22 Yanvar 2026 13:34
317
DÜNYA
A- A+
Aİ–ABŞ münasibətləri: Avropa Parlamenti ticarət sazişinin təsdiqini dondurub  

Aİ–ABŞ münasibətləri: Avropa Parlamenti ticarət sazişinin təsdiqini dondurub  


Avropa Parlamenti Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında 2025-ci ilin iyulunda razılaşdırılmış ticarət sazişinin təsdiqlənməsi prosesini dayandırmaq qərarına gəlib. Bu qərar ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyi fonunda bir sıra Avropa ölkələrinə qarşı əlavə gömrük rüsumları tətbiq edəcəyini bəyan etməsindən sonra qəbul olunub.

AZƏRTAC xəbər verir ki, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədri Bern Lanj bildirib ki, Avropa Parlamenti Aİ–ABŞ ticarət sazişinə baxılmasını rəsmi şəkildə dayandırıb və hələlik yeni iclasın tarixi müəyyən edilməyib. Onun sözlərinə görə, Beynəlxalq Ticarət Komitəsi saziş üzrə bütün işləri dondurmaq qərarı verib.

Bern Lanj vurğulayıb ki, yaranmış vəziyyət ciddi narahatlıq doğurur: “Bizim suverenliyimiz və ərazi bütövlüyümüz təhlükə altındadır. Heç nə olmamış kimi davam etmək mümkün deyil. Qrenlandiya, Danimarka və Avropalı müttəfiqlərə qarşı davam edən və getdikcə artan təhdidlər, xüsusilə də tarif təhdidləri qarşısında saziş üzrə işləri dayandırmaqdan başqa seçimimiz yoxdur”.

Qeyd edək ki, Aİ–ABŞ ticarət sazişinin hüquqi mətninin araşdırılması, eləcə də üzv dövlətlərlə danışıqların aparılması Avropa Parlamentində məhz Beynəlxalq Ticarət Komitəsinin səlahiyyətinə daxildir.

Avropa Parlamentində Avropa Xalq Partiyası (EPP), Sosialistlər və Demokratlar (S&D) və “Renew Europe” qruplarının rəhbərləri də Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına və səkkiz Avropa ölkəsinə qarşı əlavə gömrük rüsumları tətbiq etmək qərarına reaksiya veriblər. Onlar bu şəraitdə ticarət sazişinin təsdiqlənməsinin mümkün olmadığını bildiriblər.

Xatırladaq ki, Donald Tramp 2025-ci ilin iyulunda Şotlandiyada Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen ilə görüşdən sonra Aİ ilə ABŞ arasında ticarət danışıqlarının uğurla başa çatdığını elan etmişdi. Onun sözlərinə görə, saziş Avropa İttifaqı ölkələrinin Amerika məhsullarına tətbiq edilən gömrük rüsumlarından imtina etməsini, ABŞ-ın isə Avropa məhsullarına 15 faiz vergi tətbiq etməsini nəzərdə tutur. Bu ticarət sazişinin qüvvəyə minməsi üçün Avropa Parlamentinin razılığı mütləqdir. Hazırkı qərarla isə sazişin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MEDİA jurnalistləri və ictimai fəalları yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb

12:02
04 Mart

BMT-nin Baş katibi süni intellekt ekspertlərinə müraciət edib

11:57
04 Mart

Xocalı həqiqətləri ABŞ auditoriyasına çatdırılıb

11:48
04 Mart

“Azəralüminium”un ixrac gəlirləri 47 faizdən çox artıb

11:43
04 Mart

Nazir: Gələcəkdə qış idman növlərində də uğurlu nəticələr qazanacağımıza inanırıq

11:39
04 Mart

İrandan təxliyə - Azyaşlı üzvləri olan ailə Azərbaycana gətirilib 

11:34
04 Mart

Cənub Qaz Dəhlizi sabitlik və enerji təhlükəsizliyi platformasıdır  

11:21
04 Mart

Beynəlxalq axtarışda olan daha iki təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib

11:12
04 Mart

Anar Quliyev: Regionların şəhərsalma nöqteyi- nəzərdən balanslı inkişafının təmin edilməsi əsas prioritetlərdəndir  

11:07
04 Mart

Yaxın Şərq: Genişmiqyaslı köçkünlük və təchizat zəncirinin qırılması

11:01
04 Mart

Neft qiymətləri 2020-ci ildən bəri ən kəskin şəkildə bahalaşır

10:52
04 Mart

Ötən gün narkotiklərlə əlaqədar 31 fakt müəyyən edilib

10:31
04 Mart

Dünya bazarında qızıl 46 dollardan çox bahalaşıb 

10:26
04 Mart

Dünya birjalarında neft bahalaşıb 

10:21
04 Mart

Azərbaycan neftinin qiyməti 86 dolları ötüb

10:13
04 Mart

Azərbaycanın ev sahibliyi etdiyi xizək alpinizmi üzrə nüfuzlu yarışlar açıq elan olunub

10:07
04 Mart

Macarıstan iqtisadiyyatı enerji şokunun təzyiqi altında  

09:57
04 Mart

“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq  

09:54
04 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı start götürür

09:23
04 Mart

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!