13 Oktyabr 2026 17:27
359
CƏMİYYƏT
A- A+
Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq  

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq  


Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) süni intellekt xidmətlərinin adından istifadə etməklə istifadəçilərin hesab məlumatlarını ələ keçirməyə yönəlmiş yeni fişinq kampaniyası barədə xəbərdarlıq edib.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, kampaniya çərçivəsində “ChatGPT”, “Gemini”, “Claude”, “Perplexity”, “Meta Muse” və “Manus” kimi tanınmış süni intellekt xidmətlərinin adından saxta reklam portalları yaradılıb. Həmin portallar istifadəçilərə reklam kampaniyalarının idarə edilməsi, reklam xərclərinin təhlili və biznes hesablarının xidmətlərə qoşulması kimi imkanlar təklif edir.

“Əslində isə bu saytların əsas məqsədi istifadəçilərin giriş məlumatlarını və birdəfəlik təsdiq kodlarını ələ keçirməkdir. Hücum zamanı istifadəçilərə həqiqi giriş pəncərələrinə bənzəyən saxta interfeyslər təqdim olunur. Bu interfeyslər ayrıca brauzer pəncərəsi deyil, veb-səhifənin daxilində yaradılmış vizual elementlərdir.

İstifadəçi həmin pəncərəyə istifadəçi adını və parolunu daxil etdikdə məlumatlar hücumçulara ötürülür. Daha sonra birdəfəlik təsdiq kodu tələb edilərək hesaba giriş imkanının əldə olunmasına cəhd göstərilir. Beləliklə, çoxfaktorlu autentifikasiyadan istifadə edilməsi belə, istifadəçinin aldadıldığı hallarda hesabın ələ keçirilməsinin qarşısını tam almaya bilər.

Araşdırma zamanı kampaniyanın reklam hesablarının idarəçiləri, media alıcıları və reklam agentliklərinin əməkdaşları kimi konkret peşə qruplarını hədəf aldığı müəyyənləşib. Bu hesabların ələ keçirilməsi maliyyə itkilərinə, icazəsiz reklamların yayımlanmasına və hesabların qanuni sahibləri üçün idarəetmə imkanlarının məhdudlaşdırılmasına səbəb ola bilər”, - deyə məlumatda qeyd olunub.

Tədqiqatçılar eyni infrastrukturdan istifadə edən digər fişinq istiqamətlərini də müəyyənləşdiriblər. Bunlara “Google Ads” adından vəsaitin geri qaytarılmasını vəd edən saxta saytlar, eləcə də müxtəlif şirkətlərin adından yaradılmış saxta işə qəbul səhifələri daxildir. Müşahidələr kampaniyanın yayılmasında ödənişli internet reklamlarından da istifadə olunduğunu göstərir.

MKA istifadəçiləri aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırır:

- Süni intellekt xidmətlərini və digər rəqəmsal alətləri biznes hesablarına yalnız rəsmi saytlar və etibarlı inteqrasiya kanalları vasitəsilə qoşun.

- Giriş pəncərəsinin daxilində göstərilən ünvana deyil, brauzerin öz ünvan sətrinə diqqət yetirin.

- Şübhəli məktublardakı keçidlərə daxil olmayın və tanınmış şirkətlərin adından göndərilən dəvətləri yoxlamadan qəbul etməyin.

- Birdəfəlik təsdiq kodlarını yalnız özünüz başladığınız giriş əməliyyatı zamanı daxil edin və heç kimlə paylaşmayın.

Bununla yanaşı, MKA mütəxəssisləri bildirir ki, əgər giriş məlumatlarınızın fişinq səhifəsinə daxil edildiyindən şübhələnirsinizsə, dərhal parolunuzu dəyişin, aktiv sessiyaları dayandırın və hesabın administrator siyahısını yoxlayın. Həmçinin hesabdakı icazələri, ödəniş məlumatlarını və son əməliyyatları nəzərdən keçirmək tövsiyyə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!