20 Yanvar 2026 09:20
522
İQTİSADİYYAT
A- A+
Azərbaycan qazı inamla Qərbə doğru irəliləyir

Azərbaycan qazı inamla Qərbə doğru irəliləyir


Artıq Almaniya və Avstriya da  Azərbaycan qazı alırlar. Bu aydan  başlanan nəql   hər iki ölkəyə  İtaliya üzərindən  həyata keçirilir. Bununla da Azərbaycan  qazının ixrac coğrafiyası daha da genişləndirilir.

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu barədə yaydığı məlumatda bildirib ki, "Cənub qaz dəhlizi"nin Avropa qolu olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri)  vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışı həyata keçirilərək  Azərbaycanın qaz ixracında növbəti mühüm mərhələ  başlanıb.

Beləliklə, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb. Bunların hansı ölkələr olduğunu bir daha xatırladaq: Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya.

Azərbaycandan  qaz idxal edən ölkələrin sırasına daha ikisinin qoşulacağı barədə müjdəni  Prezident  İlham Əliyev hələ iki həftə əvvəl yerli televiziya kanallarına müsahibəsində vermişdi: "Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qaz əldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata başlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdə Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il bizim ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub".

Azərbaycanın qazla təchiz etməyə başladığı hər iki ölkədə bu addım Avropanın enerji təhlükəsizliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir, Avropanın Rusiyadan enerji asılılığının azaldılması strategiyasına töhfə olduğu vurğulanır. Almaniyanın bir sıra aparıcı nəşrləri, o cümlədən "Spiegel", "Handelsblatt" və "Berliner Zeitung" qəzetləri  bu barədə  yazılar dərc edib.    Alman nəşrləri bildirir ki, Rusiyanın Ukraynaya hücumundan sonra 2022-ci ilin yayında Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri zamanı "Cənub qaz dəhlizi" vasitəsilə qaz tədarükünün artırılması barədə razılığın əldə edilməsi Avropanın Rusiyadan asılılığının azaldılması baxımından mühüm addım oldu.

Nəşrlər həmçinin yazırlar ki, Azərbaycandan Almaniyaya və Avstriyaya qazın tədarükü "Cənub qaz dəhlizi"nin ayrılmaz seqmenti olan TAP kəməri ilə həyata keçirilir. Qaz Yunanıstan və Albaniya ərazisindən keçərək Cənubi İtaliyaya çatdırılır, oradan isə Avstriya və Almaniyaya ötürülür. Bu iki yeni bazarın əlavə olunması ilə Azərbaycan qazını idxal edən ölkələrin sayının 16-ya çatdığı vurğulanır.

"Spiegel"də yayımlanan məqalədə əsas diqqət uzunmüddətli enerji əməkdaşlığına və sabit tədarük həcminə yönəlib, Almaniya bazarında Azərbaycan qazının strateji rolu xüsusi qeyd olunur. Almaniyaya qaz tədarükünün ticarət və uzunmüddətli müqavilələr baxımından əhəmiyyəti olduğu, SOCAR ilə SEFE arasında illik 1,5 milyard kubmetr qazın tədarükünü nəzərdə tutan onillik müqavilənin imzalandığı bildirilir. Nəşr həmçinin vurğulayır ki, Azərbaycanın Avropaya qaz ixracının ümumi həcminin 2025-ci ildə 12,8 milyard kubmetr təşkil etməsi bu ölkənin Avropa bazarında güclü mövqeyini göstərir. Eyni zamanda deyilir ki, ixracın daha da artırılması investisiyalardan və boru kəmərlərinin ötürmə qabiliyyətinin genişləndirilməsindən asılıdır.

Almaniyada iqtisadiyyat sahəsində ən mühüm nəşr kimi tanınan "Handelsblatt"  qəzeti bu məsələyə enerji siyasəti prizmasından yanaşıb. Qeyd edib ki, Azərbaycan qazı Avropanın təbii qaz idxalının şaxələndirilməsi strategiyasında əhəmiyyətli rol oynayır. Almaniya hökumətinin Rusiyadan asılılığı azaltmaq strategiyası çərçivəsində Azərbaycan qazının idxalına başlanması önəm daşıyır. Azərbaycan qazının Avropada mövqeyinin güclənməsi həm Almaniya, həm də ümumilikdə Avropa üçün enerji təhlükəsizliyinin təminatına xidmət edir.

"Berliner Zeitung" qəzetinin  dərc etdiyi məqalə isə Azərbaycan qazının Avropa infrastrukturu ilə inteqrasiyasına və TAP-ın strateji roluna diqqət çəkir. Yazıda xatırladılır ki, Almaniya bazarına rəsmi çıxış ilk dəfədir həyata keçirilir və TAP  Avropanın enerji təhlükəsizliyi üçün strateji xətt rolunu oynayır. Qaz mövcud ötürücü şəbəkə vasitəsilə çevik şəkildə müxtəlif bazarlara yönləndirilir, bu da enerji təchizatının etibarlılığını artırır.

Daha iki Avropa ölkəsinin Azərbaycandan qaz idxal etməsi Prezident İlham Əliyevin enerji siyasətinin növbəti uğurudur. Bu münasibətlə SOCAR bəyan edib ki, dövlət başçısının  rəhbərliyi ilə formalaşdırılmış qaz strategiyasına uyğun olaraq, Avropa və Yaxın Şərq regionlarında qaz marketinqi fəaliyyətini davamlı şəkildə genişləndirir. Müxtəlif ölkələrdən olan alıcılarla əməkdaşlıq portfelini artırır və Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İranda həlak olanların sayı 1045 nəfərə çatıb

16:58
04 Mart

İraq, BƏƏ, Qazaxıstan və Oman neft hasilatı planlarını OPEC-ə təqdim ediblər  

16:56
04 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçılar bəlli olub

16:44
04 Mart

İran raketinə atılan hava hücumundan müdafiə mərmisinin qalıqları Türkiyənin cənubuna düşüb  

16:26
04 Mart

Maliyyə Monitorinqi Xidməti: Azərbaycan beynəlxalq maliyyə sistemində etibarlı tərəfdaş statusunu möhkəmləndirir  

16:25
04 Mart

BAEA: İranda radioaktiv şüalanma riski aşkar edilməyib

16:23
04 Mart

İqtisadiyyat Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş: Mentorluq proqramı nələri vəd edir?  

16:22
04 Mart

Proqnozlar Bürosu növbəti 2 günə gözlənilən hava şəraitini açıqlayıb

15:56
04 Mart

Qlobal bazarları neft şoku qorxusu bürüyüb

15:54
04 Mart

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

15:53
04 Mart

ABŞ Prezidenti İspaniyaya qəzəblənib

15:52
04 Mart

Baş prokuror Kürdəmir rayonunda vətəndaşların müraciətlərini dinləyib  

15:51
04 Mart

İrandakı 253 Rusiya vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib

15:50
04 Mart

Sabunçuda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

15:49
04 Mart

İrandan daha 35 çinli təxliyə olundu 

15:48
04 Mart

Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsinin artırılması hədəflənir

15:32
04 Mart

 “Starlink”dən uğurlu həllər

15:24
04 Mart

Təxliyə olunan azərbaycanlı: Sərhəddən keçidə icazə verildiyini televiziyadan öyrəndik

15:08
04 Mart

Türkiyə enerji səmərəliliyinə 20 milyard dollara qədər investisiya qoyacaq

14:42
04 Mart

İrandan təxliyə olunan çinli: Azərbaycan hökumətinə çox minnətdarıq

14:39
04 Mart

Ermənistanın Baş naziri: Azərbaycanla sülh regiondakı mühiti yaxşılaşdırır

14:30
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!