15 Oktyabr 2026 16:37
891
CƏMİYYƏT
A- A+
Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə görüş olub.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimayyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdədir. Nümayəndə heyətinə Beynəlxalq Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Leyla Markes Mota, Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel, komitənin vitse-prezidenti Nataliya Novikova, habelə Türkiyə, Rusiya, Macarıstan, İspaniya və digər ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri daxildir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası isiqamətində aparılan ardıcıl işlər barədə məlumat verib.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə paralimpiya hərəkatının təməli qoyulub və 1996-cı ildə Milli Paralimpiya Komitəsi yaradılıb. Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin sosial rifahının təminatı, reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, paralimpiyanın inkişaf etdirilməsi mühüm yer tutur.

Görüşdə Birinci vitse-prezident Mehriban Əliyevanın əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, inklüziv cəmiyyətin inkişafına xidmət edən layihə və təşəbbüsləri barədə məlumat verilib. Azərbaycan paralimpiyasının keçdiyi inkişaf yolu, əldə etdiyi tarixi nailiyyətlər diqqətə çatdırılıb.

Son illərdə ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlardan bəhs olunub, əlilliyi olan şəxslərlə bağlı icra olunan məşğulluq proqramları qeyd edilib. Bu sahədə fəaliyyətin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun qurulduğu bildirilib. Nazirliyin tabeliyindəki Sumqayıt Paralimpiya İdman Kompleksində idmançıların hazırlığı üçün aparılan işlərdən bəhs olunub.

Qonaqlar əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının, bərabər imkanların və inklüziv dəyərlərin təşviqinin mühüm vasitəsi olan paralimpiya hərəkatının ölkəmizdə daim inkişaf edərək genişlənməsi üçün aparılan işlər barədə müsbət fikirlərini bölüşüblər.

Görüş Beynəlxalq Paralimpiya Komitəsi və Avropa Paralimpiya Komitəsi ilə əməkdaşlığın daha da genişləndirilməsi, birgə təşəbbüslərin, layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!