17 Oktyabr 2026 09:10
883
CƏMİYYƏT
A- A+
Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub


Respublikada həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra həmkarlar ittifaqlarının yaranma və inkişaf tarixindən bəhs edən film nümayiş etdirilib, bir sıra ölkələrin həmkarlar ittifaqlarının təbrikləri səsləndirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxış edərək 121 il əvvəl konka fəhlələri tərəfindən əsası qoyulan Azərbaycan həmkarlar ittifaqlarının ötən dövr ərzindəki fəaliyyətindən və əmək hüquqlarının müdafiəsində rolundan söz açıb, təşkilatın nüfuzunun artmasında Ulu Öndər Heydər Əliyevin göstərdiyi dəstəyi diqqətə çatdırıb.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ictimai institutların inkişafına yaradılan əlverişli mühit həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün geniş imkanlar açıb. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr ölkəmizin ictimai təşkilatları üçün əsl örnəkdir.

Qeyd olunub ki, konfederasiyanın fəaliyyətində səmərəliliyin daha da artırılması üçün son illər ardıcıl islahatlar aparılır. Normativ hüquqi baza yenilənib, idarəetmə və təşkilati struktur müasir tələblərə uyğun təkmilləşdirilib. Həmkarlar ittifaqları üzvlərinə hüquqi yardımın təşkili üçün yeni mexanizmlər tətbiq olunur, rəqəmsallaşma genişləndirilir, sosial layihələr həyata keçirilir.

"Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"ndan irəli gələn vəzifələrdən danışan Sahib Məmmədov "yaşıl iqtisadiyyat"a keçid və rəqəmsallaşmanın məşğulluğa təsirləri fonunda üzvlərin yeni bacarıqlara yiyələnməsi istiqamətində konfederasiya tərəfindən səlahiyyətləri çərçivəsində görülən işlər barədə də məlumat verib. 

Xalq yazıçısı Çingiz Abdullayev isə çıxışında Azərbaycan həmkarlar hərəkatının cəmiyyətin həyatında mövqeyinə və insanların əməyinə verdiyi dəyərə diqqət çəkib.

Milli Məclisin deputatı Kamal Cəfərov və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin baş direktoru Azər Bayramov çıxışlarında həmkarlar ittifaqlarının ölkəmizdə əmək mədəniyyətinin formalaşmasına verdiyi töhfələri və əmək münasibətlərində tərəflərin maraqlarının uzlaşdırılmasındakı xidmətlərini qeyd ediblər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşı, fəxri dəmiryolçu Abdulla İsmayılzadə çalışdığı sahədə həmkarlar ittifaqlarının rolundan, AHİK-in gənc əməkdaşı, Pan-Avropa Regional Şurasının Gənclər komitəsinin vitse-prezidenti Ülviyyə Rəsulzadə isə həmkarlar ittifaqları sistemində gənclərin peşəkar inkişafı üçün yaradılan imkanlardan danışıblar.

Tədbir bədii hissə ilə davam edib.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!