06 Fevral 2026 09:00
868
Mədəniyyət
A- A+
Bənzərsiz ifası ilə sevilirdi

Bənzərsiz ifası ilə sevilirdi


Dünyasını dəyişdiyi vaxtdan uzun zaman keçməsinə baxmayaraq, tez-tez  radio dalğalarından onun ürəklərə yatan məlahətli səslə ifa etdiyi bir-birindən şən, oynaq mahnılarına böyük sevgi ilə qulaq asırıq. Həmin mahnılar əlimizdən tutub bir anlıq da olsa, bizi xəyalən arxada qalmış illərə aparır. Müğənninin böyük şövqlə ifa etdiyi mahnılarını sevməyən, ona həvəslə qulaq asmayan çətin ki, kimsə tapılsın. Çünki o, oxuduğu mahnıları ilə sanki dünyada yaşayan insanların ürəyini, qəlbini fəth edir. Təbiidir ki, söhbət Azərbaycanın tanınmış müğənnisi, bütün zamanlarda sevilə-sevilə dinlənən Anatollu Qəniyevdən gedir. Onun bir zamanlar həyat verdiyi mahnılar bu gün bizimlə yol yoldaşlığı edir, üzü işıqlı sabahlara doğru qanadlanır. 

Anatollu Qəniyev sadə, amma olduqca mənalı bir ömür yaşayıb. O, 10 fevral 1931-ci ildə Xəzərin sahilində yerləşən Neftçala rayonunda dünyaya göz açıb. Hələ kiçik yaşlarından ürəyində musiqiyə böyük maraq pöhrələnib. Gələcəkdə musiqiçi olmaq arzusu ilə böyüyüb. 1953-cü ildə əsgəri xidmətini yerinə yetirib doğmalarının yanına qayıtdıqdan sonra görkəmli müğənni Bülbülün məsləhətilə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə qəbul olub. Bülbül onun mahnılarını dinləyəndə heyranlığını gizlətməyib. İlk addımlarını atmağa başladığı bu təhsil ocağının Anatollu Qəniyevin musiqiçi kimi formalaşmasında çox böyük rolu olub. Burada zəngin təcrübəsi olan Firudin Mehdiyevin sinfində təhsil alıb, musiqinin sirlərinə dərindən yiyələnib. 

Anatollu Qəniyev sonralar Azərbaycanın görkəmli müğənniləri olmuş  Zeynəb Xanlarova, Oqtay Ağayev, İslam Rzayev, Məmməd Salmanovla bir parta arxasında oturub.1959-cu ildə musiqi məktəbini uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət Radio və Televiziyasının solisti kimi çalışıb. O, peşəkar ifaçılıq fəaliyyətinə Cahangir Cahangirovun rəhbərlik etdiyi Azərbaycan Televiziyasının xorunda başlayıb. 1970-ci illərin axırlarında isə "Azkonsert" kimi tanınan Dövlət Konsert-Qastrol Birliyinin solisti olub.

İfa etdiyi mahnıları ilə milyonların sevgisini qazanan Anatollu Qəniyev heç vaxt rəsmi şəxslərin diqqətində olmağa çalışmayıb, fəxri adlar almaq üçün kiminsə qapısını döyməyib. Sadəcə olaraq, müğənni kimi ürəyinə yatan mahnıları sevə-sevə oxuyub, xalqımızın musiqisinə yeni nəfəs verib. Ən böyük mükafatı isə tamaşaçı alqışı və sevgisi idi. Fəxri adlardan söz düşəndə həmişə deyərmiş ki, "xalqın sevimli artistiyəm, bu, mənə bəsdir". Ulu Yaradanın bəxş etdiyi lirik bariton səsinin təkrarsız imkanlarından bacarıqla istifadə edən A.Qəniyev yeni-yeni mahnılara həyat verib. Bənzərsiz ifa tərzi, şirin, məlahətli səsi ilə diqqət çəkib, özündən sonra musiqi dünyasında dərin, silinməz izlər qoyub. Bacarığı və peşəkarlığı ilə əlçatmaz zirvələri fəth edib. 

Fəaliyyətə başladığı ilk günlərdən adına şöhrət gətirəcək, onu xalqa tanıdacaq musiqi dünyasında uğurlu addımlar atıb. 1959-cu il Anatollu Qəniyevin həyatında böyük əlamətdar hadisə ilə yadda qalıb. Həmin il müğənni keçmiş ittifaqın mərkəzi şəhəri olan Moskvada böyük təntənə ilə keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə maraqlı konsert proqramı ilə çıxış edib. Gözəl ifası ilə tədbir iştirakçılarının rəğbət və sevgisini qazanıb. 

Ömrünün sonrakı illərində Anatollu Qəniyev musiqi aləmində daha da yaddaqalan uğurlar əldə edib. 1960-cı illərin əvvəllərində Azərbaycan Dövlət Filarmoniyasının solisti olan böyük sənətkar Tofiq Əhmədovun rəhbərlik etdiyi "Azteleradio"nun estrada orkestrinin solisti kimi Polşada, Almaniyada, Çexoslovakiyada, Kubada, ərəb ölkələrində, həmçinin dünyanın başqa yerlərində qastrol səfərlərində olub. Heç vaxt unudulmayacaq bu səfərlər zamanı bir-birindən gözəl mahnılar oxuyub. Qastrolda olduğu ölkələrdə Azərbaycan musiqisini böyük iftixarla səsləndirib, qürurla tərənnüm edib.

Oxuduğu mahnılarla xalqın böyük sevgisini qazanmış Anatollu Qəniyev səhnədə olduğu illər ərzində bir çox istedadlı bəstəkarla yaradıcılıq əməkdaşlığı edib. Görkəmli bəstəkarlar Tofiq Quliyev, Hacı Xanməmmədov, Arif Məlikov, Hökümə Nəcəfova, Vasif Adıgözəlov, Oqtay Rəcəbov, Ramiz Mirişli, Emin Sabitoğlu, Şahid Əbdülkərimov bir neçə mahnını onun üçün bəstələyiblər. Anatollu Qəniyev ürəyəyatımlı avazı ilə həmin mahnılara, necə deyərlər, öz möhürünü vurub. Bu gün də böyük maraq və sevgi ilə dinlənilən "Süfrə", "Nuş olsun", "Naznaz", "Badamlı" mahnılarını ilk dəfə o ifa edib. 

Anatollu Qəniyevin səsi həm də müxtəlif illərdə kinofilmlərimizə yaraşıq verib. O, "Koroğlu", "Möcüzələr adası", "Ulduzlar sönmür", "Qanun naminə", "Alma almaya bənzər"  və başqa filmlərdə mahnılar ifa etməklə kino musiqisində də özünün heç vaxt silinməyəcək izini qoyub.

Bu gün hamımız Anatollu Qəniyevin oxuduğu "Çıx yaşıl düzə", "Reyhan", "Teymurun mahnısı", "Dəyişmərəm", "Bakının ulduzları", "Şəlalə", "Ay qız", "Qonşular" (Elmira Rəhimova ilə duet), "Yaşa, könül", "İlk görüşdən gəlirəm", "Səni haylaram", "Bu dərə uzun dərə",  "Badamlı", "Nuş olsun", "Naz-naz",  "Bana-bana gəl", "Məni gördü güldü yar", "Evləri var xana-xana" və başqa mahnılara böyük maraqla, zövq ala-ala qulaq asırıq. Adlarını çəkdiyimiz və çəkmədiyimiz bu mahnılar zaman-zaman müğənniyə böyük şöhrət qazandırıb. 

Anatollu Qəniyevin oğlu Xalq artisti Heydər Anatollu mətbuata verdiyi müsahibələrin birində atasını kövrək hisslərlə xatırlayıb: "Artıq 40 ilə yaxındır ki, atam dünyasını dəyişib, o vaxtdan bu günə kimi həmişə xatırlanır. Anatollu Qəniyev adı çəkiləndə ancaq xoş sözlər eşidirəm. Onun insanlığından, mənliyindən, sənətindən... Fəxr edirəm ki, belə bir insanın, belə bir sənətkarın övladıyam. Bacardığım qədər onun adını uca tuturam, yaşadıram, nə qədər varam, onun adını yaşadacam. O özü də deyirdi ki, fəxri adım oldu-olmadı, məni xalq istəyir. Küçədə gedəndə 10 nəfərdən 9-u yaxınlaşır, ürək sözlərini deyirdi. Bakının ən elit təbəqəsinin toy məclislərini o zamanlar atam idarə edirdi. Onun vaxtına görə toy tarixini təyin edirdilər. Mən həmişə deyirəm, səhnəyə çıxanda, ya hər hansı bir tədbirdə adım çəkiləndə onun da adı çəkilir". 

Səsi ürəklərdə, qəlblərdə yaşayan Anatollu Qəniyev 1985-ci il oktyabrın 1-də kəskin ürək çatışmazlığından dünyasını dəyişib. O, yaddan çıxmır, əbədi olaraq ürəklərdə və qəlblərdə yaşayacaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Münxendə panel müzakirələrdə iştirak edib YENİLƏNİB

23:57
14 Fevral

Ukraynanın ticarət kəsiri ötən il 44 milyard dolları ötüb

22:48
14 Fevral

Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

22:29
14 Fevral

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

20:53
14 Fevral

Vəkillər Kollegiyasının nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub

20:09
14 Fevral

Prezident İlham Əliyevin Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub YENİLƏNİB

19:49
14 Fevral

Misli Premyer Liqası: “Zirə” autsayderi məğlub edib

19:37
14 Fevral

Prezident İlham Əliyev Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb YENİLƏNİB

19:31
14 Fevral

Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olunub

19:26
14 Fevral

Avropa Komissarı: TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər

19:17
14 Fevral

Prezident: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

19:03
14 Fevral

Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı

18:58
14 Fevral

Prezident İlham Əliyev: Bağlantılar və dəhlizlər Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

18:50
14 Fevral

Azərbaycan Prezidenti: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

18:48
14 Fevral

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər

18:32
14 Fevral

Prezident: Sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizin də çox böyük potensialı var

18:24
14 Fevral

Prezident İlham Əliyev: Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır

18:09
14 Fevral

Marko Rubionun Münxendəki çıxışı rezonans doğurub

17:38
14 Fevral

Premyer Liqa: "Qarabağ"dan çətin qələbə

16:33
14 Fevral

Azərbaycanın regional rəqəmsal qovşağa çevrilməsi strategiyası

16:00
14 Fevral

Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb

15:09
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!