27 Yanvar 2026 02:01
1190
Qanunlar
A- A+
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, №2, maddə 99, № 3, maddə 217, № 4 (I kitab), maddələr 305, 311, № 5, maddələr 434, 440, № 6, maddə 529, № 7, maddələr 607, 619, 626, № 8, maddələr 736, 741) aşağıdakı dəyişikliklər edilsin:

1.1.  37.4-cü maddəyə ikinci halda və 37.7-ci maddəyə "icra" sözündən əvvəl "dövlət" sözü əlavə edilsin;

1.2.  38.6-cı maddədə "resursunda" sözü "ehtiyatında" sözü ilə əvəz edilsin;

1.3. 43.1-ci maddəyə "212.4-1," rəqəmlərindən sonra "215.5," rəqəmləri, "232-1," rəqəmlərindən sonra "244-1," rəqəmləri əlavə edilsin;

1.4. 54.2-ci maddənin birinci cümləsinə "205," rəqəmlərindən sonra "215.5," rəqəmləri əlavə edilsin;

1.5. 57-1.2-ci maddənin birinci cümləsində "resursunda" sözü "ehtiyatında" sözü ilə əvəz edilsin;

1.6. 63.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Qəyyumluq və himayəçilik orqanının funksiyalarını himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək -valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirir.";

1.7. 150-ci maddə üzrə:

1.7.1. 150.5.1-ci maddəyə "təşkilata" sözündən sonra ", fiziki şəxs olan işəgötürənə" sözləri əlavə edilsin;

1.7.2. 150.9-cu maddənin birinci cümləsinə "olunmadıqda," sözündən sonra "dövlət" sözü əlavə edilsin;

1.8. 154-cü maddə üzrə:

1.8.1. 154.1-ci maddənin birinci cümləsinə "yerlərdə" sözündən sonra "dövlət" sözü əlavə edilsin;

1.8.2. 154.1-2-ci maddə üzrə:

1.8.2.1. birinci cümlədə "İcra" sözü "Dövlət icra" sözləri ilə əvəz edilsin;

1.8.2.2. ikinci cümləyə "edildikdə" sözündən sonra "dövlət" sözü əlavə edilsin; 

1.8.3. 154.2-ci maddəyə "şəxs" sözündən sonra "dövlət" sözü əlavə edilsin; 

1.8.4. 154.3-cü maddənin birinci abzasında "İcra" sözü "Dövlət icra" sözləri ilə əvəz edilsin;

1.8.5. 154.4-cü maddədə "müəssisədaxili" sözü "daxili" sözü ilə əvəz edilsin;

1.8.6. 154.4-cü maddəyə, 154.8-ci maddənin üçüncü cümləsinə, 154.9-cu (ikinci və üçüncü hallarda), 154.10-cu və 154.11-ci maddələrə "icra" sözündən əvvəl "dövlət" sözü əlavə edilsin;

1.9. 156-1.3-cü maddəyə ikinci halda "nəzarət" sözündən sonra "dövlət" sözü əlavə edilsin;

1.10. 193-cü maddənin dispozisiyasına "veriləcəyi" sözündən sonra ", əmək müqaviləsində" sözləri əlavə edilsin;

1.11. 196-cı maddənin dispozisiyasında "Mülkiyyət formasından asılı olmayaraq işəgötürən" sözləri "İşəgötürən" sözü ilə, "idarə, müəssisə və təşkilatın" sözləri "müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən" sözləri ilə əvəz edilsin;

1.12. 205-1.1.3-cü və 205-1.1.4-cü maddələrin dispozisiyasına "edilməsi" sözündən sonra "və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi" sözləri əlavə edilsin və həmin maddələrin dispozisiyasında "müqaviləsinin" sözü "müqaviləsinə" sözü ilə, "ləğv edilməsinə" sözləri "xitam verilməsinə" sözləri ilə əvəz edilsin;

1.13. 244-1-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"244-1.1. Əkin yerinin yandırılmasına görə -

fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

244-1.2. Bu Məcəllənin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - 

fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.";

1.14. aşağıdakı məzmunda 279.0.4-1-ci maddə əlavə edilsin:

"279.0.4-1. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə uyğun olaraq binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına dair öhdəliklərin yerinə yetirilməməsinə;";

1.15. 329.2-ci maddənin dispozisiyasına "motosikleti" sözündən sonra "və mopedi" sözləri, "motosikletdə" sözündən sonra "və mopeddə" sözləri əlavə edilsin;

1.16. 338.4-cü maddə üzrə:

1.16.1. birinci abzasda "Velosipedçilər və moped" sözləri "Velosipedi, asma mühərrikli velosipedi və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsini (moped istisna olmaqla)" sözləri ilə əvəz edilsin; 

1.16.2. 338.4.5-ci maddənin dispozisiyasında "velosipeddən" sözü "nəqliyyat vasitəsindən" sözləri ilə əvəz edilsin;

1.17. 399-cu maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:

"Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə -";

1.18. 457-1.1.4-cü maddənin dispozisiyasına "olaraq" sözündən sonra "vahid" sözü əlavə edilsin;    

1.19. 461-ci maddə üzrə: 

1.19.1. 461.1-1-ci maddə üzrə:

1.19.1.1. dispozisiyada "müəyyən edilən müddətdə" sözləri "Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdə vergi orqanına" sözləri ilə əvəz edilsin;

1.19.1.2. sanksiyada "əlli" sözü "üç yüz" sözləri ilə, "yüz" sözü "min" sözü ilə əvəz edilsin;

1.19.2. aşağıdakı məzmunda 461.1-2-ci maddə əlavə edilsin:

"461.1-2. Maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya təqdim edilmiş məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatların və sənədlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə maliyyə institutuna təqdim edilməməsinə görə -

fiziki şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.";

1.20. 510-cu maddə üzrə: 

1.20.1. mətni 510.1-ci maddə hesab edilsin və həmin maddənin dispozisiyasına "pozan," sözündən sonra "cəmiyyətə açıqca hörmətsizlik ifadə edən," sözləri əlavə edilsin; 

1.20.2. aşağıdakı məzmunda 510.2-ci, 510.3-cü maddələr və "Qeyd" hissəsi əlavə edilsin:

"510.2. İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə -

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

510.3. Bu Məcəllənin 510.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

min manatdan iki min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd: Bu Məcəllənin 510.2-ci və 510.3-cü maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.";

1.21. 511-ci maddə üzrə:

1.21.1. 511.1-ci maddənin birinci abzasına "vasitəsinin" sözündən sonra "və ya mopedin" sözləri əlavə edilsin;

1.21.2. 511.1.1-511.1.3-cü maddələrin dispozisiyasından və "Qeyd" hissəsindən "mexaniki" sözü çıxarılsın;

1.22. 524-cü maddənin mətni 524.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 524.2-ci maddə əlavə edilsin:

"524.2. İnternet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə - 

beş yüz manat məbləğində cərimə edilir.";

1.23. 528-1-ci maddə üzrə:

1.23.1. 528-1.2-ci maddənin dispozisiyasına ikinci və üçüncü hallarda "icra" sözündən əvvəl "dövlət" sözü əlavə edilsin;

1.23.2. 528-1.3-cü maddənin dispozisiyasında "İcra" sözü "Dövlət icra" sözləri ilə əvəz edilsin;

1.24. 539.1-ci maddənin dispozisiyasında "müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının" sözləri "fiziki şəxs olan işəgötürənlərin, müəssisələrin və (və ya) onların struktur bölmələrinin, avadanlıq və qurğuların işinin" sözləri ilə əvəz edilsin;

1.25. 540.4-cü maddənin dispozisiyasına "edilməsi," sözündən sonra "fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi," sözləri əlavə edilsin;

1.26. 602-ci maddəyə aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilsin:

"Qeyd: Bu Məcəllənin 602.4-cü maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə səbəb olmadıqda tətbiq edilir.";

1.27. 602-2.5-ci maddənin dispozisiyasında "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)" sözləri "qəyyumluq və himayəçilik orqanının" sözləri ilə, "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)" sözləri "qəyyumluq və himayəçilik orqanına" sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanunun qüvvəyə minməsi

2.1. Bu Qanunun 2.2-ci və 2.3-cü maddələrində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

2.2. Bu Qanunun 1.1-ci, 1.7.2-ci, 1.8.1-1.8.4-cü, 1.8.6-cı, 1.9-cu, 1.19-cu və 1.23-cü maddələri 2026-cı il yanvarın 

1-dən tətbiq edilir.

2.3. Bu Qanunun 1.15-ci, 1.16-cı və 1.21-ci maddələri "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanunu dərc edildiyi gündən 3 (üç) ay sonra qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 dekabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Münxendə panel müzakirələrdə iştirak edib YENİLƏNİB

23:57
14 Fevral

Ukraynanın ticarət kəsiri ötən il 44 milyard dolları ötüb

22:48
14 Fevral

Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

22:29
14 Fevral

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

20:53
14 Fevral

Vəkillər Kollegiyasının nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub

20:09
14 Fevral

Prezident İlham Əliyevin Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub YENİLƏNİB

19:49
14 Fevral

Misli Premyer Liqası: “Zirə” autsayderi məğlub edib

19:37
14 Fevral

Prezident İlham Əliyev Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb YENİLƏNİB

19:31
14 Fevral

Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olunub

19:26
14 Fevral

Avropa Komissarı: TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər

19:17
14 Fevral

Prezident: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

19:03
14 Fevral

Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı

18:58
14 Fevral

Prezident İlham Əliyev: Bağlantılar və dəhlizlər Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

18:50
14 Fevral

Azərbaycan Prezidenti: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

18:48
14 Fevral

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər

18:32
14 Fevral

Prezident: Sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizin də çox böyük potensialı var

18:24
14 Fevral

Prezident İlham Əliyev: Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır

18:09
14 Fevral

Marko Rubionun Münxendəki çıxışı rezonans doğurub

17:38
14 Fevral

Premyer Liqa: "Qarabağ"dan çətin qələbə

16:33
14 Fevral

Azərbaycanın regional rəqəmsal qovşağa çevrilməsi strategiyası

16:00
14 Fevral

Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb

15:09
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!