23 Yanvar 2026 00:24
1866
Nazirlər Kabineti
A- A+
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda və 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda və 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”ndə dəyişiklik edilməsi haqqında


№ 21


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421 (Cild I); 2024, № 1, maddə 98, № 3, maddə 301, № 7, maddə 892, № 10, maddə 1160, № 11, maddə 1247; 2025, № 2, maddə 200, № 6, maddə 605, № 10, maddələr 967, 976, 982, № 11, maddə 1101; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 18 dekabr tarixli 403 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci, 2.5-ci bəndlərdə və 2.2.7-ci yarımbənddə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi” sözləri “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu” sözləri ilə əvəz edilsin;

1.2. 4.3-cü bənddə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631” sözləri “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 27 avqust tarixli 135” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 223; 2025, № 6, maddə 592) ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.3-cü bəndində “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-2-ci” sözləri ilə əvəz edilsin.

3. Bu Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 21 ” “ yanvar ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi tərəfdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb  

19:54
17 Fevral

İordaniya mediasında Bakının turizm imkanları və şəhərsalma ənənələri barədə məlumatlar yayımlanıb  

19:07
17 Fevral

Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

19:01
17 Fevral

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir  

18:46
17 Fevral

Azərbaycanla Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb  

18:23
17 Fevral

“Qarabağ”ın sabiq baş məşqçisi: “Nyukasl”ın təzyiqindən çıxmaq üçün sürətli keçidlər vacibdir  

18:09
17 Fevral

Ruben Vardanyana hökm oxunub  

17:49
17 Fevral

Azərbaycanla BƏƏ arasında aqrar sahədə əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradılacaq  

17:47
17 Fevral

Nazirlik: Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır  

17:41
17 Fevral

Qurban Qurbanov: "Nyukasl"ın bizə uyğun olmayan oyun üslubu var  

17:36
17 Fevral

"Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir  

17:32
17 Fevral

Son günlər Sudanda PUA hücumları 50-dən çox insanın ölümünə səbəb olub  

17:21
17 Fevral

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub  

17:13
17 Fevral

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir  

16:29
17 Fevral

Bir sıra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:24
17 Fevral

QMİ-nin sədr müavini: Ramazan orucunu sağlam insanlar tutmalıdır 

16:17
17 Fevral

Hillari Klinton: Endryu Konqres qarşısında ifadə verməlidir

16:12
17 Fevral

Qırğızıstanda prezident seçkiləri 2027-ci ildə keçiriləcək

15:58
17 Fevral

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

15:52
17 Fevral

Polşalı geofizik: Buzlaqların ərimə sürəti təkcə alimləri deyil, hər kəsi narahat etməlidir  

15:41
17 Fevral

Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə əlaqədar iclas keçirilib  

15:26
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!