Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Qarşılaşmadan öncə Serbiya favorit hesab olunsa da, son saniyələrdə məğlubiyyətdən qaça bilib. Yoviç 90+5-ci dəqiqədə bərabərlik qolunun müəllifi olub. Bu, Serbiyaya son tur ərəfəsində pley-offa yüksəlmək şansı yaradıb. Hər iki oyunda heç-heçə oynayan Sloveniya isə son turda favorit İngiltərə ilə qarşılaşacaq.
Komandalar hakimin start fitindən sonra ilk 15 dəqiqədə topa sahib olmada çətinlik çəkdilər. Xüsusilə sloveniyalılar mərkəzdə tətbiq etdikləri pressinqlə serbləri daha çox hücumları cinahdan qurmağa məcbur etdilər. Lakin 30-cu dəqiqədən sonrakı mərhələdə Sloveniya bütün fazalarda daha sürətli oynamağa başladı. Vurduqları qoldan sonra son 20 dəqiqədə fiziki yorğunluq sözünü dedi. Nəticədə topu rəqibə verib topsuz oyuna üstünlük verməkləri sonuncu dəqiqədə qapılarından qolla nəticələndi.
Məlumat üçün qeyd edək ki, Sloveniya tarixində ikinci dəfə Avropa çempionatında oynayır. İlk dəfə "Avro-2000"də Zlatko Zahoviçli yığma qrupda 2 heç-heçə etsə də, bu raundu adlaya bilməyib. 24 ildən sonra qitənin ən güclüləri sırasında yer alan Sloveniya dünya çempionatlarında da iştirak edib. 2002-ci və 2010-cu illərdəki cəhdlər uğursuz alınıb. Komanda hər iki mundialda qrupdan çıxa bilməyib. Millətlər Liqasının ilk iki mövsümünü C divizionunda keçirən Sloveniya "B"yə yüksəldikdən sonra mövqeyini çətinliklə qoruyub.
Draqan Stoykoviçin baş məşqçisi olduğu Serbiya millisi isə "Avro-2024"ə vəsiqəni çətinliklə qazanıb. Serbiya millisi son turda istəyinə çatıb. "Qartallar" Macarıstan və Monteneqro ilə mübarizədə ikinci olmağı bacarıb.
Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir
“Philips” yeni monitorunu nümayiş edib
ABŞ-də qasırğa 40 nəfərin həyatına son qoyub
Abşeron rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb
Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır
“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib
Dövlət katibi: Birləşmiş Ştatlar Rusiya və Çin arasında iqtisadi demarkasiyaya can atmır
Niderlandın xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb
Azərbaycan-Bosniya və Herseqovina strateji tərəfdaşlığı müzakirə olunub
Yeni ekzoplanet kəşf edilib
Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar
Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün giriş vizası tələbini ləğv edir
Blinken ABŞ və Çin liderləri arasında təmasların olacağını gözləyir
İcma: Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlıdır
Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə COP29-a hazırlıq prosesini müzakirə edib
Azərbaycan-Afrika İttifaqı əlaqələrinin perspektivləri müzakirə edilib
Azərbaycan nefti ucuzlaşıb
VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı açıqlanıb
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
COP29 Azərbaycan Əməliyyat Şirkəti Nyu-York İqlim Həftəsində iştirak edir
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!