22 Yanvar 2026 08:27
272
İQTİSADİYYAT
A- A+
Dünyanın tanınmış şirkətləri ARDNF ilə əlaqələri genişləndirmək istəyirlər

Dünyanın tanınmış şirkətləri ARDNF ilə əlaqələri genişləndirmək istəyirlər


Həmin şirkətlərin rəhbərlərinin Prezident İlham Əliyevlə görüşlərində əsasən bu məsələ müzakirə mövzusu oldu


Azərbaycan yüksək iqtisadi göstəriciləri, həyata keçirdiyi qlobal layihələri, qazandığı etibarlı tərəfdaş imici sayəsində hər il Davos forumunun da diqqət mərkəzində olur. Tədbir iştirakçılarından dünyaşöhrətli şirkətlərin bir çoxunun rəhbəri Azərbaycan Prezidenti ilə görüşmək, ölkəmizlə əməkdaşlığı davam etdirmək, yaxud yeni əlaqələr qurmaq barədə müzakirələr aparmaq istəyirlər. Bu dəfə də belədir.

Prezident İlham Əliyev Davosda Amerika Birləşmiş Ştatlarının "J.P.Morgan" şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb. Əvvəla qeyd edək ki, bu şirkət ABŞ-nin aparıcı qlobal maliyyə institutlarından biridir. Yaşı 200-dən çox olan "J.P. Morgan" hazırda həm də dünyanın ən böyük və şaxələndirilmiş maliyyə institutları sırasında dayanır. İdarə etdiyi aktivlərin həcmi isə 4 trilyon dollardan çoxdur. Şirkət bankçılıq, investisiya və aktivlərin idarə edilməsi sahələrində fəaliyyət göstərir. 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və ölkəmizin digər qurumları ilə "J.P.Morgan" şirkəti arasında əməkdaşlıq əlaqələri uzunmüddətli xarakter daşıyır və qarşılıqlı etimada əsaslanır. Sözügedən görüşdə dövlətimizin başçısı bunu bir daha vurğulayıb.

Ceymi Daymon Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirdiyini, ölkəmizdə sabit investisiya mühitinin olduğunu qeyd edib. Rəhbərlik etdiyi şirkətin ARDNF ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və bunun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirib. O, həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini deyib.

Söhbət zamanı bu şirkətin SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) fəaliyyətinin maliyyələşməsi sahəsində çoxillik əməkdaşlığı da məmnunluqla vurğulanıb. "J.P.Morgan"la SOCAR arasında tərəfdaşlığın genişləndirilməsi ilə əlaqədar gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin ölkəmiz tərəfindən ABŞ-nin enerji sektoruna investisiya qoyuluşu məqsədilə "J.P.Morgan" şirkətinin cəlb edilməsi, qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və makroiqtisadi çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. Qlobal iqtisadi proseslər fonunda institusional investorlar üçün formalaşan imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olunub. 

ARDNF-nin əməkdaşlıq etdiyi şirkətlərdən biri də aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən olan "BlackRock"dır.

Prezident İlham Əliyev Davosda "BlackRock"un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan "Global Infrastructure Partners" (GIP) şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə də görüşüb. Mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycanda infrastruktur sahəsində potensial investisiya imkanları müzakirə olunub. Dövlətimizin başçısının Davosa səfəri çərçivəsində Dövlət Neft Fondu ilə "BlackRock" və bu şirkətin tərkibinə daxil olan, qlobal infrastruktur investisiya idarəetmə şirkəti olan "Global Infrastructure Partners" arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun imzalanmasının əhəmiyyətinə toxunulub.

Qeyd edək ki, bu sənəd mövcud əməkdaşlığın uzunmüddətli, strateji çərçivədə davam etdirilməsini, eləcə də beynəlxalq infrastruktur investisiya platforması çərçivəsində Azərbaycanda potensial investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur. Niyyət protokoluna əsasən, ARDNF-nin GIP tərəfindən idarə olunan infrastruktur fondlarına və birgə investisiya imkanlarına 3-4 il müddətində 1,5 milyard dollaradək kapital qoyuluşu imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır. Əməkdaşlıq çərçivəsində Azərbaycanda regional bulud və süni intellekt tələbatına xidmət edən məlumat mərkəzləri və infrastruktur üzrə potensial investisiya imkanlarının dəyərləndirilməsi, hava limanı infrastrukturu sahəsində "Global Infrastructure Partners"in əməliyyat və idarəetmə təcrübəsi nəzərə alınmaqla tərəfdaşlığın perspektivlərinin araşdırılması nəzərdə tutulur.

Görüşün sonunda Prezident İlham Əliyevin iştirakı ilə niyyət protokolunun mübadiləsi mərasimi olub. Bu sənəd ARDNF-nin qlobal investisiya ekosistemində mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın daha da genişləndirilməsinə və Azərbaycanın strateji əhəmiyyətli infrastruktur sahələrində uzunmüddətli investisiya imkanlarının formalaşdırılmasına töhfə vermək məqsədi daşıyır.

Prezident İlham Əliyevin "Brookfield Asset Management" şirkətinin prezidenti Konnor Teski ilə Davosdakı görüşündə bu şirkətin real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla, ARDNF ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində ARDNF ilə "Brookfield Asset Management" arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu da imzalanb. Sənəd mövcud strateji münasibətlərin institusional əsasda daha da dərinləşdirilməsini, fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda ARDNF-nin "Brookfield" tərəfindən idarə olunan fondlara və birgə investisiya layihələrinə 3-4 il müddətində ümumilikdə 1,4 milyard dollaradək kapital qoyuluşu imkanlarının dəyərləndirilməsi planlaşdırılır.

Əməkdaşlıq çərçivəsində Azərbaycanda investisiya potensialı olan əsas sahələr üzrə də imkanların araşdırılması nəzərdə tutulur. Bunlar enerji keçidi və saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur və digər sahələrdir. 

Xatırladaq ki, ARDNF 1999-cu il dekabrın 29-da Ümummilli Lider Heydər Əliyevin fərmanına əsasən təsis edilib. Bir il sonra - 2000-ci il dekabrın 29-da Ulu Öndərin növbəti fərmanı ilə ARDNF-nin Əsasnaməsi təsdiq olunub. Bundan yarım il sonra isə daha bir fərmanla fondun vəsaitlərinin yerləşdirilməsi qaydaları təsdiq edilib və qurum əməli fəaliyyətə başlayıb. ARDNF şəffaf fəaliyyətinə görə dünyanın ən şəffaf suveren fondları sırasında özünə yer alıb. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəli ekspert: Ermənistanla münasibətlərin normallaşması Bakı ilə İrəvan arasında sülh sazişindən asılıdır  

17:02
22 Yanvar

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Ağsuda vətəndaşların müraicətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

17:00
22 Yanvar

Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib YENİLƏNƏCƏK  

16:24
22 Yanvar

YAP Veteranlar Şurasının iclası keçirilib  

16:09
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!