26 İyun 2024 08:10
266
CƏMİYYƏT
A- A+
Vətən sizə əbədi minnətdardır

Vətən sizə əbədi minnətdardır

 

Azərbaycan polisi dövlətə və xalqa sədaqətinin növbəti nümunəsini göstərdi

 

Azərbaycan xalqı 3 qəhrəman polisinin yasını tutur...
O qəhrəmanlar ki, silahlı cinayətkarı zərərsizləşdirmək üçün çəkinmədən, qorxmadan sinələrini odlu silaha sipər etdilər...
Cinayətkarın əlində odlu silahın olduğunu görən Azərbaycan polisi yenə də özünü ləyaqətlə apardı və həyatını belə qurban verməkdən çəkinmədi...
Gecə-gündüz usanmadan xalqın, asayişin keşiyində duran, dar gündə harayına hamıdan tez yetişən polisə elə qoruduğu adam güllə atdı...
Ailə üzvlərinin arxasında gizlənən cinayətkar da çox yaxşı bilirdi ki, Azərbaycan polisi heç zaman vətəndaşa güllə atmaz!
Budur, Azərbaycan polisi - dincliyimiz, asayişimiz üçün özünü qurban verən, dövlətin təhlükəsizliyini qorumaq naminə canlarından keçən qəhrəmanlar...
Eldəniz Məmmədov... 
Mahir Ağayev... 
Mirəli Heydərov...
Bir ailənin üzvlərini, məsumları yaşatmaq üçün həyatlarını qurban verərək şəhidlik zirvəsinə ucaldılar... 
İyunun 24-də Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verən cinayət hadisəsi ölkənin gündəmində ən çox müzakirə olunan mövzuya çevrilib. Daha doğrusu, ölkə ictimaiyyəti məyusluq içərisindədir. Çünki xalq polisini yaxşı tanıyır, onun göstərdiyi xidmətə 24 saat şahidlik edir. Həftə ərzində 7 gün, gün ərzində 
24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmətlə, inamla şərtlənir. 
Həyatın elə anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq polisin həyatı və xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu, onun həyatı bahasına başa gəlir. Bu şərəfli peşəni seçən hər bir insan özü ilə bərabər doğmalarını da bu riskin çətiri altında yaşamağa məhkum edir. 
Doğrudur, hər peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər?!
Amma polis bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Elə bu səbəbdəndir ki, polis işində istirahət anlayışı yoxdur. Onlar gecə-gündüz demədən, qar-borana, qızmar günəşə, sərt küləyə baxmadan yollarda hərəkəti tənzimləyir, ölkəmizi dünyanın ən təhlükəsiz dövlətlərindən birinə çevirirlər. 
Ölümləri bahasına da olsa, bir kimsəyə zərər vermədən vəzifə borcunu şərəflə yerinə yetirirlər... 
Budur, əsl qəhrəmanlıq...
Budur, Azərbaycan polisinin amalı...
Gəlin, bir müqayisəyə nəzər yetirək: 
2024-sü ilin ilk günündən bu günədək ABŞ-də polis 
545 nəfəri qətlə yetirib. 2023-cü ildə polisin öldürdüyü şəxslərin sayı 1247 nəfər olub. Onlardan 27 faizi qaradərili insanlardır. Ümumilikdə son 
10 ildə polisin törətdiyi ən çox qətl hadisəsi 2023-cü ildə qeydə alınıb. 2024-cü ilin ilk 5 ayı ərzindəki göstəricilər artım tendensiyasını göstərir. 
2013-2023-cü illərdə qətl hadisəsi törədən polislərdən 98,1 faizi cinayət məsuliyyətinə belə cəlb olunmayıb. Ümumilikdə 2013-cü ildən indiyədək polis 12 910 nəfəri qətlə yetirib.
İki həftə öncə "Global Terrorism Index 2024"ün yaydığı hesabata görə, Azərbaycan ən təhlükəsiz ölkələr arasında yer alıb. Reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə qəbul edilmiş mürəkkəb hesablamalara əsaslanır. "0" indekslə sonuncu - 89-cu yerdə qərarlaşan Azərbaycan dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib.
Bu faktlar reallıqdır. Reytinq siyahısı göstərir ki, Azərbaycanda daxili sabitlik yüksək səviyyədə təmin edilir. Onun icraçısı isə polisdir... 
Ölkəmizdə hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlıqlarının etibarlı təmin olunması üçün davamlı tədbirlər görülür, cinayətkarlığa qarşı mübarizədə polis əməkdaşları dəfələrlə həyatlarını təhlükədə qoyaraq vətəndaşlarımızı, habelə digər hüquq- mühafizə orqanlarının işçiləri ilə çiyin-çiyinə ölkəmizin ərazisində ictimai sabitliyi qoruyurlar. 
ABŞ polisi üçün isə fərqi yoxdur, istər cinayətkar olsun, istərsə də günahsız vətəndaş, hüquq-mühafizə orqanlarının əməkdaşlarına bir azca müqavimət göstərən, onları təhqir edənlər yerindəcə güllələnirlər.  
Azərbaycan polisi isə cinayətkara belə güllə atmır, ona məsləhət edir, yol göstərir. Vətəndaşının sağlamlığı naminə özünü odun-alovun içinə atır, sinəsini güllənin qabağına verir - Eldəniz, Mahir və Mirəli kimi...
Bizlər bu 3 igidin və onların timsalında bütün hüquq mühafizə orqanlarının əməkdaşlarının fədakarlığı, qəhrəmanlığı sayəsində yaradılan sabitliyi, rahatlığı, özgüvəni həyatımızın hər anında yaşayırıq. Amma insanlarda, ümumən cəmiyyətdə bu hissin hansı çətinliklər bahasına yarandığının bəlkə də heç fərqində olmuruq….
Onlar şəhiddirlər, ölkə vətəndaşı üçün canlarından keçən əsl igidlərdirlər...
Onlar qəhrəmandırlar, gələcəkdə bu peşəni seçmək istəyən gənclər üçün ideala çevriləcək əsl qəhrəman!
Allah rəhmət eləsin, ruhunuz şad olsun!

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:14
29 Sentyabr

Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında

03:13
29 Sentyabr

"Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında

03:13
29 Sentyabr

Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması QAYDASI

03:12
29 Sentyabr

"Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

03:11
29 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

03:10
29 Sentyabr

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli Qanununun və “Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 3 iyun tarixli 81 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:08
29 Sentyabr

"Yelo Bank" ASC-nin səhmdarlarının nəzərinə

03:08
29 Sentyabr

IBA Çempionlar Gecəsi: Azərbaycanın daha iki boksçusu qələbə qazanıb  

00:05
29 Sentyabr

Türkiyənin 2100-cü ilə qədər iqlim modeli hazırlanır  

23:15
28 Sentyabr

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!