16 Yanvar 2026 10:55
369
CƏMİYYƏT
A- A+
Hər tapılan mina xilas edilən bir həyatdır - Minaaxtaranların bir iş günü 

Hər tapılan mina xilas edilən bir həyatdır - Minaaxtaranların bir iş günü 

Vətən müharibəsinin başa çatmasından beş ildən çox vaxt keçməsinə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də ciddi problem olaraq qalır. Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə torpaqların minalardan təmizlənməsi istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Bu çətin prosesdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları hər gün “görünməyən düşmən”lə mübarizə apararaq böyük fədakarlıq göstərirlər.

AZƏRTAC-ın bölgə müxbiri ANAMA-nın Ağdamda yerləşən mobil bazasında olub, minaaxtaranların gündəlik fəaliyyətini izləyib və onların bir iş günü ilə tanış olub.

Hələ dan yeri sökülməmiş, Ağdam səmasını boz şəfəqlər bürüyərkən “görünməyən düşmən”ə qarşı mübarizəyə qalxan insanlar artıq iş başındadır. Soyuq, bir qədər də şaxtalı hava hökm sürsə də, bu çətinliklər minaaxtaranların iradəsini sarsıda bilmir.

Kimi yaxınlıqdakı evindən, kimi isə ANAMA-nın Ağdamda yerləşən mobil bazasındakı yataqxanadan çıxaraq düzülüş yerinə tələsir. Hər kəs bilir ki, bir qədər sonra onları keçmiş döyüş meydanları, minalanmış ərazilər və səbr, diqqət, peşəkarlıq tələb edən ağır bir gün gözləyir.

Səhər saat 6-dır. ANAMA-nın əməkdaşları artıq sıraya düzülüblər. Bir neçə dəqiqədən sonra dəstə halında keçmiş təmas xəttində və minalarla çirklənmiş ərazilərdə humanitar missiyanı yerinə yetirmək üçün yola düşəcəklər. Bu səssiz mübarizənin yalnız bir məqsədi var: insanların təhlükəsizliyini təmin etmək, heç kəsin minanın qurbanına çevrilməməsi.

Əraziyə yola düşməzdən əvvəl heyətin tərkibi yoxlanılır, hər bir əməkdaşın gün ərzində xidməti yerinə yetirib-yetirə bilməyəcəyi dəqiqləşdirilir, təhlükəsizlik qaydaları bir daha xatırladılır. Ardınca qruplara bölünür və təyin edilmiş nəqliyyat vasitələri ilə iş sahəsinə doğru yola düşürlər.

Bir müddət avtomobillə yol getdikdən sonra qrup keçmiş təmas xəttində yerləşən əraziyə çatır. Burada artıq işin ən məsuliyyətli mərhələsi başlayır. Avadanlıqlar avtomobildən boşaldılır, zirehli geyimlər geyinilir, mina axtaran cihazların sazlığı bir daha yoxlanılır. Hər detal önəmlidir, çünki buradakı ani bir səhv geri dönüşü olmayan nəticələrə gətirib çıxara bilər.

Tam hazır vəziyyətə gətirilən heyət minalarla çirklənmiş əraziyə daxil olur və axtarışlara başlayır. Bu ərazilərdə səssizlik hökm sürür. Yalnız mina axtaran cihazların səsi və diqqətlə atılan addımlar eşidilir.

1 nömrəli minaaxtaran Qədir Əsgərzadə Tərtər rayonunun Qapanlı kənd sakinidir. Deyir ki, peşəsinin çətin və təhlükəli olmasına baxmayaraq, işinin öhdəsindən layiqincə gəlir. Artıq 4 ildir bu humanitar fəaliyyətlə məşğul olan müsahibimiz etiraf edir ki, zamanında bu işi xəyal etməsə də, bu gün sevərək yerinə yetirir.

“Şəhidlərimiz, qazilərimiz bu torpaqlar uğrunda can qoyub, qan töküblər. Düşmənin basdırdığı minaların partlaması nəticəsində neçə-neçə qəhrəmanımız şəhid və ya qazi olub. Düşündüm ki, torpaqlarımızın minalardan təmizlənməsi, insanların təhlükəsiz yaşaması üçün bu işdə faydalı olmalıyam. Sənədlərimi toplayaraq Mina Təmizləmə Agentliyinə təqdim etdim və bu şərəfli peşədə çalışmağa başladım. Bu, “görünməyən düşmən”lə mübarizədir. Minaaxtaran yalnız bir dəfə səhv edə bilər, ona görə də burada yüksək peşəkarlıq, daimi diqqət və böyük məsuliyyət tələb olunur”, - deyə Q.Əsgərzadə bildirir.

Onun sözlərinə görə, müxtəlif təlimlərdən keçdikdən sonra bu işin bütün incəliklərini öyrənib. Peşəsinin riskli olmasına baxmayaraq, gördüyü işlə qürur duyur. Qədir deyir ki, işə başladığı ilk günlərdə həyəcan keçirsə də, qorxu hissi yaşamayıb.

Minaaxtaranların iş rejimi ciddi qaydalara əsaslanır. Bir saat ərzində 45 dəqiqə iş, 15 dəqiqə fasilə verilir. Bu müddət ərzində bütün diqqət yalnız iş xəttinə yönəldilir. Aşkar edilən hər bir mina və ya partlamamış sursat minaaxtaranlar üçün təkcə tapıntı deyil, xilas edilən bir insan həyatı deməkdir.

Beləliklə, səbr, məsuliyyət və yüksək peşəkarlıq tələb edən iş günü başa çatır. Minaaxtaranlar sahədə görülən işləri yekunlaşdırır, təhlükəsizlik qaydalarına uyğun son yoxlamaları aparır və bazaya geri qayıdırlar. Onlar üçün hər günün sonu bir ümiddir – sabah daha bir ərazinin minalardan təmizlənməsi, daha çox insanın öz doğma yurduna təhlükəsiz qayıtması ümidi.

Qeyd edək ki, ötən il Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 4963, tank əleyhinə 1861 mina, eləcə də 52 min 392 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Ümumilikdə 69 min 205,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq  

23:04
13 Fevral

Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir  

22:41
13 Fevral

Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir  

22:33
13 Fevral

Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı  

22:31
13 Fevral

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib 

22:24
13 Fevral

Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb  

22:14
13 Fevral

Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb  

22:13
13 Fevral

Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında Tramp Marşrutu layihəsinin əhəmiyyətindən danışıb  

22:06
13 Fevral

Ərəb politoloq: Azərbaycan postmünaqişə mərhələsində praqmatik və gələcəyə yönəlmiş yanaşma nümayiş etdirir 

21:34
13 Fevral

Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub  

20:39
13 Fevral

Nazir: Azərbaycanla Serbiya arasında imzalanmış sənədlər əməkdaşlığın güclü hüquqi bazasını təşkil edir  

20:28
13 Fevral

“AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb  

20:01
13 Fevral

Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yüksək qiymətləndirilib  

19:41
13 Fevral

Bahar Özsoy: Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müasir urbanizasiya modelinin tətbiqinə xüsusi önəm verir  

19:28
13 Fevral

Gürcüstan Dəmir Yolları: Rusiya ilə dəmir yolu əlaqələrinin bərpası həqiqətə uyğun deyil  

19:05
13 Fevral

İsrail-ABŞ-Azərbaycan əməkdaşlığı regionda uzunmüddətli strateji dayanıqlığın əsaslarını formalaşdırır

18:58
13 Fevral

Rəqəmsal inkişaf kursu Azərbaycanın gələcək gücünün və strateji mövqeyinin əsas təminatıdır

18:41
13 Fevral

Prezident İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb

18:13
13 Fevral

Rusiya Bankı əsas illik faiz dərəcəsini 15,5 faizə endirib  

18:03
13 Fevral

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:51
13 Fevral

Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:43
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!