02 May 2026 14:34
806
Mədəniyyət
A- A+
İçərişəhərdə sənət və ənənənin bayramı - Beynəlxalq Xalça Festivalı 

İçərişəhərdə sənət və ənənənin bayramı - Beynəlxalq Xalça Festivalı 


Beynəlxalq Xalça Festivalının növbəti günü İçərişəhərdə davam edir.

AZƏRTAC xəbər verir ki, Şirvanşahlar Sarayından Qoşa Qala meydanına qədər təşkil olunan yürüşdə dövlət rəsmiləri, Milli Məclisin deputatları və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, artıq üçüncü dəfə təşkil olunan bu beynəlxalq festival insanları bir araya gətirərək İçərişəhərdə xüsusi ab-hava, sevgi və ilham yaradır. O qeyd edib ki, festivalın ərsəyə gəlməsində çoxsaylı insanların zəhməti dayanır və bu prosesdə iştirak edənlər təmsil etdikləri qurumdan asılı olmayaraq işə yalnız vəzifə kimi deyil, sevgi və böyük məsuliyyət hissi ilə yanaşırlar. Sədr vurğulayıb ki, xalça, sadəcə məişət əşyası deyil, tariximizin, mədəni kimliyimizin və mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov çıxışında bildirib ki, Beynəlxalq Xalça Festivalının keçirilməsi xalçaçılıq sənətinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. O vurğulayıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu sənət yalnız muzey eksponatı kimi deyil, yaşayan və inkişaf edən sahə kimi qorunmalı və gələcək nəsillərə ötürülməlidir.

E.Məmmədov qeyd edib ki, “Azərxalça” ASC-nin ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən istehsalat sahələrində 500-ə yaxın toxucu çalışır və onların təxminən 85 faizini qadınlar təşkil edir. Bu isə regionlarda məşğulluğun təmin olunması və ənənəvi sənətin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Festival çərçivəsində ziyarətçilər bu zəhmətin nəticəsi olan xalça nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib ki, bu cür festivalların artıq ənənə halını alması mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, bu kimi tədbirlər yaradıcı insanların fəaliyyətinin təşviqi baxımından vacib platformadır, eyni zamanda cəmiyyətdə bayram ab-havası yaradaraq insanları bir araya gətirir. Y.Abdullayev tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirərək bu təşəbbüsün davamlı olmasının vacibliyini vurğulayıb.

Tədbir konsert proqramı ilə davam edib.

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxışında bildirib ki, İçərişəhərdə keçirilən Xalça Festivalı milli-mədəni irsimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, xalçaçılıq Azərbaycan xalqının əsrlər boyu formalaşmış sənət ənənəsi olmaqla yanaşı, xalqın dünyagörüşünü, estetik zövqünü və tarixini özündə əks etdirən nadir mədəni irs nümunəsidir.

Festival çərçivəsində Qoşa Qala meydanı 11 ölkənin milli pavilyonlarının nümayiş olunduğu və konsert proqramlarının keçirildiyi əsas mərkəzə çevrilib.

Eyni zamanda, Bakı Xanlar parkı və Vahid bağı boyunca təşkil edilən sərgi-satış yarmarkalarında unikal sənət nümunələri təqdim olunub. Multani və Buxara karvansaraları isə eksklüziv sərgi və məhsul təqdimatları üçün ziyarətçilərin üzünə açıq olub.

Festivalın proqramına tanınmış yerli rəssamların, həmçinin Fransa, Qazaxıstan və Albaniyadan olan sənətkarların müxtəlif qalereyalarda nümayiş etdirilən əsərlərindən ibarət sərgilər də daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Otuz səkkiz kiloqramdan artıq narkotik vasitənin və üç minə yaxın həbin Azərbaycana keçirilməsinin qarşısı alınıb – BİRGƏ MƏLUMAT  

12:41
25 May

ABŞ yəhudiləri Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər

12:38
25 May

Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb

12:31
25 May

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb

12:23
25 May

Ədliyyə Nazirliyində sahibkarlarla görüşdə biznesin inkişaf yollarından danışılıb

12:13
25 May

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib

12:11
25 May

Media: WUF13 urbanizasiya sahəsində memarlıq, planlaşdırma və dövlət siyasətinin rolunu vurğulayıb

12:08
25 May

Əl-Cəzirə: ABŞ İranla qarşılıqlı razılaşmalardan geri çəkilir

12:07
25 May

Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin 1-ci Forumu aktiv müzakirələrlə yadda qalıb

12:01
25 May

Ötən həftə 78 mina və 416 digər partlayıcı sursat zərərsizləşdirilib

11:55
25 May

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

11:53
25 May

Ağdamın dağıdılması urbisid kontekstində beynəlxalq elmi araşdırmada təhlil edilib

11:49
25 May

Xəbərdarlıq: 10 Afrika ölkəsində yüksək Ebola epidemiyası riski var

11:45
25 May

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

11:43
25 May

Beynəlxalq axtarışda olan təqsirləndirilən şəxs ölkəmizə gətirilir

11:37
25 May

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:32
25 May

Nazir müavini: Liviyadakı səfirliyin fəaliyyətinin bərpası gündəmdədir

11:28
25 May

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

11:24
25 May

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

11:18
25 May

Uqandanın BMT-də daimi nümayəndəsi: Azərbaycan Cənub–Cənub əməkdaşlığını daha yüksək səviyyəyə qaldırıb

11:16
25 May

İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə

11:07
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!