20 May 2026 19:26
329
İQTİSADİYYAT
A- A+
Azərbaycan - AYİB münasibətləri: Bərpaolunan enerji sahəsində artan potensial diqqət mərkəzində

Azərbaycan - AYİB münasibətləri: Bərpaolunan enerji sahəsində artan potensial diqqət mərkəzində


Energetika naziri Pərviz Şahbazov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə, əsasən enerji sektorunda əməkdaşlığın genişləndirilməsi, bərpaolunan enerji mənbələrinin inkişafı və regional enerji bağlantıları üzrə layihələr müzakirə olunub.

Azərbaycanın bərpaolunan enerji sahəsində artan potensialı və bu istiqamətdə qarşıya qoyulan strateji hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, ölkədə 2035-ci ilədək 8 QVt daxili istehlak və ixrac məqsədilə bərpaolunan enerji gücünün yaradılması planlaşdırılır. Məlumat mərkəzlərinin elektrik enerjisinə tələbatı artırması çərçivəsində növbəti illərdə əlavə bərpaolunan enerji güclərinin milli enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkənin təhlili aparılır.

Görüşdə regional enerji interkonnektor layihələri və bu xüsusda Bankla əməkdaşlıq imkanları da nəzərdən keçirilib. “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan”, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Mərkəzi Asiya” yaşıl enerji dəhlizləri, eləcə də Naxçıvan və Ermənistandan keçməklə Türkiyə istiqamətində ötürücü xətlər üzrə layihələrin əhəmiyyəti vurğulanıb. Bu layihələrin həm enerji ixrac imkanlarının genişləndirilməsi, həm də regional enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından strateji rol oynadığı qeyd edilib.

Söhbət zamanı təbii qaz və Cənub Qaz Dəhlizinin inkişafı ilə bağlı məsələlərə də toxunulub. Enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

13:17
24 İyun

Paytaxtda və bölgələrdə yağış yağacaq

13:15
24 İyun

Numan Kurtulmuş: Çoxmərkəzliliyin hökm sürəcəyi yeni bir dünyaya daxil oluruq

12:38
24 İyun

Niger parlamentinin sədri: İƏT Konfransı əməkdaşlıq üçün mühüm platformadır  

12:33
24 İyun

Əziz Ələkbərli: Ermənistan rəhbərliyi Qərbi azərbaycanlıların doğma evlərinə qayıdış hüququnu qəbul etməli və bu prosesə mane olmamalıdır

12:29
24 İyun

Dövlət Proqramı pambıqçılıqda məhsuldarlığın 50 sentnerə çatdırılmasını hədəfləyir

12:28
24 İyun

Azərbaycanda pambıqçılıq regionlarda 300 minədək insanın rifahına təsir göstərir

12:28
24 İyun

Saatlı, Ağcabədi və Sabirabad pambıq əkinlərinə görə lider rayonlardır

12:26
24 İyun

İordaniya Nümayəndələr Palatasının sədri: İqtisadi inkişaf sabitliyin şərtlərindən biridir

12:25
24 İyun

Mozambik parlamentinin sədri: Parlamentlərarası əməkdaşlıq gücləndirilməlidir

12:25
24 İyun

Məcnun Məmmədov: Pambıqçılığın inkişafı istiqamətində islahatlar nəticəsində mühüm nailiyyətlər əldə olunub  

12:25
24 İyun

Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib  

12:15
24 İyun

Rəşt-Astara dəmir yolunun tikintisi davam edəcək

12:12
24 İyun

Hazırda Mərkəzi Bank növbəti strateji dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlayır  

12:09
24 İyun

Prezidentin köməkçisi: Pambıqçılıqda sığorta mexanizmlərinin hazırlanması nəzərdə tutulur  

12:07
24 İyun

Puan Maharani: Azərbaycanın sədrliyi İƏT Parlament İttifaqında əməkdaşlığı gücləndirəcək  

12:01
24 İyun

Ülviyyə Cabbarova: Son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb  

11:57
24 İyun

Son 2 ildə sığorta haqları 1,5 milyard manata çatıb

11:51
24 İyun

ABŞ-nin neft ehtiyatları azalıb

11:50
24 İyun

Nazir müavini: Dövlət kritik informasiya infrastrukturunun qorunması istiqamətində ardıcıl tədbirlər görür  

11:49
24 İyun

Sahibə Qafarova: İslam dünyası ortaq çağırışlara qarşı birgə fəaliyyət göstərməlidir

11:49
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!