14 Fevral 2026 08:50
283
SİYASƏT
A- A+
İnformasiya təhlükəsizliyi hər zaman prioritetdir

İnformasiya təhlükəsizliyi hər zaman prioritetdir


Bu gün dünya əvvəlki dövrlərlə müqayisədə tamamilə fərqli bir mərhələdədir. İndi müharibələr sadəcə döyüş meydanında getmir. İnternet resursları, sosial şəbəkələr, müxtəlif rəqəmsal informasiya platformaları informasiya müharibələrinin getdiyi meydana çevrilib. Hazırda informasiya daha  böyük bir güc kimi özünü göstərir.  

Azərbaycan da qlobal informasiya məkanının bir hissəsidir. İnternet, sosial şəbəkələr və süni intellekt əsaslı sistemlər gündəlik həyatımızın ayrılmaz parçasıdır. Bir tərəfdən bu, məlumatlara çıxışı asanlaşdırır, digər tərəfdən, vətəndaşlara yeni imkanlar yaradır. Eyni zamanda məlumat bolluğu içərisində həqiqəti seçmək getdikcə çətinləşir. Təhrif olunmuş xəbərlər, emosiyalara əsaslanan başlıqlar, manipulyativ videolar, süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər insanlarda psixoloji təsir gücünə malikdir. Bu proses isə təsadüfi deyil. 

Müasir dövrdə "hibrid müharibə" ifadəsi formalaşıb. Buraya dezinformasiya kampaniyaları, kiberhücumlar, iqtisadi təzyiq vasitələri, sosial şəbəkələr üzərindən psixoloji təsir, dini və ideoloji manipulyasiyalar daxildir. Bütün bunların məqsədi isə informasiya hücumu ilə cəmiyyəti zəiflətmək, çaşqınlıq yaratmaq və dövlətə olan etimadı sarsıtmaqdır. 

Onu da vurğulamalıyıq ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində mübarizə aparırdı. Sosial şəbəkələrdə və xarici media qurumlarında antiazərbaycançı şəbəkə tərəfindən ölkəmizin haqlı mübarizəsi ilə bağlı saxta xəbərlər tirajlanırdı. Bu məlumatlar, əsasən, erməni təəssübkeşləri, antimilli ünsürlər tərəfindən yayılırdı. 

Həmin ərəfədə Prezident İlham Əliyev xarici media orqanlarına verdiyi müsahibələrində ölkəmizin mövqeyini beynəlxalq ictimaiyyətə çatdıraraq Vətən müharibəsinin hüquqi əsasları və gedişatı barədə dolğun məlumatlar təqdim edirdi. Dövlətimizin başçısının müxtəlif nüfuzlu media qurumlarına müsahibələri haqlı mövqeyimizi dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılaraq informasiya müharibəsindəki qələbəmizi təmin etdi.

44 günlük Vətən müharibəsi Azərbaycanın həm də informasiya strategiyası baxımından da uğurlu təcrübəsi kimi qiymətləndirilə bilər. Bu proses müasir dövrdə informasiya cəbhəsində qazanılan üstünlüyün inkişafın mühüm tərkib hissəsi olduğunun göstəricisidir. 

Fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev kibertəhlükəsizlik məsələlərinə xüsusilə toxunaraq bildirib:  "Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır". Dövlətimizin başçısının fikirlərinə əsaslanaraq deyə bilərik ki, kibertəhlükəsizlik dövlət təhlükəsizliyinin əsas sütunlarından biridir.

Ölkəmizdə təkmil siyasət informasiya təhlükəsizliyini uğurla təmin edir. Belə ki, informasiya təhlükəsizliyinin qorunması ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanda informasiya resurslarının mühafizəsi, kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Həmçinin qanunvericilik bazası təkmilləşdirilir, qabaqlayıcı mexanizmlər tətbiq olunur və beynəlxalq əməkdaşlıq genişləndirilir. Bütün bunlar mümkün informasiya təhdidlərinin vaxtında qarşısını almağa xidmət edir.

Görülən işlər Azərbaycanın informasiya məkanında daha güclü və təhlükəsiz mövqe tutmasına imkan yaradır. İnformasiya təhlükəsizliyinin möhkəmləndirilməsi isə ölkəmizin sabitliyinə, dayanıqlı inkişafına və milli maraqlarının qorunmasına töhfə verir. Buna görə də informasiya məkanını bundan sonra da göz bəbəyi kimi qorumaq lazımdır. Mükəmməl qanunvericilik, effektiv kibertəhlükəsizlik sistemi və məsuliyyətli vətəndaş mövqeyi bu sahədə əsas dayaqlardır. 


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Münxendə panel müzakirələrdə iştirak edib YENİLƏNİB

23:57
14 Fevral

Ukraynanın ticarət kəsiri ötən il 44 milyard dolları ötüb

22:48
14 Fevral

Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

22:29
14 Fevral

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

20:53
14 Fevral

Vəkillər Kollegiyasının nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub

20:09
14 Fevral

Prezident İlham Əliyevin Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub YENİLƏNİB

19:49
14 Fevral

Misli Premyer Liqası: “Zirə” autsayderi məğlub edib

19:37
14 Fevral

Prezident İlham Əliyev Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb YENİLƏNİB

19:31
14 Fevral

Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olunub

19:26
14 Fevral

Avropa Komissarı: TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər

19:17
14 Fevral

Prezident: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

19:03
14 Fevral

Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı

18:58
14 Fevral

Prezident İlham Əliyev: Bağlantılar və dəhlizlər Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

18:50
14 Fevral

Azərbaycan Prezidenti: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

18:48
14 Fevral

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər

18:32
14 Fevral

Prezident: Sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizin də çox böyük potensialı var

18:24
14 Fevral

Prezident İlham Əliyev: Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır

18:09
14 Fevral

Marko Rubionun Münxendəki çıxışı rezonans doğurub

17:38
14 Fevral

Premyer Liqa: "Qarabağ"dan çətin qələbə

16:33
14 Fevral

Azərbaycanın regional rəqəmsal qovşağa çevrilməsi strategiyası

16:00
14 Fevral

Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb

15:09
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!