08 Oktyabr 2026 15:51
503
SİYASƏT
A- A+
Milli təhlükəsizlik konsepsiyasında hərbi güc amili   

Milli təhlükəsizlik konsepsiyasında hərbi güc amili   


Geosiyasi reallıqlar şəraitində Azərbaycanın müdafiə potensialının daim gücləndirilməsi dövlət siyasətinin dəyişməz prioritetidir


Dünyada baş verən mürəkkəb geosiyasi dəyişikliklər, yeni münaqişə ocaqlarının yaranması və beynəlxalq təhlükəsizlik sisteminin zəifləməsi fonunda hərbi gücün davamlı şəkildə artırılması, dövlət sərhədlərinin etibarlı mühafizəsi, eyni zamanda potensial təhdidlərə hazırlıq Azərbaycanın dövlət siyasətinin vacib prioritet istiqamətlərindən biridir. Xüsusən, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yaranmış regional reallıqlar şəraitində ölkəmizin milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi və yerli müdafiə sənayesinin inkişafı strateji əhəmiyyət kəsb edir. Çünki hərbi-strateji kurs ilk növbədə ərazi bütövlüyümüzün və suverenliyimizin əsas təminatıdır. 

Bu strateji zərurət təkcə regional proseslərlə deyil, həm də dövlətimizin milli təhlükəsizlik konsepsiyasının təməl prinsipləri ilə birbaşa bağlıdır. Məhz bu məntiqdən çıxış edərək, ölkə rəhbərliyi müdafiə qabiliyyətinin artırılmasını dəyişməz prioritet kimi müəyyənləşdirib. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli çıxışında ölkəmizin müdafiə potensialının davamlı gücləndirilməsinin həyati zərurətini xüsusi vurğulayıb: “İlk növbədə, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib”. 

Dövlətimizin başçısı vurğulayıb ki, biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq: “Necə ki, bu gün belədir, sabah da belə olacaq. Ona görə bu, birinci amildir”. Tarixi yaddaşın itirilməsi və arxayınlıq yeni faciələrə yol aça bilər. Məhz buna görə də qazanılmış tarixi qələbəyə baxmayaraq, hərbi üstünlüyün davamlı şəkildə qorunması təhlükəsizliyimizin əsas şərtidir. Tarixi sınaqlardan dərs çıxarmaq və hər an ayıq-sayıq olmaq milli təhlükəsizlik strategiyamızın ana xəttini təşkil edir. Nəzərə alınmalıdır ki, sülh və sabitlik yalnız güclü müdafiə potenasialı ilə təmin oluna bilər.

Çıxışında qlobal miqyasda gərginləşən vəziyyətə və beynəlxalq təhlükəsizlik arxitekturasında yaranan ciddi böhrana diqqət çəkən Prezident İlham Əliyev hərbi gücün artırılmasını şərtləndirən ikinci amil kimi dünyada gedən prosesləri, müharibələrin çoxalmasını göstərib: “Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq". Geosiyasi təhdidlərə qarşı ölkəmizin güclü müdafiə qalxanına malik olmasının vacibliyini qeyd edən dövlətimizin başçısı vurğulayıb ki, elə güc əldə etməliyik ki, Azərbaycana qarşı hansısa təxribat törətmək heç kimin ağlına gəlməsin: “Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur”. 

Prezident İlham Əliyevin bəyan etdiyi bu strateji yanaşmaya uyğun olaraq, Azərbaycan Ordusunun modernləşdirilməsi prosesi uzunmüddətli və sistemli şəkildə həyata keçirilir. Müasir standartlara, xüsusən də komando briqadalarının yaradılmasına və yüksək texnologiyalı silah sistemlərinin tətbiqinə əsaslanan islahatlar Silahlı Qüvvələrimizin çevikliyini, operativliyini və vurucu gücünü keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Hərbi təhsil sisteminin yenilənməsi, kadr potensialının gücləndirilməsi və şəxsi heyətin peşəkarlığının yüksəldilməsi ordumuzun regionun ən qüdrətli hərbi təsisatı kimi mövqeyini qoruyub saxlamasını təmin edir. 2020-ci ildə əldə olunan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı bu hazırlığın, yüksək döyüş qabiliyyətinin və düzgün strateji planlamanın əyani təsdiqidir. 

Ölkəmizin hərbi-müdafiə xərclərinin dinamikası da göstərir ki, 44 günlük müharibədən sonra təhlükəsizlik məsələləri dövlət büdcəsinin öncəliyi olaraq qalır. Statistik məlumatlara nəzər salsaq görərik ki, 2021-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə 4 milyard 585 milyon manat ayrıldığı halda, 2024-cü ildə bu məbləğ 6 milyard 421 milyon manata yüksəlib. Müdafiə potensialının artırılması kursu növbəti illərdə də ardıcıl şəkildə davam etdirilərək 2025-ci ilin büdcə zərfində 8 milyard 565 milyon manat, 2026-cı ilin dövlət büdcəsində isə 8,7 milyard manat səviyyəsində təsdiqlənib. 2027-ci ilin dövlət büdcəsi proqnozlarında isə müdafiə və milli təhlükəsizlik xərclərinin 9 milyon manata yaxın nəzərdə tutulması dövlətimizin öz təhlükəsizliyinə və hərbi gücünün artırılmasına göstərdiyi yüksək diqqətin bariz  nümunəsidir. 

Dövlət büdcəsindən ayrılan irihəcmli maliyyə həm də hərbi-texniki siyasətin köklü şəkildə şaxələndirilməsinə xidmət edir. Azərbaycan son illərdə ənənəvi xarici platformalardan daha çox Türkiyə, İsrail və Pakistan kimi strateji tərəfdaşlarla əməkdaşlığa, eyni zamanda yerli hərbi sənaye kompleksinin istehsal imkanlarına söykənən modelə keçidi sürətləndirir. Aviasiya parkının yenilənməsi proqramı çərçivəsində Pakistanla müasir qırıcı təyyarələrin alınması barədə sazişlərin imzalanması, eləcə də bir sıra Avropa dövlətləri ilə aparılan danışıqlar bu istiqamətdə atılan mühüm addımlardır. Pilotsuz uçuş aparatları, uzaqmənzilli dəqiq vurucu sistemlər və modern hava hücumundan müdafiə komplekslərinin inteqrasiyası ordumuzun texnoloji üstünlüyünü təmin edir. 

Dövrün tələblərinə uyğun olaraq, milli təhlükəsizlik konsepsiyası həm də yeni çağırışları əhatə edir. Bu gün kibertəhlükəsizlik, informasiya müharibəsi, süni intellekt və modern rabitə sistemləri müdafiə strategiyasının ayrılmaz tərkib hissəsinə çevrilib. Bu baxımdan milli müdafiə qabiliyyətinin yüksəldilməsində cəmiyyətin mənəvi-ideoloji hazırlığı, vətənpərvərlik, dövlətə sədaqət və milli həmrəylik mühüm rol oynayır. 

Azərbaycanın müdafiə potensialını və hərbi gücünü ardıcıl olaraq artırması Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunmasına hesablanıb. Güclü ordu və inkişaf etmiş müdafiə sənayesi potensial təhdidlərin qarşısını alan effektiv çəkindirici faktor olmaqla yanaşı, siyasi-diplomatik müstəvidə dövlətin milli maraqlarını daha inamla qorumasına imkan verir. Bu konsepsiya Azərbaycanın milli maraqlarının hər şəraitdə qətiyyətlə qorunmasını və dövlətimizin regional liderliyinin davamlılığını təmin edən əsas amildir.


İsmayıl QOCAYEV, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
23 Oktyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

00:58
23 Oktyabr

E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında

00:57
23 Oktyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:56
23 Oktyabr

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!