26 İyun 2024 08:30
436
SİYASƏT
A- A+
Qəhrəmanlıq salnaməsi yazan ordu

Qəhrəmanlıq salnaməsi yazan ordu

 

"Silahlı Qüvvələrin qəhrəmanlığının nəticəsində 44 günlük Vətən müharibəsində əldə edilən Şanlı Qələbə Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Bu qələbə Zəfər ili kimi qeyd olunur. Bu zəfərin memarı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, icraçısı isə qəhrəman Azərbaycan əsgəridir". 
Bu sözləri "Azərbaycan" qəzetinə hərbi ekspert Ədalət Verdiyev deyib. O qeyd edib ki, məhz Silahlı Qüvvələrimizin möhtəşəm qələbəsi sayəsində 30 illik işğal siyasəti yürüdən Ermənistan diz üstə çökdürülüb və bu zəfər bizi onilliklər boyu həsrətini çəkdiyimiz doğma yurd yerlərimizə qovuşdurub: "Çox çətin iqlim şəraitində və mürəkkəb relyefə malik ərazilərdə düşmənin 30 illik müdafiə sədlərini bir neçə saat ərzində darmadağın edən Azərbaycan Ordusu cəmi 44 günə tarix boyu unutmayacağımız böyük qəhrəmanlıq nümunələri göstərdi. Bir çox məntəqənin azad olunmasında hərbçilərimizin göstərdiyi şücaət bu gün bir çox ölkənin hərbi elmi araşdırma mərkəzləri tərəfindən öyrənilir. Xarici mütəxəssislər ordumuzun Hadrutda, Şuşada, Cəbrayılda, Füzulidə göstərdiyi yüksək döyüş potensialının sirrini bu gün də tam aça bilmirlər". 
Ekspert vurğulayıb ki, Vətən müharibəsindən sonrakı sərhəd toqquşmalarında və antiterror tədbirlərində də Azərbaycan beşinci nəsil müharibəni apara bilən silahlı qüvvələrə malik olduğunu bir daha nümayiş etdirib. Vətən müharibəsində möhtəşəm qələbə çalan Silahlı Qüvvələrimizdə türk ordu modelinə keçid kifayət qədər sürətlə davam edir. Azərbaycan müharibədən sonrakı dövrdə də ordu quruculuğu və silahlı qüvvələrin təminat və təchizatında çox mühüm addımlar atır. Bu gün Azərbaycan Ordusu Türkiyədə istehsal olunan istənilən hərbi vasitələri əldə etmək imkanı qazanıb. Digər tərəfdən hərbi-texniki sahədə həm Türk Dövlətləri Təşkilatına üzv, həm də digər müttəfiq və dost ölkələrlə əməkdaşlıq uğurla davam etdirilir. 
Ordumuzun beynəxalq reytinqi İkinci Qarabağ savaşından sonra hər il daha da yaxşılaşır. Ermənistan ilə güc balansında kifayət qədər irəlidə olan Azərbaycan dünyanın əlliliyə daxil olan güclü qalib ordusuna malikdir. Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizatında Müdafiə Sənayesi Nazirliyinin də böyük rolu olduğunu qeyd edən Ə.Verdiyev əlavə edib ki, hazırda ölkəmizdə beşinci nəsil tank qırıcısı üçün ehtiyat hissələri istehsal olunur. 
"Azərbaycan Türkiyə və digər müttəfiqlərlə birgə müəssisələrin yaradılması, hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlu addımlar atır. Bu il Bakıda keçiriləcək ADEX sərgisində Azərbaycan və Türkiyənin birgə istehsalı olan bəzi məhsulları da görəcəyik. Yaxın üç il ərzində isə bu məhsullar ixrac olunacaq", - deyə o bildirib. Ekspertin sözlərinə görə, Ali Baş Komandan İlham Əliyev üçün ordunun təminatı, ən müasir silah və texnikalarla təchizatı daim prioritet olaraq qalır. Azərbaycan regional gücdən qlobal gücə çevrilmək istiqamətində ciddi addımlar atır. Silahlı Qüvvələrin döyüş potensialının artırılması üçün dövlət büdcəsindən ayırmalar daim artırılır. Zəruri olan bütün vasitələr, texnikaların ən yaxşı nümunələri Azərbaycan əsgərinin istifadəsinə verilir. Bu, gələcəkdə Azərbaycana qarşı olan revanşist qüvvələrin baş qaldırmaması üçün çox vacib məsələlərdən biridir. 
 Azərbaycan Ordusunun şəxsi heyəti Ali Baş Komandanın istənilən əmrini, istənilən anda yerinə yetirməyə tam hazırdır.

Ə.QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:14
29 Sentyabr

Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında

03:13
29 Sentyabr

"Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında

03:13
29 Sentyabr

Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması QAYDASI

03:12
29 Sentyabr

"Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

03:11
29 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

03:10
29 Sentyabr

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli Qanununun və “Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 3 iyun tarixli 81 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:08
29 Sentyabr

"Yelo Bank" ASC-nin səhmdarlarının nəzərinə

03:08
29 Sentyabr

IBA Çempionlar Gecəsi: Azərbaycanın daha iki boksçusu qələbə qazanıb  

00:05
29 Sentyabr

Türkiyənin 2100-cü ilə qədər iqlim modeli hazırlanır  

23:15
28 Sentyabr

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!