19 İyul 2025 15:10
655
CƏMİYYƏT
A- A+
AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Mətbuatının 150 illiyi qeyd olunub

AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Mətbuatının 150 illiyi qeyd olunub

AMEA Mərkəzi Elmi Kitabxanasında Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyinə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Elmi Kitabxananın inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Mərkəzi Elmi Kitabxanada kitab sərgisinə baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Mətbuat pr.529-cu məhəllə” ("Respublika" qəzeti) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, "Respublika" qəzetinin baş redaktoru Hümbət Musayev, "Azərbaycan" qəzetinin şöbə redaktoru İradə Əliyeva, Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamı dövlətin mətbuata, jurnalistika və onun təmsilçilərinə olan dəyərinin növbəti nümunəsidir.

Vurğulanıb ki, Azərbaycan Milli Mətbuatı xalqımızın maariflənmə və milli oyanış tarixinin ayrılmaz hissəsidir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Qəzetin 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, o, Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynayıb.

Qeyd olunub ki, müasir dövrdə milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən  dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu. Ulu Öndərin mətbuata göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 

Çıxışlarda Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolundan ətraflı bəhs edilib.

Sonra 22 İyul - Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistə. o cümlədən "Azərbaycan" qəzetinin 4 əməkdaşına fəxri fərman təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.


Rizvan CƏFƏROV,

Ilham Babayev (foto),

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Otuz səkkiz kiloqramdan artıq narkotik vasitənin və üç minə yaxın həbin Azərbaycana keçirilməsinin qarşısı alınıb – BİRGƏ MƏLUMAT  

12:41
25 May

ABŞ yəhudiləri Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər

12:38
25 May

Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb

12:31
25 May

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb

12:23
25 May

Ədliyyə Nazirliyində sahibkarlarla görüşdə biznesin inkişaf yollarından danışılıb

12:13
25 May

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib

12:11
25 May

Media: WUF13 urbanizasiya sahəsində memarlıq, planlaşdırma və dövlət siyasətinin rolunu vurğulayıb

12:08
25 May

Əl-Cəzirə: ABŞ İranla qarşılıqlı razılaşmalardan geri çəkilir

12:07
25 May

Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin 1-ci Forumu aktiv müzakirələrlə yadda qalıb

12:01
25 May

Ötən həftə 78 mina və 416 digər partlayıcı sursat zərərsizləşdirilib

11:55
25 May

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

11:53
25 May

Ağdamın dağıdılması urbisid kontekstində beynəlxalq elmi araşdırmada təhlil edilib

11:49
25 May

Xəbərdarlıq: 10 Afrika ölkəsində yüksək Ebola epidemiyası riski var

11:45
25 May

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

11:43
25 May

Beynəlxalq axtarışda olan təqsirləndirilən şəxs ölkəmizə gətirilir

11:37
25 May

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:32
25 May

Nazir müavini: Liviyadakı səfirliyin fəaliyyətinin bərpası gündəmdədir

11:28
25 May

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

11:24
25 May

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

11:18
25 May

Uqandanın BMT-də daimi nümayəndəsi: Azərbaycan Cənub–Cənub əməkdaşlığını daha yüksək səviyyəyə qaldırıb

11:16
25 May

İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə

11:07
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!