13 Fevral 2026 09:00
663
CƏMİYYƏT
A- A+
Biz yeniyetmələrə yaradılan şəraitə görə dövlətə borcluyuq

Biz yeniyetmələrə yaradılan şəraitə görə dövlətə borcluyuq


Ulu Öndər Heydər Əliyev deyib: "Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar".

Ümummilli Liderimizin çox zəngin irsini öyrənərkən onun uşaqlara, gənclərə olan isti münasibətinin, xüsusən də ölkəmizin daha xoşbəxt gələcəyini təmin edəcək nəslə göstərdiyi qayğı və diqqətin şahidi oluruq. Ulu Öndərin hələ 1997-ci il fevralın 1-də imzaladığı sərəncamla hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü qeyd edilir. Yalnız bizdən 2 il sonra BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 Avqust - Beynəlxalq Gənclər Günü elan olunub.

Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb ki, bu da ölkənin ictimai-siyasi həyatında gənclərin fəallığını daha da artırmağa xidmət edirdi. Bunlardan əlavə, Ümummilli Liderin təşəbbüsü ilə 1996-cı ildən Azərbaycan gənclərinin forumları keçirilir. Forumlarda ölkənin qabaqcıl gəncləri bir araya gələrək mühüm məsələləri müzakirə edirlər.

Sonuncu - XI Forum cari il fevralın 2-də Gülüstan sarayında keçirildi. Tədbirdən öncə forum iştirakçıları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etdilər. Sevindirici haldır ki, Azərbaycan Gənclərinin ilk forumunun 30 illik yubileyi çərçivəsində keçirilən tədbir fevralın 3-də Xankəndi Konqres Mərkəzində davam etdi. Bu, Prezident İlham Əliyevin Ümummilli Liderin vəsiyyətini yerinə yetirməsi sayəsində mümkün oldu.

Hər bir sahədə olduğu kimi, gənclər siyasəti sahəsində də Ulu Öndərin bütün arzuları indi həyata keçib. Bu arzuları reallaşdıran isə xalqımızın lideri Prezident İlham Əliyevdir. Prezident İlham Əliyev deyib: "İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar".

Ulu Öndərin ideyalarının yaşadılmasında 2004-cü il mayın 10-da ölkəmizdə yaradılmış Heydər Əliyev Fondu əvəzsiz rol oynayır. Fondun əsas fəaliyyət istiqamətlərindən birini təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi təşkil edir. Buna misal olaraq mənim təhsil aldığım məktəbi nümunə göstərmək olar. 

Bakıda yaşayan yəhudi uşaqları üçün "Xabad-Or-Avner" Təhsil Mərkəzi "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Heydər Əliyev Fondu və "Or-Avner" Beynəlxalq Fondu tərəfindən inşa edilib. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilmiş, tikintisi 2010-cu ildə başa çatmışdır. 2010-cu il oktyabrın 4-də Azərbaycan Przidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və "Or-Anver" Beynəlxalq Fondunun prezidenti Lev Levayev təhsil mərkəzinin açılışında iştirak etmişlər.

Məktəbimiz Bakının Xətai rayonunda yerləşir. Üçmərtəbəli bina müasir tələblər səviyyəsində inşa olunub. Burada müasir avadanlıq və lazımi dərs vəsaitləri ilə təchiz edilən 30 sinif otağı, 700 kvadratmetr sahədə süni örtüklü açıq stadion var.

2021-ci ildən etibarən "Xabad-Or-Avner" məktəbi 152 nömrəli tam orta ümumtəhsil məktəbi kimi fəaliyyətini davam etdirir. Məktəbimizdə şagirdlərin azərbaycançılıq ideyaları, vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük diqqət göstərilir. Vaxtaşırı olaraq Heydər Əliyev Mərkəzinə təşkil edilən ekskursiyalarda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən materiallarla tanış olur, Fəxri xiyabanda məzarını ziyarət edirik. Bundan əlavə, məktəbimizdə Ulu Öndərə həsr olunmuş müxtəlif tədbirlər, inşa yazıları, rəsm müsabiqələri və idman yarışları keçirilir. 

Ölkəmizdə gənclərin inkişafı üçün yaradılan şəraitdən bəhrələnərək özüm bir çox uğura imza atmışam. Azərbaycanda keçirilən Dünya Robot Olimpiadasında 3-cü yerə layiq görülmüşəm, "Sabahın Alimləri" XIV Respublika Müsabiqəsində Kompüter elmləri kateqoriyası üzrə 3-cü pilləyə qalxmışam, İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən 2025-ci ildə təşkil olunan Top 10, Milli İqtisadiyyat Olimpiadasının iştirakçısıyam. Hetsiba Proqramı çərçivəsində "İsrail 75 yaşında", "İbri dili" olimpiadalarında finala çıxmışam və yəhudi məktəbliləri arasında 2-ci yeri qazanmışam. Çexiya Respublikasında nəşr olunan "İqlim dəyişikliyi dövründə yenilənə bilən enerji-saxlamanın səmərəliliyinin proqnozlaşdırılması və optimallaşdırılması" məqaləsinin müəlliflərindən biriyəm, rus bölməsi üçün nəşr olunan "Azərbaycan dili" dərs vəsaitindəki Azərbaycan sözlərini rus dilinə tərcümə etmişəm. Bunlardan əlavə, Astanada keçirilən "MDB üçün 100 ideya" beynəlxalq gənclər layihəsinin "İT-Sfera" kateqoriyası üzrə finalçısıyam.


Ayan NƏZƏRƏLİYEVA,

Bakıdakı 152 saylı tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Münxendə panel müzakirələrdə iştirak edib YENİLƏNİB

23:57
14 Fevral

Ukraynanın ticarət kəsiri ötən il 44 milyard dolları ötüb

22:48
14 Fevral

Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

22:29
14 Fevral

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

20:53
14 Fevral

Vəkillər Kollegiyasının nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub

20:09
14 Fevral

Prezident İlham Əliyevin Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub YENİLƏNİB

19:49
14 Fevral

Misli Premyer Liqası: “Zirə” autsayderi məğlub edib

19:37
14 Fevral

Prezident İlham Əliyev Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb YENİLƏNİB

19:31
14 Fevral

Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olunub

19:26
14 Fevral

Avropa Komissarı: TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər

19:17
14 Fevral

Prezident: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

19:03
14 Fevral

Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı

18:58
14 Fevral

Prezident İlham Əliyev: Bağlantılar və dəhlizlər Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

18:50
14 Fevral

Azərbaycan Prezidenti: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

18:48
14 Fevral

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər

18:32
14 Fevral

Prezident: Sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizin də çox böyük potensialı var

18:24
14 Fevral

Prezident İlham Əliyev: Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır

18:09
14 Fevral

Marko Rubionun Münxendəki çıxışı rezonans doğurub

17:38
14 Fevral

Premyer Liqa: "Qarabağ"dan çətin qələbə

16:33
14 Fevral

Azərbaycanın regional rəqəmsal qovşağa çevrilməsi strategiyası

16:00
14 Fevral

Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb

15:09
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!