29 Oktyabr 2026 02:30
1027
Qanunlar
A- A+
"Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

"Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364, (Cild I); 2024, № 1, maddə 18, № 7, maddə 769; 2025, № 7, maddə 626; 2026, № 1, maddə 17, № 5 (I kitab), maddə 391, № 7 (I kitab), maddə 613, № 8, maddələr 769, 774) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci maddənin birinci hissəsinin otuz dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

"elektron xidmət - dövlət xidmətlərinin informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə tərəflər arasında bilavasitə təmas olmadan (xidmətin məqsədləri üçün belə təmasın tələb edildiyi hallar istisna olmaqla) xidmət istifadəçilərinə göstərilmə forması;";

1.2. 14-1-ci maddə üzrə:

1.2.1. 14-1.1-ci maddədə "Azərbaycan Respublikasının Qanununa və dövlət xidmətlərinin həyata keçirilməsi sahəsində" sözləri ", "Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının qanunlarına və bu sahədə" sözləri ilə əvəz edilsin;

1.2.2. 14-1.2-ci maddənin ikinci cümləsində "olunduqdan sonra həmin sistem vasitəsilə" sözləri "edildikdən sonra Elektron Hökumət İnformasiya Sistemi üzərindən və ya rəsmi internet informasiya ehtiyatında (yaxud sahəvi portallarda) həmin sistemə keçid verilməklə" sözləri ilə əvəz edilsin.

Maddə 2. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1080 (Cild I); 2025, № 4 (I kitab), maddə 318) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 12.5.1-ci maddəyə "elektron poçt" sözlərindən sonra ", yaxud Elektron Hökumət İnformasiya Sistemindəki (bundan sonra - EHİS) elektron kabinet üzərindən" sözləri əlavə edilsin;

2.2. 13.1.2-ci maddədə "yaxud elektron poçtla" sözləri "elektron poçtla, yaxud EHİS-dəki elektron kabinet üzərindən" sözləri ilə əvəz edilsin;

2.3. aşağıdakı məzmunda 14.1.3-1-ci, 15.1.1-1-ci və 16.1.2-1-ci maddələr əlavə edilsin:

"14.1.3-1. sənədin EHİS-dəki elektron kabinet üzərindən təqdim edilməsi;";

"15.1.1-1. sorğu EHİS-dəki elektron kabinet üzərindən təqdim edildiyi və ya sorğunun EHİS-dəki elektron kabinet üzərindən cavablandırılması istənildiyi halda sorğuçu fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN);";

"16.1.2-1. EHİS-dəki elektron kabinet üzərindən;".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 oktyabr 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!