31 Oktyabr 2024 08:50
143
İQTİSADİYYAT
A- A+
Xurma festivalı məhsul bayramına çevrildi

Xurma festivalı məhsul bayramına çevrildi


Mövsümün əvvəlindən Balakənin bağlarından 9,3 min ton məhsul yığılıb


Əvvəllər - sovet dönəmində də məhsul bayramları keçirilərdi. Taxıl biçini, üzüm, pambıq yığımının yekununa az qalmış, daha doğrusu, plan və öhdəliklərin yerinə yetirilməsi ilə kəndlilər xoş əhvali-ruhiyyəyə köklənəndə təsərrüfatlarda bir şadyanalıq olardı ki, gəl görəsən… Yaylaqlarda çobanların, qışlaqlarda sağıcıların şərəfinə düzənlənən çal-çağır sadə zəhmət adamlarına stimul verərdi. 

Müstəqillik illərində də həmin ənənə davam edir, amma onun nə plana dəxli var, nə də öhdəliyə aidiyyəti. Sadəcə bu və digər rayon hansı meyvə, bitki ilə məşhurdursa, onun adına festival keçirilir.

Balakən camaatı da bar-bərəkət və bolluğu həmişə böyük fərəh, şükranlıqla qeyd edir. O üzdən 2017-ci ildən burada fasilələrlə Xurma festivalı keçirilir. Qoz-fındığı, şabalıdı, tərəvəzi, bir sıra meyvəsi ilə tanınan rayonda bu dəfə dördüncü dəfə idi ki, Xurma festivalı təşkil olunmuşdur. Rayon icra hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar İnnovasiya Mərkəzinin, Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının və "Balkhoorma" şirkətinin dəstəyi ilə keçirilən tədbirə müxtəlif qurumların nümayəndələri, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri qatılmışdılar.

Festival iştirakçıları və qonaqlar öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət etdilər. Sonra "Balkhoorma" MMC-nin Katex kəndində yerləşən meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsində istehsal prosesi ilə tanış oldular. Məlumat verildi ki, 2017-ci ildə fəaliyyətə başlayan və müasir standartlara cavab verən müəssisəyə meyvələr sakinlərin şəxsi xurma bağlarından yığılır. Burada  istehsal edilən məhsullar ekoloji cəhətdən təmizdir. Onlar qablaşdırılmış formada həm daxili bazarda satılır, həm də MDB-yə və digər ölkələrə ixrac olunur. Müəssisənin fəaliyyətə başlaması ilə yerli əhalinin xurma ağaclarının əkininə marağı xeyli artıb. Yeri gəlmişkən, qeyd edək ki, müəssisə ilə tanışlıqdan sonra qonaqlar ərazidə xurma ağacları əkdilər. 

Rəsmi açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bildirdi ki, xurma festivalının keçirilməsi Balakən üçün xüsusi önəm daşıyır: "Festival rayonda kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafını stimullaşdırır. Tədbirin yerli məhsulların xarici bazarlarda satışının təşviqi baxımından da böyük əhəmiyyəti var. Xurma festivalının keçirilməsi, eyni zamanda rayonun milli adət-ənənələrinin, qonaqpərvərliyinin, turizm imkanlarının tanıdılmasında, xurmadan hazırlanan məhsulların təşviqində vacib rol oynayır".

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Qadir Yusifov çıxış edərək bu gün ölkəmizdə qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçiliyin mühüm rol oynadığını, Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında xurmanın xüsusi yer tutduğunu vurğuladılar, festivalın işinə uğurlar arzuladılar.

Sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsulları sərgilərinə baxdılar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, "Azəryem Sənaye" MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb oldu. Məlumat verildi ki, Balakəndə 770 hektar xurma bağı var. 2023-cü ildə bağlardan 15 min 755 ton məhsul yığılıb. Hazırda rayonun xurma bağlarında məhsul yığımı davam edir. İndiyədək 9,3 min ton məhsul tədarük olunub. Bu ilin yanvar-sentyabr aylarında ölkəmizdən xarici bazarlara 37700 ton xurma ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,8 faiz çoxdur. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bu ilin 9 ayında ixrac edilən xurmanın ümumi dəyəri 29,1 milyon dollar olub. Xurma satışından əldə olunan vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 75,4 faiz artıb. 

Xurma festivalı mədəniyyət və istirahət parkının ərazisindəki meydanda konsert proqramı ilə davam etdi.


Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın Xalq rəssamı Şuşada fərdi sərgi açmaq arzusundadır

16:08
31 Oktyabr

Noyabrın ilk günlərində hava şəraiti sabit, əsasən yağmursuz olacaq – AYLIQ PROQNOZ

15:33
31 Oktyabr

Paşinyan: Ermənistan vətəndaşlarının böyük əksəriyyəti dövlət müstəqilliyinin dəqiq tarixini bilmir  

15:32
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

15:23
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

15:15
31 Oktyabr

Çində yanğın nəticəsində 20-dən çox insan xəsarət alıb

15:12
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

14:59
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

14:54
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

14:51
31 Oktyabr

Qazaxıstan COP29-da ilk dəfə öz pavilyonunu təqdim edəcək

14:48
31 Oktyabr

Naftalana gələn xarici turistlər arasında Rusiya, Özbəkistan və Qazaxıstan vətəndaşları üstünlük təşkil edir

14:45
31 Oktyabr

COP29 zamanı menyular QR kodla təqdim olunacaq, qidalanmada yeni məhsullara üstünlük veriləcək  

14:36
31 Oktyabr

Azərbaycanın gənc boksçuları dünya birinciliyində yeni rekorda imza atıblar  

14:33
31 Oktyabr

Prezident İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub YENİLƏNİB

14:32
31 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:27
31 Oktyabr

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

14:26
31 Oktyabr

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!