23 Yanvar 2026 17:05
739
CƏMİYYƏT
A- A+
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclası keçirilib

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclası keçirilib


Yanvarın 23-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci il ərzində hərbi prokurorluq orqanlarında cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdən öncə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, xatirəsi dərin ehtiramla yad olunub.

Kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını qloballaşma dövrünün diktə etdiyi yeni şərtlərlə davam etdirməyə qadir olan, praqmatik, rasional təfəkkürlü, xalqını və dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Ali Baş Komandanıdır. Tarixin bu astanasında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi isə cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından birinə çevrilib.

Çıxış zamanı 2025-ci ilin avqust ayının 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına da toxunan Baş prokuror bu tarixi hadisə ilə milli maraqlarımızın beynəlxalq statusda rəsmiləşdirilməsini xüsusi vurğulamaqla yanaşı, əldə edilən nailiyyətin eyni zamanda dövlət başçısının rəhbərliyi ilə həyata keçirilməkdə olan praqmatik xarici siyasətin uzaqgörənliyinin, diplomatik münasibətlərin formalaşdırılması istiqamətində sərgilənilən düzgün mövqe seçiminin bəhrəsi olaraq qiymətləndirdi.

Baş prokuror qeyd etdi ki, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Ulu Öndər Heydər Əliyev ideyalarına söykənməklə özünün çoxşaxəli və məzmunlu fəaliyyəti ilə məhz   həqiqətlərinin dünyaya çatdırılmasına yorulmaz əmək sərf edir.

Çıxışda o da qeyd edilib ki, yola saldığımız 2025-ci il eyni zamanda tarixi və əlamətdar hadisələrlə zəngin bir il olub. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 28 dekabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı suveren ərazilərimizdə bir sıra tədbirlər keçirilib.

Baş prokuror, həmçinin, Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun illik toplantısı (Davos, 19-21 yanvar 2026-cı il) çərçivəsində çıxışı və müsahibəsini vurğulayaraq qeyd edib ki bu, Azərbaycanın davamlı inkişaf strategiyasını, regional və qlobal proseslərə məsuliyyətli yanaşmasını bir daha nümayiş etdirir. Forum çərçivəsində dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və aparıcı biznes nümayəndələri ilə keçirilən görüşlərin isə ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfələr verdiyini xüsusi vurğulayıb.

Daha sonra hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorun müavini-Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov qeyd etdi ki, tarixi Zəfərin şərtləndirdiyi ordu quruculuğunun yeni mərhələsində Azərbaycan Respublikası Hərbi prokurorluq orqanlarının fəaliyyəti də Azərbaycan Silahlı Qüvvələrində hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlıq və qanun pozuntularının qarşısının alınması və aradan qaldırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hərbi təsisatlarda hüquqazidd əməllərə qarşı mübarizəyə, eyni zamanda dövlətimizin qüdrətinə, milli mənafelərimizə və Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirə biləcək nöqsanların və qanun pozuntularının aradan qaldırılmasına yönəlmişdir.

Bildirilib ki, 2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7 %-nin açılması təmin edilmişdir. 

Müsbət hal qismində vurğulanıldı ki, hesabat ilində qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlərin sayında 21.3 % azalma müşahidə edilməkdədir.

Qeyd edilib ki, 2025-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə “962-Etimad xətti” yaradılmış, fəaliyyətdə olduğu 4 aylıq müddət ərzində həmin əlaqə vasitəsilə daxil olan 219 müraciətə baxılmışdır.  

Bundan başqa qeyd olunub ki, 2025-ci ildə Azərbaycan Respublikası Hərbi prokurorluq orqanlarına daxil olan 1001 müraciətə müvafiq qaydada baxılıb, eləcə də 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib. 

Bundan əlavə hesabat dövründə Azərbaycan Respublikası hərbi prokurorluğu orqanları əməkdaşları tərəfindən qanunvericiliyin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilib, 99 dəfə mətbuatda, 18 dəfə televiziyada, 41 dəfə internetdə, 3 dəfə radioda çıxışlar edilib.

Çıxış zamanı həmçinin vurğulanıb ki, hesabat ilində eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində də fəaliyyət uğurla davam etdirilib. 

Daha sonra Azərbaycan Respublikası Hərbi prokurorunun müavinləri-ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə polkovniki Nihad Şıxəliyev və ədliyyə polkovniki Qasım Məmmədov, Ağdam hərbi prokuroru, ədliyyə polkovniki Elnur Kərimov və Şəmkir hərbi prokuroru, ədliyyə polkovniki İlham Babayev çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev hərbi prokurorluq orqanları əməkdaşlarının möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edəcəklərinə, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasına, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarına əminliyini ifadə edərək, onlara uğurlar arzu edib.

 İclasdan sonra Baş prokuror Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yaradılan “962 – Etimad xətti”nin fəaliyyəti ilə yerində tanış olub və bu sahədə çalışan əməkdaşlarla görüşüb.

Tanışlıq zamanı “962 – Etimad xətti”nin fəaliyyət mexanizmi, müraciətlərin qəbulu və operativ araşdırılması qaydaları barədə məlumat verilib. Qeyd olunub ki, bu xətt hərbi qulluqçuların və vətəndaşların müraciətlərinin vaxtında, obyektiv və şəffaf şəkildə araşdırılmasına xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstanın Baş naziri: Azərbaycan ilə Ermənistan arasında sülh regionun inkişafına çox yaxşı əsas yaradır

13:00
04 Mart

BDYPİ-dən vətəndaşlara müraciət: Saxta səhifələrə etibar etməyin

12:59
04 Mart

AHİK 250 tələbəni “Həmkarlar İttifaqı Təqaüdü” ilə mükafatlandırıb

12:58
04 Mart

“Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır

12:56
04 Mart

Türkiyənin 35 vilayətində İŞİD ilə əlaqədə şübhəli bilinən 184 nəfər saxlanılıb

12:55
04 Mart

Bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödəniləcək

12:40
04 Mart

“Təhsil haqqında” Qanunda idmanla bağlı məsələlərin öz əksini tapması təklif olunub

12:33
04 Mart

Gələcəyin təhlükəsi: 2030-cu ilə qədər dünya əhalisinin 41 faizi artıqçəkili olacaq

12:18
04 Mart

Günün ilk yarısında İrandan 29 nəfər təxliyə edilib

12:13
04 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında ilk qaliblər müəyyənləşib

12:11
04 Mart

Fevralın 28-dən indiyədək İrandan 1105 nəfər təxliyə olunub YENİLƏNİB  

12:07
04 Mart

MEDİA jurnalistləri və ictimai fəalları yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb

12:02
04 Mart

BMT-nin Baş katibi süni intellekt ekspertlərinə müraciət edib

11:57
04 Mart

Xocalı həqiqətləri ABŞ auditoriyasına çatdırılıb

11:48
04 Mart

“Azəralüminium”un ixrac gəlirləri 47 faizdən çox artıb

11:43
04 Mart

Nazir: Gələcəkdə qış idman növlərində də uğurlu nəticələr qazanacağımıza inanırıq

11:39
04 Mart

İrandan təxliyə - Azyaşlı üzvləri olan ailə Azərbaycana gətirilib 

11:34
04 Mart

Cənub Qaz Dəhlizi sabitlik və enerji təhlükəsizliyi platformasıdır  

11:21
04 Mart

Beynəlxalq axtarışda olan daha iki təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib

11:12
04 Mart

Anar Quliyev: Regionların şəhərsalma nöqteyi- nəzərdən balanslı inkişafının təmin edilməsi əsas prioritetlərdəndir  

11:07
04 Mart

Yaxın Şərq: Genişmiqyaslı köçkünlük və təchizat zəncirinin qırılması

11:01
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!