09 Dekabr 2025 17:34
542
CƏMİYYƏT
A- A+
SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib  

SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib  


Bakı Kitab Mərkəzində SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəxri qonaq qismində iştirak etdiyi tədbirdə ilk öncə şəhid və Vətən müharibəsi veteranlarının övladları üçün qısa tur təşkil edilib.

Daha sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin vokal dərnəyinin üzvləri Tofiq Quliyevin “Dostluq mahnısı”nı ifa edib, həmçinin “Sənət” incəsənət mərkəzinin bədii qrupu “Dəniz” rəqsini təqdim edib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova və kitabın müəllifi, Əməkdar artist Bəhram Bağırzadə qonaqları salamlayaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya tədbirdə iştirakına və göstərdiyi diqqətə görə təşəkkürlərini bildiriblər.

Tədbirdə çıxış edənlər “Qara qızılın sirri” kitabı barədə fikirlərini bölüşərək, Azərbaycanın neft tarixindən bəhs edən nəşrin əhəmiyyətini qeyd edib, kitabın növbəti cildinin ölkəmizin yeni enerji strategiyasının müəllifi, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nə həsr ediləcəyini vurğulayıblar.

Tədbirdə, həmçinin Şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının dövlətimiz tərəfindən xüsusi qayğı ilə əhatə olunduqları diqqətə çatdırılıb. Tarixi zəfərlərimizin memarı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordumuza minnətdarlıq ifadə edilib. Heydər Əliyev Fondu tərəfindən Şəhid ailələrinə və müharibə veteranlarına göstərilən davamlı diqqət xüsusi vurğulanaraq Fondun vitse-prezidenti Leyla Əliyevanın bu kimi layihələrdə şəxsən iştirakının tədbirləri daha da əlamətdar etdiyi bildirilib.

Təqdimatın “Oxu saatı” hissəsində SOCAR könüllüləri tərəfindən uşaqlara “Qara qızılın sirri” kitabından parçalar səsləndirilib. Tədbir çərçivəsində kitabın müəllifi Bəhram Bağırzadə uşaqlar üçün xüsusi imzalama sessiyası keçirib.

Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

1 870 tələbəyə xoş xəbər: təhsil ödənişsiz oldu

19:51
06 Oktyabr

Missiyalarını tamamlayan humanoid robotlar atəşə tullanaraq özlərini məhv etdilər  

19:44
06 Oktyabr

“TikTok”da süni intellektlə işləyən alış-veriş dövrü başlayır  

19:29
06 Oktyabr

Tək qulaqlıqla musiqi dinləmək karlıq riski yaradır

19:21
06 Oktyabr

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

18:52
06 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb  

18:41
06 Oktyabr

Avroviziyada daha bir ölkə səhnədən çəkildi

18:36
06 Oktyabr

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub  

18:27
06 Oktyabr

ADY-nin sərnişin qatarı sürət yığdı

18:16
06 Oktyabr

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

18:09
06 Oktyabr

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb  

18:01
06 Oktyabr

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib  

17:52
06 Oktyabr

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər  

17:45
06 Oktyabr

Hazır ol, İstanbul! Formula 1-in möhtəşəm dönüş tarixi bəlli oldu

17:33
06 Oktyabr

Başımızın çəkisi necə artır ?

17:07
06 Oktyabr

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB

16:48
06 Oktyabr

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb  

16:47
06 Oktyabr

İdeoloji hədəflər

16:46
06 Oktyabr

“ChatGPT” yazdığı mətnlərə görünməz su nişanı əlavə edəcək  

16:43
06 Oktyabr

Suverenlik missiyası  

16:31
06 Oktyabr

ABŞ və Avstraliya “HACM” yeni hipersəsli raketini sınaqdan keçirib  

16:25
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!