26 Mart 2026 14:40
225
CƏMİYYƏT
A- A+
Beynəlxalq səyyahlar Xocalı Soyqırımı Memorialında

Beynəlxalq səyyahlar Xocalı Soyqırımı Memorialında

Beynəlxalq səyyahlar Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində Xocalı Soyqırımı Memorialı ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyahlara Xocalı faciəsi və Xocalı Soyqırımı Memorialı haqqında məlumat verilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədib. Faciə zamanı 613 nəfər qətlə yetirilib. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib.

Xocalı Soyqırımı Memorialı Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.

Qeyd edək ki, dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyyahların səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir. Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yapon səyyah: Fikirlərimi öz veb-saytımda paylaşacağam

15:34
26 Mart

Yaxın Şərqdəki hərbi əməliyyatlar dünya iqtisadiyyatını təhdid edir

15:30
26 Mart

Alman səyyah: Ağdam məscidi çox xoşuma gəldi

15:28
26 Mart

Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşıb

15:27
26 Mart

Tomas Praynl : Şəhər və kəndlərin, yolların yenidən qurulması çox təsirlidir

15:26
26 Mart

Ağdam sakini keçmiş təmas xəttində minaya düşüb

15:24
26 Mart

Beynəlxalq səyyahlar Xocalı Soyqırımı Memorialında

14:40
26 Mart

Güclü yağışlarla əlaqədar daşqın və subasma gözlənilir XƏBƏRDARLIQ

14:37
26 Mart

Sabit Rəhmanın anadan olmasından 116 il ötür

14:35
26 Mart

Beynəlxalq səyyahlar Ağdam şəhəri ilə tanış olublar - YENİLƏNİB

13:27
26 Mart

Nəqliyyat naziri: Tankerə hücumda pilotsuz katerdən istifadə olunub

13:26
26 Mart

Sahibə Qafarova: Azərbaycan ilə Çin arasında münasibətlər yeni səviyyəyə yüksəlib

13:23
26 Mart

Azərbaycan və Çin arasında səmərəli investisiya əməkdaşlığı

13:20
26 Mart

Əlilliyi olan 2500 nəfər robotik reabilitasiya xidmətlərinə cəlb olunub

13:18
26 Mart

ABŞ nümayəndələri Anaklia dəniz limanına maraq göstəriblər

13:13
26 Mart

Novruz və Ramazanla bağlı bayram tədbirləri

12:16
26 Mart

Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Şahabuddinə

11:11
26 Mart

Axtarışda olan 45 nəfər saxlanılıb

11:10
26 Mart

Andrey Sibiqa: Ukrayna Sovet müqavilə mirasına aid olan 116 müqaviləni ləğv edib

11:06
26 Mart

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardım Qaradağ stansiyasına çatıb

10:13
26 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!