01 Aprel 2026 08:27
214
İQTİSADİYYAT
A- A+
ADAU-da alternativ enerji mənbələri üzrə tədqiqatlar aparılır

ADAU-da alternativ enerji mənbələri üzrə tədqiqatlar aparılır


21 oktyabr 2004-cü ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan respublikasında alternativ (bərpaolunan) enerji mənbələrindən istifadə üzrə Dövlət Proqramı"na uyğun olaraq, universitetimizdə su və günəş enerjisi ilə bərabər, digər alternativ enerji mənbələrindən, o cümlədən külək enerjisindən yararlanmaq üçün müxtəlif layihələr işlənib hazırlanır. 

Öncə onu qeyd edək ki, ölkəmizin sərhəd rayonlarının elektrik enerji tələbatçıları əsas şəbəkələrdən uzaqda yerləşdirildiyindən və əksəriyyəti də birfazalı işlədicilər olduğu üçün həmin ərazinin elektrik şəbəkəsində enerji itkiləri çox, həmin hissənin elektrik təchizatında elektrik enerjisinin keyfiyyət göstəriciləri aşağı olur və o hissədə qeyri-simmetriklik yaranır. Bu hallar istər-istəməz ölkənin elektrik sisteminin işinə mənfi təsir göstərir. Belə vəziyyətin yaxşılaşdırılması və respublikanın elektrik sisteminin qoyuluş gücünü artırmaq üçün bərpaolunan enerji mənbələrindən kompleks istifadə edilməsi layihəsinin hazırlanması və icrası aktual problem kimi gündəliyə gəlir. 

Qarşıya qoyulan məqsədə çatmaq üçün bu sətirlərin müəllifinin rəhbərliyi ilə ADAU-nun Energetika kafedrası layihə hazırlayıb. Layihənin əsas  məqsədi daha çox bərpaolunan enerji mənbələrindən istifadə etməklə müstəqil və ya mövcud elektrik şəbəkəsi ilə paralel işləyəcək dayanıqlı, fasiləsiz və  keyfiyyətli elektrik enerjisi hasil edən  enerji mənbəyinin yaradılmasıdır. Məsələn, Gəncə-Daşkəsən zonasında küləyin orta illik sürəti saniyədə 3,5 metr olduğu üçün o zonada orta güclü külək elektrik qurğularından istifadə etməyin mümkünlüyü elmi əsaslarla sübut olunmuşdur. Lakin aparılan  müşahidələr və ölçmələr nəticəsində həmin regionun digər ərazilərində küləyin daha böyük sürətə malik olduğu təsdiq edilmişdir. Aparılan elmi araşdırmalarla sübut olunmuşdur ki, külək qurğularının Daşkəsən rayonu ərazisindən keçən Qoşqar çayının sağ sahilindəki "Kobalt" qəsəbəsinin yerləşdiyi dağın zirvəsində quraşdırılması daha məqsədəuyğundur. Həmin dağ zirvəsində dəqiq ölçmələr apararaq ilin ayları üzrə küləyin orta sürətini təyin edib külək qurğusunun tipini və gücünü daha dəqiqliyi ilə seçmək mümkündür.

Layihədə  Daşkəsən rayonu ərazisində - Qoşqar çayı üzərində tikilməsi nəzərdə tutulan su-elektrik stansiyasına yaxın digər dağ  zirvəsində günəş panellərinin qurulması da nəzərdə tutulur. Dağ zirvəsində qurulacaq Günəş panellərinin gücləri daha böyük olacaq. Çünki panellər yüksəkliklərə qaldırıldıqca günəş şüasının intensivliyi yüksəlir. Nəticədə günəş panelinin çıxış gücü artır. Layihənin bu hissəsində tədqiqatların aparılması ilə günəş panellərinin tipini və sayını seçmək mümkün olacaq.

Layihənin icrası ilə yaradılacaq elektrik enerji mənbəyinin üstünlükləri odur ki, o heç bir yanacaq resursları tələb etmir, ətraf mühitə mənfi təsir göstərmir və iqtisadi cəhətdən sərfəlidir.


Siyasət MƏMMƏDOV,

ADAU-nun Energetika kafedrasının dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş Prokuror: Azərbaycan və Gürcüstan arasındakı münasibətlər hüquq sistemlərindəki əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir  

17:57
01 Aprel

Azərbaycan–Şimali Kipr əlaqələri güclənir

17:53
01 Aprel

Yağışların intensivliyinin artması nə ilə bağlıdır?

17:47
01 Aprel

Tramp: Atəşkəsi Hörmüz boğazı açıq, azad və təmiz olanda nəzərdən keçirəcəyik

17:16
01 Aprel

Süni intellekt distant təhsildə yeni mərhələ yaradır  

17:08
01 Aprel

Beynəlxalq turnirin qalibi olan Azərbaycan millisi FIFA reytinqində irəliləyib

17:01
01 Aprel

Abşeron rayonu ərazisindəki yolun çökmə səbəbi açıqlanıb

16:41
01 Aprel

Aviazərbələr nəticəsində İsfahandakı metallurgiya zavoduna ciddi ziyan dəyib

16:37
01 Aprel

Rusiya İrana humanitar yardımın çatdırılmasında köməyinə görə Azərbaycana təşəkkür edib

16:23
01 Aprel

“El Mundo”: NATO İran müharibəsi fonunda dərin böhran yaşayır

16:22
01 Aprel

SOCAR Türkiyə şirkətlər qrupu “2025 İxracatın Ulduzları” mükafatına layiq görülüb  

16:21
01 Aprel

Baş nazir Əli Əsədov Şimali kiprli həmkarı ilə görüşüb

16:18
01 Aprel

Gürcüstanda xüsusi əməliyyat: 108 nəfər saxlanılıb

16:17
01 Aprel

“Politico”: Tramp administrasiyası neftin qiymətlərinin bir barel üçün 200 dollara qalxması ehtimalını müzakirə edir  

16:16
01 Aprel

Avstraliyanın Baş naziri əhalini ictimai nəqliyyatdan istifadə etməyə çağırıb  

16:11
01 Aprel

Düşünülmüş və məqsədyönlü siyasət Azərbaycanı ən təhlükəsiz ölkələrdən birinə çevirib

16:10
01 Aprel

Azərbaycan Bayrağı İtaliyanın “Miravalle” yüksəkliyində dalğalanır 

16:09
01 Aprel

Türkiyə Prezidenti maksimalizmdən imtina etməyə və İranla bağlı dialoqa çağırıb  

16:07
01 Aprel

Fransa Livan ordusuna 39 zirehli texnika verib

16:06
01 Aprel

Ağdərədəki mina partlayışı ilə bağlı birgə məlumat - YENİLƏNİB

15:25
01 Aprel

Media: ABŞ-nin NATO-dan çıxması müzakirə olunur

15:16
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!