06 Mart 2026 08:40
651
SİYASƏT
A- A+
Milli maraqlardan qlobal təsirə: Prezident İlham Əliyevin "Strateji diplomatiya" fəlsəfəsi

Milli maraqlardan qlobal təsirə: Prezident İlham Əliyevin "Strateji diplomatiya" fəlsəfəsi


2020-ci ildən sonra Azərbaycan dövlət suverenliyinin faktiki bərpası ilə klassik Vestfal prinsiplərini (ərazi nəzarəti və daxili işlərə müdaxilənin yolverilməzliyi) gücləndirdi. 

Prezident İlham Əliyevin illərlə apardığı diplomatik diskursun real nəticə ilə üst-üstə düşməsi, koherent uyğunluq xarici siyasət baxımından Azərbaycanın ərazi bütövlüyü prinsipinin ardıcıl, sistemli şəkildə beynəlxalq platformalarda müdafiəsi, enerji və nəqliyyat layihələrində öhdəliklərin etibarlı icrası, regional güc balansının çoxvektorlu, lakin prinsipial xəttin qorunması eyni zamanda nəticə etibarilə normativ mövqeyinin praktik geosiyasi nəticəyə transformasiya olunması ilə səciyyələnir. Müasir beynəlxalq münasibətlər sistemi klassik güc balansı modelindən çıxaraq "marşrutlar geosiyasəti" mərhələsinə qədəm qoymuş, dünya nizamı "liberal hegemonluq" dövründən kəskin "Tranzaksional Realizm" (maraqların birbaşa mübadiləsi) mərhələsinə keçid almışdır. Qlobal rəqabət yalnız ÜDM göstəriciləri, enerji bazarları və ya maliyyə alətləri ilə ölçülmür. Mübarizə fiziki və rəqəmsal infrastrukturun nəzarəti, alternativ nəqliyyat dəhlizlərinin qurulması və kommunikasiya xətlərinin təhlükəsizliyi üzərində cəmləşir. Bu yeni geosiyasi reallıqda üstünlük resurs bolluğu ilə deyil, bağlantıların idarə olunması və alternativ marşrutların təşkili ilə müəyyən olunur.

Belə bir mürəkkəb və dəyişkən mühitdə Prezident İlham Əliyev tərəfindən formalaşdırılmış xarici siyasət kursu klassik balans modelindən daha geniş strateji çərçivə təqdim edir. Bu kursu siyasi elm prizmasından "poaktiv balanslaşdırma" kimi xarakterizə etmək mümkündür. Əgər ənənəvi balans siyasəti böyük güclər arasında neytral mövqe saxlamağı hədəfləyirsə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin tətbiq etdiyi model aktiv diplomatik manevr, çoxşaxəli tərəfdaşlıq və geoiqtisadi təşəbbüskarlıq üzərində qurulmuşdur. Ölkəmiz heç bir güc blokuna qoşulmadan, eyni zamanda bütün əsas mərkəzlərlə işləyə bilən çevik diplomatik arxitektura qurmuşdur. "Azərbaycan heç vaxt seçim qarşısında qalan ölkə olmayıb, biz əməkdaşlıq platformasıyıq, onları birləşdiririk".

Yəni Azərbaycan blok siyasətindən uzaq dayanaraq körpü-dövlət konsepsiyasını prioritetləşdirdiyini, çoxtərəfli geosiyasi identifikasiyanı, "bloklararası körpü" modeli üzərində xarici siyasət modeli qurduğunu bəyan edir. Bu istiqamət ölkəyə həm Qərb institutları ilə əməkdaşlıq etmək, həm də Şərq bazarları ilə iqtisadi inteqrasiyanı dərinləşdirmək imkanı verir. Bu model sayəsində Azərbaycan regional rəqabətin obyektindən subyektinə çevrilmişdir. Enerji ixracatçısı imicindən çıxaraq tranzit, logistika və rəqəmsal infrastruktur platforması kimi çıxış etməsi ölkəmizin beynəlxalq sistemdə funksional çəkisini artırmışdır.

Prezident İlham Əliyevin xarici siyasət kursunun digər mühüm elementi geoiqtisadi imkanların siyasi kapitala transformasiyasıdır. Əsası  Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi müdriklik və uzaqgörənliklə qoyulan enerji diplomatiyası ilkin mərhələdə Azərbaycanın təhlükəsizlik zəmanətini möhkəmləndirən alət idisə, hazırda nəqliyyat dəhlizləri və alternativ marşrutlar ölkənin strateji mövqeyini daha da gücləndirir. 

Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursu konfrontasiya deyil, idarəolunan rəqabət prinsipinə əsaslanır, böyük güclərlə münasibətlər emosional ritorika üzərində deyil, praqmatik maraq balansı üzərində qurulur. Bu ölkəyə həm təhlükəsizlik risklərini minimumlaşdırmaq, həm də yeni tərəfdaşlıq formatları yaratmaq imkanı verir. Bu siyasi xətlə Azərbaycan həm diplomatik çevikliklə, həm də iqtisadi dayanıqlıq və instutusional sabitliklə təmin olunan, "tarazlayıcı aktor" funksiyasını regional güc balansında uğurla yerinə yetirir. 

İlham Əliyevin son illərdə formalaşdırdığı xarici siyasət xətti klassik balanslaşdırma modelindən çoxsaylı bir strategiyaya çevrilmişdir. Hərbi-siyasi çəkindirmə, enerji və nəqliyyat rıçaqları, diplomatik çeviklik və texnoloji modernləşdirmə alətlərinin paralel tətbiqini nəzərdə tutan bu siyasi kursu "ağıllı güc" yanaşması kimi xarakterizə etmək mümkündür. Bu müdrik siyasi yanaşmanın bəhrəsi olaraq son iki ildə qazanılan əsas strateji nailiyyət Azərbaycanın həm Qərb, həm də Şərq üçün alternativsiz tranzit və geoiqtisadi platformaya çevrilməsidir. Bakı artıq yalnız enerji ixracatçısı deyil, Avrasiya geosiyasi məkanında marşrutların, rəqəmsal xətlərin və təhlükəsizlik mexanizmlərinin kəsişmə nöqtəsi kimi çıxış edərək "vazkeçilməz qovşaq" statusunu institusional formaya salmağa nail olmuşdur.

Çin ilə strateji yaxınlaşma, Şərq istiqamətində dərinləşmə Prezident İlham Əliyevin xarici siyasət kursunun mühüm komponentidir. Bu ölkə ilə münasibətlərin 2025-ci ilin aprelində Pekində imzalanmış "Əhatəli Strateji Tərəfdaşlıq" bəyannaməsi ilə yeni mərhələyə keçməsi Azərbaycanın Şərq vektorunda keyfiyyət dəyişikliyi yaratdı. Bu sənəd yalnız siyasi niyyət bəyanatı deyil, real iqtisadi və texnoloji transformasiya proqramıdır. Saziş nəticəsində Rəqəmsal infrastrukturun inkişafına irihəcmli investisiya axını təmin olundu.

Orta dəhliz çərçivəsində Azərbaycanın tranzit potensialı Çin-Avropa ticarətində daha mərkəzi mövqeyə yüksəldi. Bakı Pekin üçün Cənubi Qafqazda sabit və etibarlı tərəfdaş statusu qazandı. Bu, Azərbaycanın geoiqtisadi xəritəsində çəkisini artırmaqla yanaşı, Qərblə danışıqlarda da əlavə manevr imkanları yaratdı. Yəni Şərq istiqamətində dərinləşmə Qərb vektorunu zəiflətmədi, əksinə, onu daha da rasional və qarşılıqlı faydalı müstəviyə keçirdi.

Cənab İlham Əliyevin son illərdə yürütdüyü xarici siyasət kursu Rusiyaya münasibətdə praqmatik model, rəqabətli sabitlik çərçivəsində formalaşaraq bir tərəfdən regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq kanallarını açıq saxlayan, digər tərəfdən isə suverenlik, çoxvektorlu balans və milli maraqların prioritetliyini prinsipial şəkildə qoruyan koherent və hesablanmış strateji xətt kimi xarakterizə olunur. 

Prezident İlham Əliyevin formalaşdırdığı xarici siyasət kursu nəticəsində Azərbaycan-ABŞ münasibətləri enerji  təhlükəsizliyi çərçivəsini aşaraq innovasiya, rəqəmsal infrastruktur və yüksək texnologiyalar, nəqliyyat-logistika istiqamətində yeni strateji məzmun kəsb edir. Donald Tramp administrasiyasının Azərbaycana verdiyi siyasi və geostrateji önəm də bu transformasiyanı stimullaşdıraraq Bakının beynəlxalq sistemdə təkcə enerji tərəfdaşı deyil, həm də regional sabitlik və texnoloji əməkdaşlıq baxımından əhəmiyyətli aktor kimi mövqelənməsini gücləndirir. Yəni münasibətlər ideoloji ritorikadan çox strateji maraq və tranzaksional yanaşma üzərində qurularaq ümumilikdə praqmatik və maraq əsaslı xətt kimi xarakterizə olunur və son mərhələ keyfiyyət transformasiyası ilə səciyyələnir.

Azərbaycan-ABŞ əməkdaşlığının yeni mərhələsinin dinamikası göstərir ki, Azərbaycan ABŞ və Avropa üçün strateji resurs mənbəyindən daha artıq texnoloji və təhlükəsizlik tərəfdaşına çevrilir. ABŞ-nin vitse-prezidenti C.D.Vensin Bakı səfəri regional geosiyasi arxitekturada yeni mərhələnin başlanğıcını ifadə edən simvolik və praktik məzmunlu hadisə kimi qiymətləndirilə bilər. Bu səfər yalnız diplomatik protokol çərçivəsində keçirilən görüşlər toplusu deyil, həm də Cənubi Qafqazda qüvvələr balansının yenidən tənzimlənməsi istiqamətində konkret siqnallar sistemi kimi çıxış edir. Prezident İlham Əliyevin diplomatik uğurlarından biri də ondan ibarət oldu ki, ABŞ ilk dəfə açıq və institutsional formada regional güc balansının Azərbaycanın strateji maraqları istiqamətində dəyişməsinə dəstək verdiyini nümayiş etdirdi.

Bu, Vaşinqtonun Cənubi Qafqaza yanaşmasında yeni konfiqurasiya modelinin formalaşdığını göstərir. ABŞ tərəfindən təşviq olunan TRIPP layihəsi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən strateji nəqliyyat-kommunikasiya xəttinin yaradılmasını nəzərdə tutur. Lakin söhbət sırf tranzit yolundan getmir. Bu dəhliz Şərq-Qərb xəttində yeni geoiqtisadi konfiqurasiya yaradır. Orta dəhliz strategiyasını daha funksional və təhlükəsiz edir. Cənubi Qafqazda iqtisadi inteqrasiya modelini siyasi sabitliklə əlaqələndirir.

Postmüharibə dövrünün diplomatik uğurları sırasında xüsusi yeri olan bu layihə eyni zamanda Ermənistan üçün alternativsiz strateji seçim formalaşdırır. Regional təcrid vəziyyətindən çıxışın yeganə rasional yolunun Azərbaycanla sülh müqaviləsinə imza atmaq və yeni nəqliyyat arxitekturasına inteqrasiya olmaq mesajını açıq şəkildə verir. Beləliklə, proses tək iqtisadi təşəbbüs deyil, həm də siyasi transformasiya mexanizmi funksiyasını daşıyır.

Prezident İlham Əliyevin strategiyası göstərir ki, müasir geosiyasi münasibətlərdə uğur yalnız hərbi və iqtisadi gücə deyil, həm də diplomatik çeviklik, strateji balans və regional təşəbbüskarlıq qabiliyyətinə əsaslanır.

Prezident, Ali Baş Komandan İlham Əliyevin xarici siyasət kursunun mühüm faktorlarından biri də milli qürur və ədalət prinsipidir. Bu özünü Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə, ondan sonra da "Qlobal Cənubun səsi" olaraq Fransanın neokolonializm siyasətinə qarşı kəskin etirazlarda və beynəlxalq hüququn selektiv tətbiqinə yönəlmiş tənqidlərində göstərdi.

"Tam suverenlik və çoxşaxəli təsir" modeli üzərində qurulmuş Azərbaycan Respublikasının xarici siyasət kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə "balanslaşdırma" doktrinasından çıxaraq böyük siyasi dühanın qüdrətilə daha iddialı strateji avtonomiya mərhələsinə keçmişdir. Toqquşan geosiyasi maraqlar üçbucağında Bakı tərəfləri öz milli maraqları ətrafında uzlaşdıran bir mərkəzə çevrilmişdir.

2026-cı il fevralın 13-dən 15-ə kimi Almaniyada keçirilmiş 62-ci Münxen Sülh Konfransında Prezident İlham Əliyev diplomatik imkanlarının geniş olduğunu nümayiş etdirərək iki mühüm nəticə hasil etdi: 

- Regionun problemlərini region ölkələri özləri həll etməlidir. Biz kənar müdaxilələrə yox, regional əməkdaşlığa fokuslanmalıyıq.

-  Azərbaycan heç bir ölkə ilə, o cümlədən Fransa ilə problem yaşamaq istəmir, lakin hər kəs regionun reallıqlarına hörmət etməlidir. Cənab İlham Əliyev gətirdiyi sübut və arqumentlərlə Fransa kimi aktarların regiona müdaxilə cəhdlərini Münxen masasında iflasa uğradaraq Avropanın "Yumşaq Güc"nün neytrallaşdırılmasına nail oldu. Məhz Münxendə, çünki ənənəvi olaraq Münxen Təhlükəsizlik Konfransı Qərb dövlətlərinin üstünlük təşkil etdiyi platformadır və mesajı birbaşa ünvana çatdırmaq məqsədi daşıyırdı.

Azərbaycan Prezidentinin ən böyük siyasi uğuru isə Ermənistan ərazisindən keçən, Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayan nəqliyyat yollarının açılması məsələsində Bakının irəli sürdüyü "suveren dəhliz" məntiqi beynəlxalq səviyyədə qəbul edilməyə başladı.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan və BMT-yə alternativ, daha çevik bir platforma olan Sülh Şurasının 19 fevral 2026-cı ildə keçirilmiş ilk iclasında Cənubi Qafqazda əldə olunmuş sülh "tarixi nailiyyət" kimi dünyaya təqdim olundu.

Müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin analoqu olmayan siyasi kursunun məntiqi davamı olaraq yaxın gələcəkdə TRIPP layihəsinin reallaşması və Ermənistanla sülh sazişinin yekunlaşması ilə Cənubi Qafqaz ABŞ-Rusiya-Çin rəqabətində "neytral və təhlükəsiz liman" funksiyasını yerinə yetirəcək ki, bu da Azərbaycan Respublikasının suverenliyinin ən böyük zəmanəti olacaq.

Müasir beynəlxalq münasibətlərdə Prezident İlham Əliyevin davamlı və təsirli geosiyasi strategiyası normativ-identik autenlik ilə institusional-struktur koherentliyinin vəhdəti əsasında formalaşan "Strateji Diplomatiya" fəlsəfəsi siyasi-elmi və ictimai-fəlsəfi, nəzəri-praktik baxımından çox mühüm tədqiqat obyekti, dünya diplomatiya tarixi təcrübəsi kimi mütərəqqi praktik əhəmiyyətə malikdir.


Ceyhun NƏCƏFOV,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İran nüvə proqramı üzrə güzəştə getməsə, heç bir razılaşma olmayacaq  

22:40
13 Aprel

Macarıstanın əsas qanununa dəyişiklik edilməsi planlaşdırılır

22:39
13 Aprel

BDYPİ yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

21:35
13 Aprel

Tramp: Razılaşma olmasa, bu, İran üçün xoş olmayacaq

21:25
13 Aprel

Beynəlxalq Dənizçilik Təşkilatı Hörmüz boğazının bağlanmasına etiraz edir  

20:23
13 Aprel

Starmer: Britaniya İran müharibəsinə qoşulmayacaq və Hörmüz boğazı blokadasını dəstəkləmir  

20:19
13 Aprel

“WhatsApp”a rəqib gəlir  

20:11
13 Aprel

Kirpi balıqları Aralıq dənizi sahillərinə hücum edir  

20:03
13 Aprel

Yaponiya Ayın ətrafında "Günəş halqası" qurmağı planlaşdırır  

19:51
13 Aprel

İslamabad danışıqlarının uğursuzluğu

19:43
13 Aprel

Evlərin havasında görünməz təhlükə - mikroplastiklər

19:32
13 Aprel

Nigeriyada mülki ərazilərin səhvən hədəfə alınması halları artıb

19:23
13 Aprel

Roma Papasının Afrikaya 11 günlük səfəri başlayıb

19:13
13 Aprel

ABŞ Prezidenti: İrana məxsus gəmilər blokadamıza yaxınlaşsa, dərhal məhv ediləcək  

19:09
13 Aprel

Türkiyə Parlamentlərarası İttifaqın növbəti Assambleyasına ev sahibliyi edəcək

19:06
13 Aprel

Avstraliyada qiymətlərin artması yük daşımalarını çətinləşdirir

19:02
13 Aprel

Hindistanda sosial media ilə bağlı yeni qaydalar təklif olunur

18:54
13 Aprel

Böyük Britaniya Aİ qaydalarını qəbul edə bilər

18:46
13 Aprel

Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat parlamentin plenar iclasına tövsiyə edilib  

18:45
13 Aprel

Ursula Fon der Lyayen: Aİ-nin ənənəvi yanacaq idxalı üzrə xərcləri 22 milyard avrodan çox artıb  

18:43
13 Aprel

Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb  

18:42
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!