08 Sentyabr 2026 17:20
1034
CƏMİYYƏT
A- A+
YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir


Sentyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

YAP-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin məqsədyönlü siyasəti nəticəsində iki ölkə arasında münasibətlərin dostluq və hərtərəfli strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf etdiyi vurğulanıb.

Konstruktiv siyasi dialoq şəraitində Azərbaycan-Çin əlaqələrinin iqtisadi-ticari, nəqliyyat-logistika, təhsil, turizm, mədəni-humanitar, rəqəmsal texnologiyalar, yaşıl enerji və digər sahələrdə genişləndiyi qeyd olunub.

Hər iki ölkənin qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış etdiyi vurğulanaraq “Bir kəmər, bir yol” və Zəngəzur dəhlizi layihələrinin geostrateji əhəmiyyəti və perspektivləri diqqətə çatdırılıb. Çinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafına dəstəyinin dostluq və tərəfdaşlıq nümunəsi olduğu bildirilib.

Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının ikitərəfli münasibətlərlə yanaşı, Qlobal Cənubda əməkdaşlığın təşviqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Hər iki ölkənin bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyi, separatizmin bütün forma və təzahürlərinə qarşı mövqeyi diqqətə çatdırılıb.

YAP ilə ÇKP arasında əlaqələrin inkişafının dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsi olduğu vurğulanıb. Qarşılıqlı səfərlərin, fikir və təcrübə mübadiləsinin əməkdaşlığın qiymətləndirilməsi və gələcək istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyəti qeyd edilib. 2024-cü ilin noyabrında YAP nümayəndə heyətinin Çinə səfəri zamanı imzalanmış Əməkdaşlıq Memorandumundan irəli gələn vəzifələrin icrasının strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfə verdiyi bildirilib.

2026-cı il mayın 11-15-də YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində keçirilən görüşlər məmnunluqla xatırlanaraq qarşılıqlı səfərlərin davam edəcəyinə və əməkdaşlıqda yeni nailiyyətlərin əldə olunacağına əminlik ifadə edilib.

Gənclərin ictimai-siyasi həyatda, dövlət idarəçiliyində və partiya fəaliyyətində fəal iştirakının əhəmiyyəti vurğulanaraq bu sahədə ixtisaslaşmış təhsil müəssisələri arasında əməkdaşlığın önəmi qeyd olunub.

Görüşdə partiyalararası əməkdaşlığın gələcək istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÜST: Ölüm hallarında qeyri-infeksion xəstəliklərin sayı artır

10:55
06 Oktyabr

Azərbaycan nefti 124 dollara satılır 

10:51
06 Oktyabr

Dünya bazarında qızıl ucuzlaşıb

10:50
06 Oktyabr

Şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş keçirilib  

10:45
06 Oktyabr

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

10:42
06 Oktyabr

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

10:05
06 Oktyabr

İspaniyanın Baş naziri növbədənkənar seçkilər elan edib

09:45
06 Oktyabr

Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib

09:40
06 Oktyabr

Yeni layihələr, tərəfdaşlıqlar və əsas məqamlar

09:35
06 Oktyabr

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

09:30
06 Oktyabr

Azərbaycan kinosunun ilk qadın rejissoru

09:25
06 Oktyabr

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

09:20
06 Oktyabr

Ədalət hissi

09:15
06 Oktyabr

Bu il Goranboyda pambıq bol olacaq

09:10
06 Oktyabr

Naftalanda ağsaqqallarla görüş olub

09:05
06 Oktyabr

Qusarda aqrar sahənin inkişafına dair tədbirlər keçirilir

09:00
06 Oktyabr

Şirvanda yeniyetmə voleybolçularla görüş

08:55
06 Oktyabr

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

08:45
06 Oktyabr

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

08:40
06 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

08:35
06 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!