03 Oktyabr 2026 17:31
1368
İDMAN
A- A+
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Oqtay Hüseynov, Səid Həmidov, Süleyman İsmayılzadə və Yeqor Maynitski ümumilikdə 8 növdə bacarıqlarını nümayiş etdiriblər.

Səhər seansı çərçivəsində bir final baş tutub. Söhbət qadınların 800 metr məsafəyə sərbəst üsulla yarışından gedir. 32 dövrəlik mübarizədə hər kəsdən sürətli olan sinqapurlu üzgüçü Çin Hvi Qan (8:15,73) birinci olub. Onu Yeni Zelandiya təmsilçisi Keytlin Dins (8:17,51) izləyib. Yaponiya idmançısı Vaka Kobori (8:21,11) üçüncü yerə çıxıb.

Anastasiya Boborıkina 50 metr məsafəyə brass üsulu ilə yarışda (0:33,48), Yeqor Maynitski isə 200 metr məsafəyə brass üsulu ilə yarışda (2:13,64) Azərbaycan rekorduna imza atıblar.

Bugünkü səhər seansını izləyənlər arasında Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq və ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon da olub.

100 metr məsafəyə kəpənək üsulu ilə yarışda çıxış edən təmsilçimiz Mehri Abdurəhmanlı finala vəsiqə qazanıb. Onunla yanaşı axşam seansında 200 metr məsafəyə arxası üstə üsulla yarışda Fatimə Alkərəmova, Vlastilina Xasyanova və Anastasiya Qnusina iştirak edəcək. Fatimə Alkərəmova eyni zamanda 200 metr məsafəyə qarışıq üsulla üzmə yarışında da qüvvəsini sınayacaq.


Yarışın axşam seansı saat 18:00-da start götürəcək. Saat 17:20-də “Avroviziya” mahnı müsabiqəsinin qalibi Nigar Camalın çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, üzgüçülük üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq. Turnirdə 44 ölkədən ümumilikdə 216 üzgüçü mübarizə aparır. Azərbaycanı yarışda 15 idmançı təmsil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov azad edilmiş ərazilərimizdəki mina təhlükəsi barədə hindistanlı həmkarını məlumatlandırıb

12:47
23 Oktyabr

Vətən müharibəsindən sonrakı dövrdə 450-dək şəxs əvvəlki sağlamlıqlarına qovuşub

12:33
23 Oktyabr

Minskdə MDB ölkələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq

12:26
23 Oktyabr

Avropa avtomobil sənayesi dilemma qarşısında

12:22
23 Oktyabr

Bakıda enerji üzrə biznes missiyası baş tutacaq

12:17
23 Oktyabr

Magistratura və doktoranturanı bitirən zabitlərin rütbə müddəti azaldıla bilər

12:11
23 Oktyabr

Ağdamda bütün imkanlar yeni vəzifələrə hədəflənib

12:04
23 Oktyabr

Ordubadın Dırnıs və Kələki kəndlərinə gələn sel ciddi fəsadlar törədib

11:57
23 Oktyabr

KTMT-nin baş katibi Ermənistanın təşkilatdan de-fakto çıxdığını bildirib

11:50
23 Oktyabr

İşğaldan azad olunmuş ərazilərə növbəti köç yola salınıb

11:43
23 Oktyabr

Şahdağda qar, Gədəbəydə dolu yağıb 

11:35
23 Oktyabr

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib  

11:26
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

11:23
23 Oktyabr

Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb

11:17
23 Oktyabr

Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü silsilə tədbirlərlə davam edir  

11:12
23 Oktyabr

Azərbaycan nefti 121 dollardan baha satılır

11:03
23 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

10:48
23 Oktyabr

Metoronun “Həzi Aslanov” stansiyasında yenidənqurma işləri başa çatıb

10:42
23 Oktyabr

Azərbaycan Zəngəzur dəhlizinin reallaşması istiqamətində mümkün səyləri həyata keçirir

10:35
23 Oktyabr

Antonio Quterreş: Dünyada ərzaq, yanacaq və digər zəruri məhsulların qiymətləri ilə bağlı gərginlik artır

10:30
23 Oktyabr

“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur

10:23
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!