Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Türkiyə millisini Portuqaliya ilə çətin oyun gözləyir
"Avro-2024"ün ilk turu çərçivəsində F qrupunda oynanılan qarşılaşmada Türkiyə millisi Gürcüstana 3:1 hesabı ilə qalib gəldi. Ümumiyyətlə, qrupda hər oyunun öz fərqli planları olmalıdır. Kağız üzərində favorit türklər idi. Ancaq baş məşqçi Vinçenzo Montellanın ilk hissədəki oyun planı heç cürə tutmadı. Aydın məsələdir ki, 5-li müdafiə xətti ilə meydana çıxan kollektivə qarşı hücumun mərkəzində Barış Alperlə çıxmaq faydalı iş əmsalını aşağı salır.
Gürcüstan yığması isə topu rəqibə verərək müdafiə olunmaqla, yaranan ani əks-hücumlarda qol epizodları yaratmağa çalışırdı. Lakin bundan da istifadə edə bilmirdi. Çünki Türkiyədə yarımmüdafiənin mərkəzində Hakan Çalhanoğlu, Orkun Kökçü və Kaan Ayhan triosu meydançada elə düzgün yerləşmişdilər ki, rəqibə boş zona qoymurdular.
Ancaq birinci və ikinci fazada uğurlu olan Türkiyə millisi hücum xəttində istənilən tempi yaxalasa da, rəqibin müdafiə səddini yara bilmədi. Beşli müdafiə xətti ilə meydana çıxan Gürcüstana qarşı hücumun mərkəzində Barış Alperlə oynamaq faydalı iş əmsalını aşağı saldı. Fasilədən sonra Barışın sağ cinaha çəkilməsi, Arda Gülərin mərkəzə daha yaxın oynaması Montellanın düzgün qərarı idi. Bununla da Gürcüstanın sol cinahdan hücumlara çıxmağı da çətin alındı. Nəticədə mərkəzdə daha yaxşı təsir bağışlayan Arda Gülər uzaqdan vurduğu mükəmməl zərbə ilə komandasını hesabda irəli çıxardı.
Sabah Türkiyə millisini Portuqaliya ilə çətin oyun gözləyir. Ümid edirik ki, hər matçın fərqli hekayəsi, oyun planı olduğu kimi, məşqçilər korpusu da yeni kəşflərə çıxmayacaq, düzgün heyətlə qardaş ölkəyə növbəti zəfəri qazandıracaqlar.
Uğurlar, Türkiyə!
Elçin CƏFƏROV,
"Azərbaycan"
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir
“Philips” yeni monitorunu nümayiş edib
ABŞ-də qasırğa 40 nəfərin həyatına son qoyub
Abşeron rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb
Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır
“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib
Dövlət katibi: Birləşmiş Ştatlar Rusiya və Çin arasında iqtisadi demarkasiyaya can atmır
Niderlandın xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb
Azərbaycan-Bosniya və Herseqovina strateji tərəfdaşlığı müzakirə olunub
Yeni ekzoplanet kəşf edilib
Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar
Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün giriş vizası tələbini ləğv edir
Blinken ABŞ və Çin liderləri arasında təmasların olacağını gözləyir
İcma: Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlıdır
Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə COP29-a hazırlıq prosesini müzakirə edib
Azərbaycan-Afrika İttifaqı əlaqələrinin perspektivləri müzakirə edilib
Azərbaycan nefti ucuzlaşıb
VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı açıqlanıb
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!