26 İyun 2024 08:00
2530
SİYASƏT
A- A+
Sülh uğrunda müharibə

Sülh uğrunda müharibə

 

"Dəmir yumruğ"un sülhyaratma missiyası

 

Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan!
Zamanın sınağından çıxmış müdrik tövsiyədir!
Bəli, heç kəs özündən güclüsü ilə cəngə girmək istəməz...
Heç kəs özündən güclüsü ilə dava etmək niyyətinə düşməz...
Heç kəs özündən güclüsünə öz iradəsini qəbul etdirmək fikrində olmaz.
Nəticəsi irəlicədən bəlli davaya kim başlayar?
Namərd qonşusu olanlar isə bu həqiqəti heç vaxt unutmamalıdırlar!
Güclü ordu yaratmalı və saxlamalı, daim onu ən yeni silahlarla təchiz edərək təlimlər keçməlidirlər.
Heç zaman unutmamalısan ki, qonşun müxənnətdirsə, deməli, fürsət gözləyir.

Ermənistan 30 il sülhə gəlmədi, işğala son qoymadı.
44 gün ərzində isə ordusunu darmadağın edərək torpaqlarımızdan qovduq!
Sonra ona kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalatdıq!

 * Ermənistan Laçın dəhlizini özününkü sayaraq illər boyu o yolla ölkəmizə terrorçu, silah-sursat, rüşvətxor senator, konqresmen, Duma deputatı, mina daşıdı.
Bircə gün ərzində sərhədimizdə nəzarət-buraxılış məntəqəsi yaradaraq xəyanət yolunu birdəfəlik bağladıq!
* Ermənistan Xankəndidəki qondarma quruma dəstəyini dayandırmadı, yeni "prezident" seçilməsini təbrik etdi, qanunsuz silahlı birləşmələrini, terrorçu dəstələrini Qarabağdan çıxarmadı.
23 saatlıq antiterror tədbirində separatçıların 30 ildə yaratdıqları bütün hərbi qurğularını dağıtdıq, hərbçilərinin hamısını tərk-silah edərək ölkədən qovub çıxartdıq!
Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən ermənilər də onların dalınca getdilər.
Müzəffər Ali Baş Komandan İlham Əliyev əvvəlcə sözünü sakitliklə deyir, istəyini qarşı tərəfə sülh yolu ilə, xəbərdarlıq şəklində çatdırır...
Onu başa düşməyəndə, nəticə çıxarmayanda, həddini aşanda isə "dəmir yumruğ"unu işə salır!

* İndiyədək dünyanın gözü qarşısında baş verən bütün bu hadisələr göstərir ki, Azərbaycanın apardığı ədalətli müharibədir!
* Sülhə xidmət edən müharibədir!
* Beynəlxalq hüququn təmininə şərait yaradan müharibədir!
* Yolunu azanları, ağlını itirənləri düz yola gətirməyə, ağıllandırmağa xidmət edən müharibədir!
Bütün bunlar ədalətli müharibəmizin əsl mahiyyəti, mənəvi, tərbiyələndirici tərəfidir!
***
Bütün dünyanın, o cümlədən Ermənistanın və hayların müdafiəçilərinin yaxşı bildikləri sadə bir həqiqət də var.
Dünyada baş verən prosesləri yaxından izləyənlər dəfələrlə bu həqiqətin şahidinə çevriliblər.
Azərbaycan əvvəlcə beynəlxalq hüquq, tarixilik və ədalət baxımından özünə məxsus olanı sülh yolu ilə, danışıqlar əsasında tələb edir.
Qarşı tərəfin müxtəlif oyunbazlıqlarını sakitcə izləyir, səbirlə gözləyir...
Görəndə ki, kimlərsə özlərini gicliyə qoyaraq özününkü olmayana əbədi sahib çıxmağa çalışır, yaxud müxtəlif bəhanələrlə dediyinə, imzaladığı sənədə əməl etmək istəmir, onda "dəmir yumruğ"u işə salır!
Qanuni haqqına gücü və digər imkanları sayəsində nail olur!
Bir neçə misal:
Rusiyanın zəmanəti ilə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın qəsdən əməl olunmayan bir neçə bəndi vardı.
* Laçın və Zəngəzur dəhlizlərini açmaq və birgə nəzarətlə işləməsini təmin etmək.
* Azərbaycan ərazisində fəaliyyətdə olan Ermənistana məxsus qanunsuz silahlı birləşmələri və terrorçu qrupları tərksilah edərək ölkə ərazisindən çıxarmaq.
* Qarabağdakı etnik ermənilərin Azərbaycan qanunları əsasında yaşamalarının və ölkə vətəndaşlığını qəbul etmələrinin təmin olunmasına dəstək vermək!
Nə Ermənistanın, nə də Qarabağdakı qanunsuz qurumun rəhbərliyi verdikləri sözü yerinə yetirdilər!
NƏTİCƏDƏ:
* 23 aprel 2023-cü ildə Azərbaycan Ordusu Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradaraq dövlətimizin ərazi bütövlüyünü təmin etdi!
Bundan sonra Laçın yoluna özümüz nəzarət etməyə başladıq!
* 19-20 sentyabrda 23 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağdakı terrorçu qruplar və qanunsuz hərbi birləşmələr tərk-silah olunaraq təslim aktını imzaladılar!
Ərazimizdən qovuldular!
* Ardınca qondarma rəhbərlərsiz, ordusuz qalan və Azərbaycanda yaşamaq istəməyənlər dinməz-söyləməz başlarını aşağı salıb Ermənistana getdilər!
Nə bir mülki obyektə ziyan dəydi, nə də bir dinc sakinin burnu qanadı.
İndi üçtərəfli Bəyanatın icra olunmayan digər bəndləri qalır.
Azərbaycan yenə məsələnin sülh yolu ilə həllinə üstünlük verərək gözləyir.

Amma səbrin də, oyunbazlığın da sərhədi, tükənən vaxtı olur!
İndiyədək baş verənlərdən düzgün nəticə çıxararaq ağıllanmaq gərəkdir, haylar!
***
Azərbaycanla Ermənistan vasitəçilərsiz, təkbətək danışdılar.
Ermənistanın baş naziri N.Paşinyan yeni reallığı düzgün qiymətləndirərək doğru qərar qəbul etdi:
Azərbaycana məxsus dörd kəndin boşaldılmasına, həmin istiqamətdən delimitasiya və demarkasiya prosesinin başlanmasına start verdi.

Bundan rəncidəyə düşən Ermənistanın və erməni xalqının əsl düşmənləri, forpost ölkəni dilənçi vəziyyətinə salanlar, əhalinin xaricə kütləvi qaçışına səbəb olanlar, Yerabrulun yaranmasına və genişlənməsinə xidmət edənlər yenidən ortalığa düşdülər.
Görün müharibənin sülh müqaviləsi ilə başa çatmasına, Cənubi Qafqazda əbədi sülh, əməkdaşlıq yaranmasına etiraz edənlər kimlərdir.
Qarabağ klanı.
Qarabağ münaqişəsi başlamazdan əvvəl ortalıqda qalan, özlərindən yuxarıdakılara yaltaqcasına xidmət göstərərək yüngül bir vəzifə, çörək qazanmaq istəyən R.Koçaryan və S.Sarkisyan münaqişə və müharibə dövründə əsl milyarderlərə çevrildilər, əmlakları Ermənistana və Rusiyaya belə sığmır.
Ermənistanın bugünkü acınacaqlı durumunun birbaşa təqsirkarlarından olan bu cəlladlar hələ məhkəmə qarşısında bəraət qazanmamış yeni cinayətlər törətmək istəyirlər.
Erməni kilsəsi.
Bu kilsə erməni diasporu ilə Ermənistanı birləşdirən bağlardan biridir.
Erməni katolikosları heç zaman sülhə, barışa xidmət etməyiblər...
Əksinə, müharibənin təhrikçiləri kimi çıxış edərək din pərdəsi altında öz cavanlarını "ət maşını"na göndəriblər.
44 günlük müharibədə əli avtomatlı keşişlər də bizə qarşı vuruşdular.
Revanşistlər.
Millətçilik hissi, "Böyük Ermənistan" xülyası ilə zəhərlənmiş bu tip revanşistlər məğlubiyyətləri ilə barışmaq istəmirlər.
Erməni gənclərini qisasa təhrik edirlər.
Həm də yenidən müharibə baş verəcəyi halda Ermənistanın və erməni xalqının nə günə qalacağının fərqində deyillər.
Belə getsə, kişi cinsi olmayan, yalnız qadınlardan ibarət yeni Ermənistanın yarana biləcəyini görünür, dərk etmirlər!

***
Özgəyə ümid olan şamsız qalar - demişlər!
Bu gün Ermənistan da, Gürcüstan da ABŞ-yə, Qərbə üz tutublar, onlara arxalanırlar.
İnanırlar ki, nə vaxtsa onları Avropa İttifaqına qəbul edəcəklər və bu hesaba yağ içindəki böyrək kimi yaşayacaqlar.
Amma hər iki ölkədə nə sabitlik var, nə də sabaha inam.
Milli maraqlarını hər şeydən uca tutan Azərbaycan isə sürətlə inkişaf edir, qarşıya qoyduğu bütün hədəflərə uğurla nail olur!
Azərbaycan uzun illərdir ki, Gürcüstanı böyük fayda gətirən nəhəng layihələrin iştirakçısına çevirib.
Ermənistan da dalandan yaxa qurtara, belə layihələrdən bəhrələnə bilər...
Amma əvvəlcə ağıllanmalı, sülhün şərtlərinə əməl etməli, özgələrin qoltuğuna sığınmaqdan əl çəkməlidir!
Silahla Azərbaycanın üstünə gələnlər tabutla geri qayıdacaqlar!
Sülh yolu ilə əməkdaşlıq edənlər isə qazanacaqlar!

***
O şey ki, xoşluqla alına bilər, onu zora çevirməyə ehtiyac yoxdur!
Ermənistandakılar da, onlara "qorxma" deyib ürək-dirək verənlər də, erməni diasporu da, qisasçılıq hissi ilə yaşayanlar da bir məsələni dəqiq bilməlidirlər:
* Getdi artıq o günlər!
* Bitdi "Böyük Ermənistan" xülyası!
* Nə dünya o dünyadır, nə də Azərbaycan keçmişdəki Azərbaycan!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı möhtəşəm ordu 30 illik işğala 44 gündə son qoydu, düşmən ordusunu məhv etdi!
12 mindən çox erməni əsgər və zabiti, hətta generallar belə fərariyə çevrildi, döyüş meydanını qoyub qaçdılar.
Nə ABŞ-nin, nə Avropa İttifaqının, nə də Fransanın sözlərinə inanaraq ağlınızı itirməyin!
ABŞ-nin və Avropa İttifaqının ayırdığı vəsait, Fransanın göndərdiyi köhnə-kürüş hərbi texnika və ya öldürücü silahlarla nəyisə dəyişmək mümkün deyil!
Gürcüstanda və Ukraynada baş verənləri heç zaman unutmayın!
10 milyonluq Azərbaycanın qarşısında 3 milyonluq Ermənistan heç nədir!

Durbin götürərək bütün günü Azərbaycan ərazisinə baxan köhnə jandarma, casus və kəşfiyyatçılara da bel bağlamayın!
Cənab İlham Əliyevin dediyi kimi, bir güllə atılan kimi onların hamısı gəldikləri yerədək qaçacaqlar!
Azərbaycanın verdiyi sülh təklifləri həqiqəti əks etdirir, ədalətlidir, beynəlxalq hüquqa söykənir!
Sülh istəyimizin arxasında isə qüdrətli ordumuz dayanır!
Bunu isə heç zaman yaddan çıxarmayın!

***
* Azərbaycan 30 il ərzində Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid bəsləyərək gözlədi.
* Haqqa, ədalətə inanaraq gözlədi.
* Beynəlxalq hüquqa əməl ediləcəyinə inanaraq gözlədi.
* ATƏT-in Minsk qrupunun vəzifə borcunu yerinə yetirəcəyinə inanaraq gözlədi.
* Dünyanın ən böyük təşkilatı sayılan BMT-nin Təhlükəsizlik Şurasının öz qətnamələrinə əməl edəcəyinə inanaraq gözlədi.
Eyni zamanda gözləyə-gözləyə öz işini görərək, mövqeyini də açıq bəyan etdi!
Prezident İlham Əliyev dəfələrlə hamının eşidəcəyi şəkildə bildirdi:

* Azərbaycan bir qarış torpağını belə heç kəsə güzəştə getməyəcək!
* Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcək!
İlham Əliyevin Azərbaycana rəhbərliyinin 20 ili ərzində:
* Azərbaycan tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəldi!
* Dünyada nüfuzu artdı, beynəlxalq qurum və təşkilatlarda onu müdafiə edənlər çoxaldı!
* Özünə güclü ordu yaradaraq onu ən müasir silahlarla silahlandırdı!
* Yeni gənc nəsil, Vətən uğrunda hər an şəhid olmağa hazır əsgər və zabitlər, xüsusi təyinatlılar yetişdi!
* Hücum diplomatiyasından hücum taktikasına keçdi!
30 ildə bütün dünyanın sülh danışıqları ilə həll edə bilmədiyi münaqişəni 44 gündə hünərlə çözərək sülhün yolunu açdı!
Ancaq Ermənistan və onun havadarları heç zaman unutmamalıdırlar ki, bu Zəfərin arxasında qüdrətli Azərbaycan və onun möhtəşəm ordusu dayanır!
Ermənistan yaranmış fürsətdən istifadə edərək blokadadan çıxmalı, dövlətçiliyini xilas etməlidir!
Sözünün sahibi olan cənab 
İlham Əliyev sözünü deyərək xəbərdarlıqlarını edib!
Adətən uğursuz sülh danışıqlarından sonra qalibiyyətli hərbi əməliyyatlar gəlir!
Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin taktikasıdır!
Həm də dəfələrlə sınaqdan uğurla çıxmış taktikası!

 

Bəxtiyar SADIQOV 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:14
29 Sentyabr

Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında

03:13
29 Sentyabr

"Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında

03:13
29 Sentyabr

Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması QAYDASI

03:12
29 Sentyabr

"Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

03:11
29 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

03:10
29 Sentyabr

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli Qanununun və “Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 3 iyun tarixli 81 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:08
29 Sentyabr

"Yelo Bank" ASC-nin səhmdarlarının nəzərinə

03:08
29 Sentyabr

IBA Çempionlar Gecəsi: Azərbaycanın daha iki boksçusu qələbə qazanıb  

00:05
29 Sentyabr

Türkiyənin 2100-cü ilə qədər iqlim modeli hazırlanır  

23:15
28 Sentyabr

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!