17 Oktyabr 2026 09:00
909
CƏMİYYƏT
A- A+
Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı


Oktyabrın 18-də Azərbaycan müstəqilliyinin bərpasının 35 illiyini qeyd edir. Bu yubileyi bu günlərdə keçmişə dərin ehtiram, bu günə qürur və gələcəyə böyük inam hissləri ilə yaşayırıq.

Vətənimizin müasir tarixi, sadəcə, təqvim vərəqləri sırası deyil, torpağın altından çıxan sərvətlə torpağın üstünə tökülən qanın, suverenliyimizin tam bərpasının sevincinin verdiyimiz itkilərin acısı ilə qovuşduğu mürəkkəb bir salnamədir.

XIX əsrin sonlarında Bakının Balaxanı ərazisində "qara qızıl" dünya iqtisadiyyatının mərkəzinə çevrilərkən, bu torpaq öz taleyinin yükünü də "qara qızıl" hesabına öz çiyinlərinə götürmüşdü.

1991-ci ildə bərpa olunan müstəqillik xalqımıza təkcə azadlıq gətirmədi, müasir tariximizin ən ağır sınağı - Birinci Qarabağ müharibəsi ilə qapımızı döydü.

Sərvətlərimizə yenidən sahib çıxacağımız parlaq gələcək vəd etdiyi bir dövrdə Vətənin çağırışına səs verən minlərlə gənc neft buruqlarından, elm, sənət və yarımçıq qalmış arzularından keçərək cəbhəyə yollandı. Birinci Qarabağ müharibəsində canlarını fəda edən şəhidlərimiz müstəqilliyimizin ilk kövrək addımlarını öz qanları ilə suvaran təməl daşları oldular.

Ümummilli Lider Heydər Əliyevin strateji siyasi və iqtisadi xətti ilə gedən bugünkü Azərbaycanın müstəqil dövlətçiliyinin arxasında duran güc təkcə geoloji sərvətlərimiz deyil, torpaq uğrunda gözünü qırpmadan canından keçən o qəhrəmanların da əbədi xatirəsidir.

"Balakhani Operating Company LTD" daxil olmaqla, bu gün Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən hasilat şirkətlərində 160-dan çox Birinci Qarabağ müharibəsi qazisi çalışır.

Balaxanı neftçisi Orxan Məmmədzadə isə həmin qazilərdən birinin - məzarı olmayan Bayram Məmmədovun yadigarıdır.

Atasını itirəndə Orxanın bir yaşı belə yox idi. Onun isti qucağını və şəxsi xatirələrini yalnız ailəsinin danışdığı məhəbbət dolu hekayələrdən quran neftçi üçün "Balakhani Operating Company LTD", sadəcə, iş yeri deyil, illər əvvəl burada neft buruqlarında çalışmış atasının rəmzi ocağıdır.

1992-ci ildə səfərbərliyə çağırılan Bayram Məmmədov Füzuli rayonunda Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib, ağır döyüşlər zamanı Qacar kəndində itkin düşüb. İllər sonra Tbilisidə üzə çıxan siyahıda adı ermənilər tərəfindən girov saxlanılan azərbaycanlı əsgərlər arasında tapılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi reyestrində "itkin düşmüş şəhid" olaraq qeydiyyata alınan Bayram Məmmədovun yekunda ölüm tarixi məhkəmə qərarı ilə 1995-ci ilin noyabrı kimi tanınıb.

Atasının işə olan məsuliyyətini və Vətən sevgisini özünə həyat yolu seçən neftçi Orxan Məmmədzadə Balaxanıda şəhid valideyninin xatirəsini və arzularını şərəflə yaşadır: "Mənim atam barədə xatirələrim ailəmin danışdıqları, onun şəkilləri və vaxtilə birlikdə çalışdığı neftçilərin xatirələrindən ibarətdir. Bəlkə buna görə də işlədiyim kollektiv mənə ailə qədər doğmadır. "Şəhid övladı" olmaq, sadəcə, bir ad deyil. Bu, insanın həyatında daşıdığı mənəvi məsuliyyətdir. Atamın ən böyük mirası onun adı, şərəfli həyat yolu və Vətən uğrunda göstərdiyi fədakarlıqdır. Mən də öz həyatımı və fəaliyyətimi bu ada layiq qurmağa çalışıram".

AZƏRTAC-ın "Məzarsız qəhrəman Bayram Məmmədov bugünkü Azərbaycanı görsəydi nə deyərdi" sualına isə oğlu Orxan belə cavab verir: "Yəqin ki, bugünkü qalib, suveren və başıuca Azərbaycanı görsəydi deyərdi ki, Füzuli, Şuşa, Xocalı, Xankəndi və bütün müstəqil Azərbaycan üzərində dalğalanan üçrəngli bayrağı görüb anlayıram ki, mənim məzarım yox deyilmiş. Mənim məzarım azad edilmiş hər qarış torpaqdır! Qoyduğumuz o kövrək təməl daşları bu gün böyük bir Zəfər abidəsinə çevrilib".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!