə olunub YENİLƏNİB
Bako Sahakyan: Qarabağa silah-sursat Ermənistandan gətirilirdi
Dmitri Peskov: Putin ABŞ-ın xüsusi nümayəndəsi vasitəsilə Trampa siqnallar göndərib
Serbiyada parlament binası təhlükəsizlik səbəbindən bağlanıb
Avropa Ukrayna üçün “Starlink”ə alternativ peyk şəbəkəsi axtarır
Sorğu: Ukraynalıların 39 faizi sülh naminə ərazi güzəştlərinə razıdır
XII Qlobal Bakı Forumunun ikinci günü: “Yaxın Şərq” panel iclası
Nazir müavini: Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir
Ballıcaya köç edən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2
AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Mladen İvaniç: Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər
Vens: Tramp Şərqi Avropada nüvə silahı yerləşdirilməsinin əleyhinədir
DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!