"Ermənistan regionda sülhün tərəfdarıdırsa, Azərbaycanın haqlı şərtlərini yerinə yetirməlidir. Rəsmi İrəvan sözdə sülh tərəfdarı olduğunu bəyan etsə də, əməldə bunun əksini görürük, çünki bu istiqamətdə praktiki addımlar atmır".
Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sülh prosesi ilə bağlı mövcud mənzərəni şərh edib, dövlətimizin mövqeyini bir daha diqqətə çatdırıb. Bundan sonra Ermənistanın baş naziri sülh üçün hansısa "təklif"lərlə çıxış edib. Əslində, bütün bunlar erməni tərəfinin bu mövzuda spekulyasiyanı davam etdirməsidir. "İlk növbədə, Ermənistan ölkəmizə qarşı ərazi iddialarına son qoymalıdır, çünki bu ölkənin konstitusiyasında və digər hüquqi sənədlərdə ölkəmizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı dəfələrlə xəbərdarlıq edib. Doğrudur, Ermənistanın hakimiyyət orqanları bu faktın guya Azərbaycana qarşı ərazi iddiası anlamına gəlmədiyini deyir. Lakin təkcə bir fakt - 1998-ci ildə Robert Köçəryanın Ermənistanın prezidenti seçilməsi üçün bu ölkənin parlamentinin "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi" haqqında qəbul etdiyi sənədə istinad edilməsi rəsmi İrəvanın "əsaslandırmalarını" ifşa edir. Yəni belə sənədlərin qüvvədə qalması gələcəkdə Azərbaycana qarşı ərazi iddiası üçün istifadə oluna bilər. Ona görə də, Azərbaycanın bu şərti mütləq yerinə yetirilməlidir", - deyə o əlavə edib.
Deputatın sözlərinə görə, Ermənistan tərəfinin ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı ortaya qoyduğu son yanaşma da suallar doğurur. Minsk qrupunun ləğvi üçün heç bir şərt ola bilməz, çünki faktiki olaraq 44 günlük Vətən müharibəsindən sonra belə bir təsisat fəaliyyət göstərmir. ATƏT-in Minsk qrupu üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi, ona verilmiş mandat əsasında münaqişənin həllinə nail olmadı. Minsk qrupuna həmsədr ölkələrin liderləri münaqişənin hərbi həllinin olmadığını iddia etsələr də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Hərbi variant yoxdur" deyənlər sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Ancaq status-kvo güc yolu ilə, Azərbaycan dövlətinin iradəsi, yürüdülən müdrik siyasət, xalqın əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirildi.
S.Fətəliyeva qeyd edib ki, Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının ölkəmizdən çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər: "Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistana işğalda saxladığı əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin bu addımı da atmadılar. Həmsədr dövlətlərin işğalçı Ermənistana ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı, amma bunu etmədilər. Həmsədrlər vaxtaşırı bölgəyə səfər etməkdən, bir-birinin təkrarı olan bəyanatlar səsləndirməkdən başqa heç bir iş görmədilər. Ona görə də Azərbaycan xalqı haqlı olaraq Minsk qrupunun fəaliyyətindən daim narazı olub. Artıq bu məsələlər geridə qalıb, çünki Azərbaycan dövləti ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Belə olan halda Ermənistanın Minsk qrupu ilə bağlı hansısa spekulyasiyası qəbulolunmazdır".
Siyasətçi vurğulayıb ki, digər narahatedici məqam isə rəsmi İrəvanın hərbiləşmə siyasətini davam etdirməsidir. Məlumdur ki, Fransa Ermənistana silah tədarük edir. Eyni zamanda Hindistan da İrəvana müxtəlif növ silahlar satır. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Bütün bunların fonunda rəsmi İrəvanın həqiqətən sülh istəməsi inandırıcı görünmür. Amma Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Eyni zamanda həmin şərtlərə əməl etməklə münasibətlər qurulmalı, bu istiqamətdə təhlükə yaradan çağırışlar aradan qaldırılmalıdır. Yəni Azərbaycanın bütün şərtləri yerinə yetirilməlidir. Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə isti olacaq - PROQNOZ
Bolqarıstan xarici işlər naziri: Dünyada qlobal təhlükəsizlik və sabitlik bərqərar olmalıdır
Qlobal Bakı Forumunda panel iclası - “Yeni dünya düzənində orta güclər”
Əli Əsədov: Keçən il dövlət büdcəsindən təhsil xərclərinə təqribən 4,5 milyard manat vəsait ayrılıb
Bülənt Arınç: Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir
Keçmiş məcburi köçkün: 33 ildən sonra bahar bayramını doğma yurdumuzda qeyd edəcəyik
Xocalı sakini: Hər bir insan üçün doğma Vətəni, doğulduğu yer daha əzizdir
Ötən il Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi açıqlanıb
Miroslav Layçak: Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub
İşğaldan azad edilmiş ərazilərdə ötən ilin sonunadək 10,2 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib
Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır – Baş nazir
Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə ayrılan vəsaitin məbləği 8 faizdən çox artıb
Annalena Berbok: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir
“Politico” nəşri: Avropa Parlamenti yenidən korrupsiya ittihamı ilə çalxalanır
Əli Əsədov: Ötən il sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub
Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramının icrası müzakirə olunub
Əli Əsədov: Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir
Baş nazir: 2024-cü ildə əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb
Sabiq Prezident: Bakı Forumu böhranların mənfi təsirlərinin aradan qaldırılması üçün çıxış yolları tapmaq baxımından əla fürsətdir
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!