10 Dekabr 2024 18:15
397
CƏMİYYƏT
A- A+
İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Ermənistanın işğalından azad edilmiş ərazilərdə insan hüquqlarının və humanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) həyata keçirdiyi faktaraşdırıcı missiyasının nəticələrinə dair hazırlanmış hesabatının təqdimatı keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ombudsman Səbinə Əliyeva təqdimatda çıxışı zamanı hazırda dünyada bəzi dövlətlər tərəfindən sərgilənən kolonializm, irqçilik, dözümsüzlük, ikili standartlar, ayrı-seçkilik və islamofobiya hallarının artdığını, beynəlxalq təşkilatların bu kimi hallara biganə münasibətinin insan hüquq və azadlıqlarının pozulmasına səbəb olduğunu qeyd edib.

Müvəkkil Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi kəskin nifrət, etnik təmizləmə və deportasiya siyasəti səbəbindən dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri, o cümlədən genosid, ekosid, urbisid və kultursid aktlarının törədildiyini bildirib. Bütün bu faktlarla bağlı Ombudsman təsisatı olaraq, beynəlxalq təşkilatlara dəfələrlə hesabatlar, bəyanatlar və müraciətlər təqdim olunsa da, bu istiqamətdə heç bir effektiv tədbirlərin görülmədiyi qeyd edilib, Azərbaycanın dözümsüzlük, ikili standartlar və ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən ölkələrdən biri olduğu diqqətə çatdırılıb.

Ombudsman Ermənistanın işğalçılıq siyasəti nəticəsində azərbaycanlıların beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlarının pozulması faktlarının araşdırılması məqsədilə bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası ilə səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, İƏT MDİHK-nın nümayəndələrinin Azərbaycanda iki dəfə faktaraşdırıcı missiya həyata keçirdiyini qeyd edib.

Sonra Ombudsman Aparatının rəhbəri, İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Aydın Səfixanlı çıxış edərək İƏT MDİHK-nın Azərbaycanla bağlı hesabatı barədə ətraflı məlumat verib. O, nümayəndə heyətinin səfərinin əsas məqsədinin Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarət olduğunu diqqətə çatdırıb.

Aparat rəhbəri səfərin nəticəsi olaraq hazırlanmış hesabatda İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyası tərəfindən, eyni zamanda, beynəlxalq təşkilatlara ünvanlanacaq tövsiyələrin də öz əksini tapdığını, Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını pozması faktlarının da qeyd olunduğunu bildirib. Hesabatın İƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci Zivə görüşü çərçivəsində təsdiq edildiyini və daha sonra İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının rəsmi internet saytında yerləşdirildiyini qeyd edib.

Yekunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən icra olunmuş müvafiq layihə çərçivəsində hazırlanan, Ombudsman Aparatının, Müdafiə Nazirliyinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının müsahibələrinin yer aldığı və Ermənistanın Azərbaycana qarşı mina terrorundan bəhs edən “Ölüm Tələsi” adlı sosial çarx nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniya Deputatlar Konqresinin sədri Ulu Öndərin məzarını ziyarət edib  

15:16
23 Yanvar

İspaniya Konqresinin sədri: Azərbaycan-Ermənistan normallaşma prosesi sülh sazişi ilə nəticələnəcək

15:15
23 Yanvar

Avropanın maye qaz idxalının daha da artacağı gözlənilir  

15:12
23 Yanvar

Beynəlxalq Təmiz Enerji Günü münasibətilə dəyirmi masa keçirilib 

15:07
23 Yanvar

Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  

15:02
23 Yanvar

Milli Məclisin sədri: İspaniya ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var  

14:44
23 Yanvar

Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

14:42
23 Yanvar

Tarixin əzəmət nişanələrindən biri-Qalata qülləsi  

14:36
23 Yanvar

“Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsinə həsr olunmuş təltifetmə mərasimi keçirilib

14:28
23 Yanvar

Azərbaycanın Sülh Şurasına qoşulması regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır 

14:25
23 Yanvar

ADSEA-nın sədri Ucarda vətəndaşlarla görüşüb

13:48
23 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

13:00
23 Yanvar

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

12:53
23 Yanvar

Fransina Armenqol Sosias Bakıda Zəfər abidəsini və Zəfər muzeyini ziyarət edib YENİLƏNİB

12:41
23 Yanvar

Dövlət maliyyəsinin səmərəli idarəsinin təşkili ilə bağlı qanunlarda dəyişiklik müzakirə olunur

12:33
23 Yanvar

Fərid Qayıbov Qubadlı rayon və Sumqayıt şəhər sakinləri ilə görüşüb  

12:22
23 Yanvar

UNESCO: Son iki ildə 50-dən çox ölkədə internetin kəsilməsi halları olub  

11:41
23 Yanvar

Cey Di Vens: ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləyib  

11:32
23 Yanvar

Davos İqtisadi Forumu Azərbaycanın qlobal iqtisadi arenada lider olduğunu bir daha göstərdi  

11:24
23 Yanvar

Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib  

11:18
23 Yanvar

Ötən gün 67 cinayətin açılması təmin olunub  

10:57
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!