06 Oktyabr 2026 09:20
748
Mədəniyyət
A- A+
Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri


Hər tamaşa böyük zəhmətlə hazırlanır. Tamaşaçılar isə səhnədə, ilk növbədə, aktyorları görürlər. Onların oyunlarına, mimikalarına diqqət kəsilirlər, ya bəyənib alqışlayır, ya da tənqid edirlər. Əlbəttə, hər bir tamaşanın uğurlu alınmasında aktyorların məharəti, istedadı və peşəkarlığı danılmazdır. Ancaq tamaşaçılara təsir edən yalnız aktyor oyunları deyil. Onlar baxdıqları tamaşa haqqında rəy bildirəndə fəqinə varmadan, həm də pərdə arxasındakı qəhrəmanların əməyini, bacarığını dəyərləndirirlər. 

Teatrın gözəgörünməz istedadlı sənətkarlarından biri də rəssamlardır. Bütün tamaşalarda onların böyük zəhməti, axtarışları və təsəvvürləri var. Ötən əsrin əvvəllərində tərtibat-dekorasiya və geyim sənətinin inkişafında, formalaşmasında böyük xidmətləri olan ilk professional qadın rəssamlarımızdan biri Bədurə Əfqanlı da neçə-neçə tamaşanın tamaşaçıların rəğbətini qazanmasında əvəzsiz rol oynayıb.

O, rəssamlığa kiçik yaşlarından meyl salıb. 1912-ci il oktyabrın 25-də Bakıda ziyalı aləsində dünyaya gələn Bədurə xanımı ata qayğısı, ana nəvazişi ilə keçən uşaqlıq çağlarından gördüklərini, duyduqlarını kağıza köçürmək istəyib. Evlərində sənətə, ədəbiyyata maraq olub. Onun dövlət qulluğunda çalışan atası Məlik Ağamalov macal tapanda rəsmlər çəkib, uşaqlarına ədəbiyyatdan, incəsənətdən söz açıb.

Hər il ailəlikcə köçüb, bütün yayı keçirdikləri Novxanıdakı bağ evləri, tez-tez sahilinə qaçdığı dənizin əsrarəngiz gözəlliyi, el şənlikləri onun yaddaşında dərin izlər salıb. Gördükləri Bədurə xanıma bitib-tükənməz mövzular verib. Yay tətili başa çatıb şəhərə qayıtdıqdan sonra da fürsət tapan kimi onları yaddaşından kağıza köçürüb.

Onun rəssamlıq istedadı, həvəsi orta məktəbdə oxuduğu illərdə müəllimlərinin, şagird yoldaşlarının da diqqətini cəlb edib. Heç kim Bədurə xanımın rəssam olacağına şübhə etməyib. Amma onun orta məktəbi başa vuranda  Bakı Rəssamlıq Məktəbinə getməyə cürəti çatmayıb. 1929-cu ildə sənədlərini Bakı Pedaqoji Texnikumuna verib. Həmin texnikumun tələbəsi olub. Rəssamlığa marağı isə nəinki azalmayıb, gündən-günə artıb.

Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra beş il orta məktəbdə müəllim işləyib. 1931-ci ildə Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə daxil olub. Həm çalışıb, həm də rəssamlıq təhsili alıb.

Tələbəlik illərində dünya incəsənət tarixini öyrənməyə başlayan Bədurə xanım Moskvada, Sankt-Peterburqda yerləşən qalereya, teatr və etnoqrafiya muzeylərində olub.

O illərdə artıq tanınmış aktyor olan Rza Əfqanlıyla tanışlığı Bədurə xanımın sənətlə bağlı düşüncələrinə yeni istiqamət verib. Teatr rəssamı olmaq qərarına gəlib. Rəssamlıq məktəbində diplom işi Vilyam Şekspirin "Otello" faciəsi olub.

O, Bakı Rəssamlıq Məktəbində təhsil alan ilk azərbaycanlı qadınlardan biri olmuşdu. Azərbaycanlı qadın teatr rəssamı kimi də birincilik Bədurə Əfqanlının adına yazılıb.

Bədurə xanım teatr sahəsində ilk, kövrək addımlarını atanda həyat yoldaşı Rza Əfqanlı əlindən tutub. 1930-cu ildə Rza Əfqanlının quruluşçu rejissoru olduğu "Qaçaq Kərəm" tamaşasının bədii tərtibatını verib. Onlar uzun illər birgə tamaşalar hazırlayıblar. "Şeyx Sənan", "Aşıq Qərib", "1905-ci ildə", "Sevil" tamaşaları əfqanlılara daha çox uğur gətirib. Bir müddət Türkmənistanda, Aşqabad Dram Teatrında fəaliyyət göstəriblər. Bakıya qayıtdıqdan sonra da böyük həvəslə yaradıcılıqlarını davam etdiriblər.

1938-ci ildə Bədurə xanım Azərbaycan Dövlət Dram Teatrına dəvət olunub. Həmin teatrda rəssam assistenti  kimi fəaliyyətə başlayan Bədurə Əfqanlı çox keçməyib ki, tamaşalara müstəqil quruluşlar verib. O, sonralar Azərbaycan Dövlət Rus Dram Teatrının da bir sıra tamaşalarının rəssamı olub. Milli Dram Teatrda "Aslan yatağı", "Aydın", "Solğun çiçəklər", "Qatır Məmməd", "Məhəbbət", "İnsan", "İşıqlı yollar", "Bahar", "Köhnə dostlar", "Bir evin sirri", "Rəqs müəllimi", "Namus", "Bahar suları", Opera və Balet Teatrında "Sevil", "Leyli və Məcnun",  Rus Dram Teatrında "Vaqif", "Aydın" və başqa  tamaşalara geyim eskizləri çəkib. Bədurə xanım bir çox tamaşaların həm də rəssamlıq tərtibatını, obrazların qrimlərinin eskizlərini hazırlayıb.

İllər keçdikcə quruluşçu rəssam kimi daha da məşhurlaşıb. Onun eskizləri, bədii tərtibat verdiyi tamaşalar digər rəssamlar üçün  nümunə sayılıb.

Rejissor Adil İsgəndərovla birgə hazırladığı "Fərhad və Şirin" tamaşası 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyündə Vaxtanqov teatrında uğurla təqdim edilib.

Bədurə Əfqanlı teatrlarla bərabər, kinostudiyada da işləyib. 1960-cı ildən "Azərbaycanfilm" kinostudiyasında geyim üzrə rəssam kimi çalışıb. O, "Koroğlu", "Leyli və Məcnun", "Dədə Qorqud", "Böyük dayaq", "Dəli Kür", "O qızı tapın", "Qatır Məmməd", "Məhəbbət dastanı" və başqa filmlərin geyim eskizlərini çəkib. Bədurə xanımın qızı Xalidə xanımdan eşitmişdik: "Anam Azərbaycanın ən məşhur kinofilmlər rəssamı kimi tanındı. Həmişə də assistentsiz işləyirdi. O, Soltan Dadaşov, Adil İsgəndərov, Lətif Səfərov, Həsən Seyidbəyli kimi böyük sənətkarlarla işlədi".

Rəqs ansamblı, bədii özfəaliyyət kollektivləri üçün də geyim eskizləri hazırlayıb. Uzun illər Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrının kollektivi Bədurə Əfqanlının məsləhət bildiyi geyimlərlə səhnəyə çıxıb.

Qızı Bədurə xanımın 1949-cu ildə Əməkdar incəsənət xadimi adına layiq görülməsindən danışırdı: "O vaxt Azərbaycanın rəhbəri olan Mir Cəfər Bağırov təqdim olunan siyahıda anamın adını görməyəndə soruşub: "Bəs sizin gənc rəssamınız Bədurə Əfqanlının adı niyə yazılmayıb? O, ildə bir neçə tamaşanın quruluşçu rəssamı olub". Bundan sonra anamın adını da təltif olunanların siyahısına yazıblar".

Xalq artisti fəxri adına isə Bədurə Əfqanlı 1974-cü ildə layiq görülüb. "Şərəf nişanı" ordeni ilə təltif olunub.

Onun bir çox əsəri Azərbaycan Dövlət Teatr Muzeyi və Mokvadakı A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində saxlanılır.

Bədurə Əfqanlı doxsan il ömür sürüb. 2002-ci il mayının 7-də vəfat edib. Ömrünün son illərini keçmiş günlərinin xiffəti ilə keçirib. Ancaq nə qocalıq, nə də xəstəlik Bədurə xanımın sənətlə bağlı arzularını tükəndirə bilməyib. Bir də yaratdığı əsərlərin onu heç vaxt unudulmağa qoymayacağına inamını itirməyib.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!