19 May 2026 11:26
249
CƏMİYYƏT
A- A+
ASAN könüllüləri WUF13-də panel görüş keçiriblər  

ASAN könüllüləri WUF13-də panel görüş keçiriblər  


“ASAN Könüllüləri” təşkilatı Bakıda davam edən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urbanizasiyada ASAN Modeli: Dövlət xidmətlərinin və könüllülüyün rolu” mövzusunda panel görüş keçirib.

AZƏRTAC xəbər verir ki, BMT Könüllüləri Proqramının Avropa və Mərkəzi Asiya üzrə regional əlaqələndiricisi Zarina Mirabdullayeva, "ASAN xidmət"in “ASAN müraciət” ilə iş sektorunun müdiri Əsli İbrahimli və “ASAN Könüllüləri” təşkilatının sədri Aysiman Quliyeva urbanizasiya şəraitində innovativ dövlət xidmətlərinin rolu, rəqəmsal həllərin tətbiqi, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və inklüziv şəhər mühitinin formalaşdırılması istiqamətində fikirlərini bölüşüblər.

Panel zamanı urbanizasiya dövründə dövlət xidmətlərinə əlçatanlığın artırılması, könüllülüyün cəmiyyətin inkişafındakı rolu, inklüziv şəhər yanaşmaları, “ASAN xidmət” modelinin sosial təsiri və "ASAN xidmət" ekosistemi çərçivəsində infrastrukturyönümlü siyasətə dəstək olan "ASAN müraciət" informasiya sistemi haqqında geniş müzakirələr aparılıb.

Sonra iştirakçılar üçün “Bakı memarlığı və Azərbaycanda şəhərsalma” mövzusuna həsr olunmuş interaktiv hissə təşkil olunub. Bu çərçivədə paytaxtın memarlıq irsi, şəhərsalma ənənələri, müasir urbanizasiya prosesləri və Azərbaycanda şəhərsalma sahəsində həyata keçirilən layihələrlə bağlı suallar cavablandırılıb. Aktiv iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni mərhələyə keçir

15:16
25 May

Şükürbəyli kəndində daha 119 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:50
25 May

Azərbaycan-Afrika münasibətləri: Bakıda “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfrans - YENİLƏNİB

14:47
25 May

QMİ sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib, bayram namazının vaxtını açıqlayıb

14:45
25 May

Ermənistan XİN: Rubionun İrəvana səfərinin qarşıdakı seçkilərlə əlaqəsi yoxdur  

14:32
25 May

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

14:26
25 May

Gürcüstanın Baş naziri: Azərbaycanla danışıqlara ortaq maraqlar baxımından dostcasına söhbət kimi yanaşırıq

14:21
25 May

Yağıntılar sabah axşam tədricən kəsiləcək

14:15
25 May

ABŞ dövlət katibi: İranla sülh razılaşması ilə bağlı nəticə bu gün elan edilə bilər

14:06
25 May

Hərbi-idman oyununun paytaxt üzrə finalçıları bəlli olub

14:01
25 May

Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya

13:56
25 May

Baş dövlət baytarlıq müfəttişi qurban kəsimi ilə bağlı vətəndaşlara müraciət edib

13:42
25 May

İsmayıllı sakini: Dövlətin dəstəyi sayəsində həyatımda yeni səhifə açıldı

13:27
25 May

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

13:13
25 May

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

13:07
25 May

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq

12:56
25 May

Otuz səkkiz kiloqramdan artıq narkotik vasitənin və üç minə yaxın həbin Azərbaycana keçirilməsinin qarşısı alınıb – BİRGƏ MƏLUMAT  

12:41
25 May

ABŞ yəhudiləri Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər

12:38
25 May

Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb

12:31
25 May

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb

12:23
25 May

Ədliyyə Nazirliyində sahibkarlarla görüşdə biznesin inkişaf yollarından danışılıb

12:13
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!