11 Sentyabr 2026 01:58
1191
Nazirlər Kabineti
A- A+
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli Qərarında dəyişiklik edilməsi barədə


№ 286


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1229 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə 3-cü hissə hesab olunsun və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

“2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.

2. Həmin Qərarla təsdiq edilmiş “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-cü hissə üzrə:

2.1.1. 3.2.6-cı yarımbənddən “, nəqli” sözü çıxarılsın;

2.1.2. 3.2.7-ci və 3.2.8-ci (birinci halda) yarımbəndlərə ismin müvafiq hallarında “təchizat” sözündən əvvəl “istilik” sözü əlavə edilsin;

2.1.3. 3.2.13-cü yarımbənddən “enerjisi” sözü çıxarılsın;

2.1.4. 3.2.14-cü, 3.2.16-cı, 3.2.19-cu, 3.2.20-ci və 3.2.22-ci yarımbəndlərə ismin müvafiq hallarında “təchizat” sözündən əvvəl “istilik” sözü əlavə edilsin;

2.2. “Qeyd” hissəsi ləğv edilsin.


Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, 9 sentyabr 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

22:47
21 Sentyabr

"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır

21:26
21 Sentyabr

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb

21:22
21 Sentyabr

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

20:39
21 Sentyabr

Xəzərdə zəlzələ olub

19:14
21 Sentyabr

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

19:01
21 Sentyabr

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

18:57
21 Sentyabr

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:32
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

18:23
21 Sentyabr

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

18:11
21 Sentyabr

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

17:37
21 Sentyabr

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

17:09
21 Sentyabr

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:54
21 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

16:36
21 Sentyabr

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

16:27
21 Sentyabr

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

16:14
21 Sentyabr

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

16:09
21 Sentyabr

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

16:08
21 Sentyabr

Fransada silahlı insident: Ölən və yaralanan var

15:58
21 Sentyabr

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

15:53
21 Sentyabr

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

15:39
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!