26 İyun 2024 08:25
1205
SİYASƏT
A- A+
Ərazi bütövlüyümüzün təminatçısı

Ərazi bütövlüyümüzün təminatçısı

 

"Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik". Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bəyan etdiyi kimi, rəşadətli Azərbaycan Ordusu xalqımıza yüz illər boyu fəxarətlə xatırlayacaqları qəhrəmanlıq salnaməsi bəxş edib.
Bu il isə müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, Silahlı Qüvvələr Gününü suverenliyimizin bərpasının gətirdiyi coşqu ilə qeyd edirik. Cənubi Qafqazın ən böyük hərbi gücü Azərbaycan Silahlı Qüvvələrinin 106 yaşını yurdumuzun hər qarışında bayram edir, ay-ulduzlu, üçrəngli bayrağımızın Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə, Suqovuşanda - bütün Qarabağda dalğalandırılmasından təsvirəgəlməz qürur hissi keçiririk.   

 

Heydər Əliyevin yaratdığı ordu

 

1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun tarixi Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanına əsasən, Azərbaycan Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. 
Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. 
Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsiz fəaliyyətləri nəticəsində nizami ordu quruculuğu həyata keçirilmədi. Müxtəlif hərbi dəstələr isə ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda  hakimiyyətə qayıdan Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi.
1994-cü ildə atəşkəs elan olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına imkan yaratdı. 
Ulu Öndər ordunun gücünün dövlətin var olmasında müstəsna əhəmiyyətə malik olduğunu hər zaman diqqətə çatdırırdı: "Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir". 

 

Qələbəyə aparan yollar 

 

Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı inkişaf mərhələsinə yüksəldən Prezident İlham Əliyev ordu quruculuğu işini daim şəxsi diqqətində saxladı. Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı kimi məsələlər daim ön planda saxlanıldı.
Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
Bütün dünya Azərbaycan Ordusunun gücünə 2016-cı ilin aprelində Lələtəpə qələbəsi zamanı şahidlik etdi. Həmin zaman "dəmir yumruq" işə düşərək cəmi dörd günə işğalda olan torpaqlarımızın 2 min hektardan çoxunu azadlığına qovuşdurdu və Lələtəpə qələbəsi ilə böyük Zəfərin başlanğıcını qoydu. 
Şanlı Aprel döyüşləri Ermənistanın uzun illər ərzində guya güclü ordusunun olması haqqında yaratdığı mifin də elə mif olduğunu sübut etdi. Bu döyüşlər, əslində, Ermənistan ordusunun qorxaqlar, acizlər, fərarilər yığını olduğunu faktlarla ortaya qoydu.
Azərbaycan Ordusunun daha bir uğuru 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. 
Həm Aprel döyüşləri, həm də  Günnüt əməliyyatı böyük Zəfərə aparan yolda atılan mühüm və uğurlu addımlar oldu.  

 

Şanlı tarix  

 

Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu məhv edərək hansı gücə və qüdrətə malik olduğunu dünyaya göstərdi. Qəhrəman döyüşçülərimiz Vətən uğrunda çıxdıqları haqq yürüşündə daim irəli getdilər, düşmən tapdağından azad etdikləri ərazilərimizdən bir qarış belə geri çəkilmədilər. Sinələrini Vətənə sipər edən igid oğullarımız torpaqlarımızı yağı tapdağından qarış-qarış azad etdilər, bayrağımızı Qarabağın incisi Şuşada dalğalandırdılar. Ermənistan ordusu faktiki olaraq məhv edildi, Ağdam, Laçın, Kəlbəcər bir güllə atılmadan, bir itki verilmədən azad edildi.  
2020-ci ildə Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradındakı çıxışında  Müzəffər Ali Baş Komandan İlham Əliyev də fəxr hissi ilə vurğuladı ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu: "Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq".
"Dəmir yumruq" Şuşa qələbəsi ilə xalqımıza qürur, düşmənlərimizə unuda bilməyəcəkləri dərs verdi, "Qarabağ Azərbaycandır!" həqiqətinin altına qızıl möhür vurdu.  

 

Ordumuz erməni separatizminə son qoydu 

 

2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat davam edən antiterror tədbirlərində isə Silahlı Qüvvələrimiz separatçıları məhv edərək, Qarabağda quldur yuvasını dağıtdılar. Bununla da bütün torpaqlarımız üzərində suverenliyimiz tam bərpa edildi. Oktyabrın 15-də  - Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə Müzəffər Ali Baş Komandan 
İlham Əliyev tərəfindən Azərbaycan bayrağının dalğalandırılması böyük tarixi hadisə oldu. 
Həmin vaxt çıxışında şanlı qələbələrimizin qazanılmasında Azərbaycan Ordusunun misilsiz xidmətlərindən bəhs edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha ordu quruculuğuna diqqət çəkərək dedi: "Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik".
2023-cü il noyabrın 8-də Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın məhz Xankəndidə keçirilməsinin də öz rəmzi mənası oldu.  Qalib lider İlham Əliyevin siyasi əzmi, qətiyyəti, Silahlı Qüvvələrimizin gücü sayəsində torpaqlarımız işğaldan azad edildi, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, suverenliyini təmin etdi.  
Dövlət-xalq-ordu birliyimiz sayəsində əldə etdiyimiz tarixi zəfərlər yeni-yeni qələbələrimizə də rəvac verib. 2024-cü il may ayının 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri də azadlığına qovuşdu. 

 

Ordumuz bu gün daha güclüdür

 

Tarixi zəfərlərimizdən sonra da Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılması prioritet vəzifələr sırasındadır. Bundan irəli gələrək bütün qoşun növlərinin maddi-texniki bazası ən müasir standartlar səviyyəsinə çatdırılır. Silahlı Qüvvələrimizin arsenalı Azərbaycanın müdafiə sənayesinin istehsal etdiyi hərbi texnika və silah-sursatlarla yanaşı, dost ölkələrin, xüsusilə qardaş Türkiyənin hərbi sənayesinin məhsulları, pilotsuz uçuş aparatları ilə daha da zənginləşdirilir. Bir sözlə, Azərbaycan Ordusu hər ötən gün daha da güclənir. 
"Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır" - deyə ötən ilin iyununda - Silahlı Qüvvələr Günü ərəfəsində Müdafiə Nazirliyinin Komando hərbi hissələrinin birində nitqi zamanı Müzəffər Ali Baş Komandan da bəyan etdi ki, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha güclüdür.

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:14
29 Sentyabr

Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında

03:13
29 Sentyabr

"Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında

03:13
29 Sentyabr

Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması QAYDASI

03:12
29 Sentyabr

"Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

03:11
29 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

03:10
29 Sentyabr

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli Qanununun və “Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 3 iyun tarixli 81 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:08
29 Sentyabr

"Yelo Bank" ASC-nin səhmdarlarının nəzərinə

03:08
29 Sentyabr

IBA Çempionlar Gecəsi: Azərbaycanın daha iki boksçusu qələbə qazanıb  

00:05
29 Sentyabr

Türkiyənin 2100-cü ilə qədər iqlim modeli hazırlanır  

23:15
28 Sentyabr

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!