12 Fevral 2026 08:00
2134
SİYASƏT
A- A+
Cey.Di.VENS: “Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir"

Cey.Di.VENS: “Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir"


Həyata keçirdiyi düşünülmüş və uzaqgörən inkişaf strategiyası ilə Azərbaycanı regionun aparıcı gücünə, dünyanın nüfuzlu dövlətlərindən birinə çevirən Prezident İlham Əliyev eyni zamanda Cənubi Qafqazda sülh və sabitliyin əsas memarı kimi çıxış edir.

Onun ədalətə, beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsiplərinə söykənən siyasəti artıq qlobal miqyasda qəbul olunur və yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu siyasi kurs dünyanın aparıcı gücü olan Amerika Birləşmiş Ştatları tərəfindən də açıq şəkildə dəstəklənir.

Dövlət başçısının məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan tarixinin hər yeni mərhələsi daha parlaq uğurlarla zənginləşir, milli salnaməmizə mühüm hadisələr yazılır. Fevralın 10-da Bakıda imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası" bu baxımdan xüsusi əhəmiyyət kəsb edən tarixi hadisə kimi yadda qaldı. Bu sənəd yalnız iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi deyil, həm də regionun gələcək taleyinə təsir göstərə biləcək mühüm siyasi hadisədir.


Liderlik nümunəsi


ABŞ-Azərbaycan münasibətlərinin ən yüksək səviyyəyə çatması, dinamik inkişaf xətti üzrə irəliləməsi və yeni hədəflərə doğru istiqamətlənməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi baxımından vacib əhəmiyyət daşıyır. Bu reallıq isə Prezident İlham Əliyevin humanist dəyərlərə əsaslanan, sülhü təşviq edən və ədaləti prioritet sayan siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin liderliyi ilə yürüdülən bu düzgün siyasi xətt beynəlxalq aləmdə də yüksək rəğbətlə qarşılanır.

Fevralın 10-da Prezident İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey.Di.Vens mətbuata bəyanatlarla çıxış edərkən Ağ Evin təmsilçisinin səsləndirdiyi fikirlər bunun bariz göstəricisi oldu: "Hazırda sülh sazişi baxımından düşünürəm ki, Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir... ...Düşünürəm ki, gələcəkdə bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsidir".

ABŞ rəsmisinin bu sözləri Azərbaycan Prezidentinin sülh prosesində oynadığı rola verilən açıq və yüksək qiymət kimi diqqət çəkdi.

Ümumiyyətlə, ölkəmizdə rəsmi səfərdə olan vitse-prezident Cey.Di.Vens Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətlərini dəfələrlə vurğuladı: "Enişdən əvvəl işçilərimə deyirdim ki, Prezident Tramp kimi Prezident Əliyev də dünyada türklər və israillilər ilə həqiqətən yaxşı münasibətlərə malikdir...

...Ölkə başçısı həqiqətən cəlbedici şəxsdir. Mən təsdiqləyə bilərəm ki, o, çox cəlbedicidir". 

Təkcə Cey.Di.Vens deyil, nüfuzlu dünya liderlərinin əksəriyyəti Prezident İlham Əliyev haqqında hər zaman yüksək fikirlər səsləndirirlər. ABŞ kimi nəhəng ölkəyə rəhbərlik edən Donald Trampın şəxsən Prezident İlham Əliyevə olan səmimi dostluq münasibəti və onun barəsində yüksək fikirdə olması da bu mənada xüsusilə diqqətçəkəndir. 

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan-Ermənistan sülh sazişinin mətni paraflanarkən ABŞ Prezidenti Donald Trampın ölkəmizin rəhbərinə xitabən səsləndirdiyi, "Siz güclü və ağıllı insansınız" fikirləri də bunun təsdiqidir. 

Donald Trampın Prezident İlham Əliyevə nümayiş etdirdiyi xüsusi rəğbət və səmimi münasibət Azərbaycan liderinin beynəlxalq nüfuzunun göstəricisidir. Ümumiyyətlə, Vaşinqtona səfər zamanı yüksəksəviyyəli qarşılanma, səmimi dialoqlar, keçirilən görüşlər və Ağ Evin rəmzi açarının təqdim olunması dövlətimizin başçısına olan qlobal ehtiramın təzahürü idi.


Sülh naminə 


ABŞ Prezidentinin Bakının sülh təşəbbüslərini dəstəkləməsi, regionda normallaşma prosesinə verdiyi töhfə də mühüm məqamdır. Keçən il iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev Donald Trampın beynəlxalq təhlükəsizlik məsələlərinə xüsusi  önəm verməsi ilə yanaşı, Cənubi Qafqazdakı vəziyyəti də diqqətdə saxladığını vurğulamışdı. ABŞ liderinin həmin çıxışı özünün "Truth" sosial şəbəkə hesabında paylaşması isə bu münasibətlərin səmimiliyini və qarşılıqlı hörməti bir daha təsdiqlədi.

Prezident İlham Əliyevin Donald Trampın rəsmi dəvəti ilə Vaşinqtona səfəri həm ikitərəfli əlaqələrin dərinləşdirilməsi, həm də regionda dayanıqlı sülhün təmin olunması baxımından mühüm siyasi hadisə kimi qiymətləndirildi.

Bu gün Cənubi Qafqazda silahların susması, qarşıdurmanın aradan qalxması, əməkdaşlıq imkanlarının yaranması məhz Azərbaycan liderinin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir. Keçən il sentyabrın 23-də Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən rəsmi qəbul zamanı Donald Tramp Prezident İlham Əliyev barədə dedi: "Mən Sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız".

Dünyanın aparıcı dövlətinə rəhbərlik edən bir şəxsin bu cür səmimi və yüksək fikirlər səsləndirməsi, şübhəsiz ki, həm İlham Əliyev şəxsiyyətinə olan ehtiramın, həm də onun qlobal sülh naminə atdığı addımların beynəlxalq miqyasda qəbulunun göstəricisidir.

Bakıda Prezident İlham Əliyevin ABŞ-nin vitse-prezidenti Cey.Di.Vens ilə geniş tərkibdə görüşündə Ağ Ev təmsilçisinin, "Prezidentimiz Sizə öz salamlarını, xoş arzularını çatdırır və tərəfdaşlığınız üçün Sizə minnətdardır. Azərbaycan və Ermənistan arasında Prezident Trampın vasitəçilik etdiyi sülh razılaşması düşünürəm ki, onun vasitəçiliyi ilə olan yeddinci və ya səkkizinci sülh razılaşmasıdır.

… Bilirəm ki, o, aranızdakı tərəfdaşlığa və dostluğa, rəhbər heyətlər və administrasiyalarımız arasında münasibətlərə görə çox minnətdardır", - deməsi də bunu təsdiqləyir. 

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf yolu keçərək milli maraqlarını qətiyyətlə təmin edən, müstəqil və balanslaşdırılmış siyasət yürüdən nüfuzlu dövlətə çevrilib. Bu gün ölkəmiz beynəlxalq enerji və nəqliyyat xəritəsində mühüm mərkəz kimi çıxış edir, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji dəhlizlərin əsas təşəbbüskarlarından biri kimi tanınır.

Azərbaycanın səyləri ilə regionda formalaşan yeni reallıqlar, suverenliyin tam bərpası və beynəlxalq hüququn təmin olunması faktı dünya ictimaiyyəti tərəfindən qəbul edilir. Bununla yanaşı, Prezident İlham Əliyevin sözü ilə imzasının eyni dərəcədə etibarlı olan siyasi lider kimi tanınması ölkəmizin rəhbərinə qlobal ehtiramı artırır. Bütün bu faktlar bir daha göstərir ki, Prezident İlham Əliyev təkcə regionun deyil, daha geniş coğrafiyanın siyasi proseslərinə təsir edən, qlobal miqyasda söz sahibi olan liderdir. Onun liderlik portreti güclü dövlətçilik iradəsi, strateji baxış və sülhə sadiqlik üzərində formalaşıb.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında

01:55
05 Mart

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında

01:55
05 Mart

"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında

01:54
05 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:52
05 Mart

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 295 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:52
05 Mart

Azercell abunəçilərinin nəzərinə

01:50
05 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan taxta materiallarının satın alınması məqsədilə açıq tender elan edir

01:49
05 Mart

“BANK OF BAKU” ASC-nin səhmdarlarının nəzərinə

01:47
05 Mart

К сведению акционеров ОАО “BANK OF BAKU”

01:46
05 Mart

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib  

23:07
04 Mart

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib

22:58
04 Mart

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının bir hissəsi ölkəyə təxliyə edilib 

22:55
04 Mart

Azərbaycan XİN: Qətərdə olan 200 nəfər vətəndaşımızın təxliyəsi istiqamətində iş aparılır  

22:54
04 Mart

İrandan təxliyə davam edir - 8 ölkənin vətəndaşları “Astara” buraxılış məntəqəsindən keçib

22:13
04 Mart

Braziliya səfiri də daxil olmaqla üç ölkənin diplomatları Azərbaycana təxliyə olunub 

21:46
04 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:36
04 Mart

Azərbaycan Kuboku: “Şamaxı”nı üstələyən “Qarabağ” yarımfinala yüksəlib

21:18
04 Mart

Nazir: Londonda Azərbaycan–Böyük Britaniya əməkdaşlığının texnoloji gündəliyi müəyyənləşdirilib  

21:07
04 Mart

“Yeni reallıqlar və müasir Azərbaycan: aktual çağırışlar fonunda gələcəyə baxış”

20:46
04 Mart

Azərbaycanın turizm potensialı “ITB Berlin 2026” sərgisində təbliğ olunur

20:32
04 Mart

Qətərin dörd sənaye şirkəti istehsalı dayandırıb

19:53
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!