28 Sentyabr 2024 09:20
412
DÜNYA
A- A+
Fransa ac insanlara qarşı zor tətbiq edir

Fransa ac insanlara qarşı zor tətbiq edir


Bu yaramaz rəftarla rəsmi Paris alovun üstünə yanacaq tökür


Fransa hökuməti yüksək yaşayış bahalığına görə Martinik adasında davam edən nümayişlərə qarşı yeganə cavab kimi təzyiq və zorakılığa əl atır. Bunu repressiyaya məruz qalmamaq üçün soyadını açıqlamağa ehtiyat edən "Afro-Karib dənizi xalqlarının və resurslarının müdafiəsi ittifaqı"nın (RPPRAC) fransalı nümayəndəsi Meluane deyib.

Fransızlar tərəfindən XVII əsrdə işğal edilən Martinikdə etirazlar bu il sentyabrın əvvəlindən keçirilir. Ada sakinləri yaşayış bahalığına və ərzaq qiymətlərinin hədsiz dərəcədə qaldırılmasına etiraz etmək üçün supermarketlərin qarşısında nümayişlər keçirirlər. Qida qiymətlərinin materik Fransa ilə müqayisədə 40 faiz baha olduğu Martinikdə etiraz aksiyaları zamanı 30-dan çox adam saxlanılıb.

Adanın səlahiyyətliləri sentyabrın 19-dan 23-dək paytaxt Fort-de-Fransın bəzi hissələrində və Le Lamentin şəhərində komendant saatı elan edib, Paris isə CRS polis xüsusi təyinatlılarını bu ərazilərə yerləşdirib.

Meluane deyib ki, 2009-cu ildə Martinikdə yaşayış bahalığına görə baş verən etiraz aksiyaları iştirakçılarının tələbləri indiyədək diqqətdən kənarda qalıb: "2009-cu ilin böyük tətilindən təxminən 15 il sonra biz təkcə Martinikdə deyil, həm də Qayana, Qvadelupa, Reunion və digər xarici ərazilərdə əhalinin vəziyyətinin pisləşdiyini gördük.  Maaşlar yaşayış dəyərinə qətiyyən uyğun gəlmir".

Meluane qeyd edib ki, RPPRAC iyulun 1-də yüksək qiymətlərə görə supermarketlər şəbəkəsinin nümayəndələrinə xəbərdarlıq məktubu göndərib, lakin sözügedən şirkətlər çox cüzi endirimlə razılaşıb və həm də bu barədə çox gec məlumat veriblər. Məktuba cavab verilməsinin gecikməsi ada sakinləri tərəfindən hörmətsizlik əlaməti kimi qəbul edilib. Bundan sonra sentyabrın 1-də Martinikdə yaşayış bahalaşmasına qarşı nümayişlər keçirilib.

Onun sözlərinə görə, etirazçılar supermarket şəbəkələrinin nümayəndələri ilə görüşməyi, həmçinin adadakı qiymətlərin Fransadakı qiymətlərlə müqayisə olunmasını tələb ediblər.

Yığıncaqda Martinik prefekti Jan-Kristof Buvye, supermarketlər şəbəkəsinin nümayəndələri və RPPRAC-ın rəhbəri Rodriq Petito iştirak ediblər, lakin ada sakinlərinin tələbləri nəzərə alınmayıb.

"Hökumətin yeganə cavabı isə təzyiq oldu. Yəni jandarmlar, ümumi təhlükəsizlik qüvvələri və ordu hadisə yerində olub, nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib, talan başlayıb", - Meluane bildirib.

RPPRAC nümayəndəsi yaşayış xərcləri ilə bağlı danışıqlarda yerli hakimiyyət orqanları tərəfindən şəffaflığın olmamasını tənqid edib və həmçinin yüksək xərclərlə əlaqədar Martinikdə başlanmış hərəkatın genişləndirilməsi istəyini ifadə edib.

Soyadını açıqlamaq istəməyən RPPRAC-ın fransalı koordinatoru Lindi isə bildirib ki, yaşayış minimumu ilə bağlı tələblərin hələ də konkret həlli yoxdur.

O qeyd edib ki, insanlar küçələrə axışır, çünki qiymətlər materik Fransadakı kimi deyil. Martinikdə qiymətlər çox yüksəkdir.

Lindi Parisin adada atdığı destruktiv addımları tənqid edib. Bu dağıdıçı rəftarla Fransa "oda yanacaq qatır". İttifaqın əlaqələndiricisi ürək ağrısı ilə deyib: "Bizim xahişimiz odur ki, qiymətlər Fransadakı qiymətlərə uyğun olsun. Bu gün isə bizi çəzalandırmaq üşün təhlükəsizlik qüvvələrini göndərirlər. Dinc şəkildə normal qiymətə ərzaq alıb yeyə bilmək üçün mübarizə aparan insanlara - uşaqlara, qadınlara, ahıllara və əlillərə qarşı gözyaşardıcı qazdan istifadə edilir. Və bu, qəsdən edilir". 

O əlavə edib ki, gözyaşardıcı qazdan istifadə edilməsinə baxmayaraq, nümayişlər həmişə dinc şəraitdə keçirilib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

14:18
28 Sentyabr

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

13:32
28 Sentyabr

“Philips” yeni monitorunu nümayiş edib

12:35
28 Sentyabr

ABŞ-də qasırğa 40 nəfərin həyatına son qoyub

12:33
28 Sentyabr

Abşeron rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb

12:31
28 Sentyabr

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

12:30
28 Sentyabr

Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır

11:38
28 Sentyabr

“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib  

11:36
28 Sentyabr

Dövlət katibi: Birləşmiş Ştatlar Rusiya və Çin arasında iqtisadi demarkasiyaya can atmır

11:34
28 Sentyabr

Niderlandın xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

11:32
28 Sentyabr

Azərbaycan-Bosniya və Herseqovina strateji tərəfdaşlığı müzakirə olunub

11:27
28 Sentyabr

Yeni ekzoplanet kəşf edilib

11:10
28 Sentyabr

Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar

11:06
28 Sentyabr

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün giriş vizası tələbini ləğv edir

11:04
28 Sentyabr

Blinken ABŞ və Çin liderləri arasında təmasların olacağını gözləyir

10:49
28 Sentyabr

İcma: Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlıdır

10:46
28 Sentyabr

Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə COP29-a hazırlıq prosesini müzakirə edib

10:42
28 Sentyabr

Azərbaycan-Afrika İttifaqı əlaqələrinin perspektivləri müzakirə edilib

10:41
28 Sentyabr

Azərbaycan nefti ucuzlaşıb

10:40
28 Sentyabr

VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı açıqlanıb

10:19
28 Sentyabr

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

10:13
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!