19 Oktyabr 2026 22:09
699
CƏMİYYƏT
A- A+
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb  

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb  


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistanın Arkadağ şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oğulcahan Atabayeva birgə fəaliyyət sayəsində Azərbaycan-Türkmənistan qardaşlıq münasibətlərinin iki fond səviyyəsində də dinamik inkişaf etdiyini bildirib. O, bir çox ölkədə nümayiş etdirilmiş və sabah açılışı nəzərdə tutulan MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin dərin məna daşıdığını diqqətə çatdırıb. O.Atabayevanın sözlərinə görə, incəsənət xalqları və millətləri birləşdirən universal beynəlxalq dildir. Bu sərgi yalnız mənəvi-mədəni zövq bəxş etmir, hətta ətraf mühitin mühafizəsi məsələlərinə də diqqət çəkir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iki ölkəni birləşdirən ortaq ənənələri və mədəni irsi xüsusi qeyd edib. O, hər iki ölkənin üzləşdiyi ümumi ekoloji problemlərə, o cümlədən Xəzər dənizinin səviyyəsinin enməsi məsələsinə diqqət çəkərək, MAMA “Ana təbiət” sərgisinin ictimaiyyətin diqqətini məhz bu mövzuya cəlb etmək məqsədi daşıdığını deyib. Leyla Əliyeva hər bir insanın təbiətə qarşı məsuliyyətli olmasının və birgə evimiz olan planetimizə qayğı göstərməyin vacibliyini qeyd edib. O, həmçinin su ehtiyatlarının qorunması problemlərini işıqlandıran Heydər Əliyev Fondunun “Bir damcı” layihəsini də xatırladıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ARDNF dövlət büdcəsinə 9,6 milyard manat köçürüb

14:29
20 Oktyabr

ARDNF-nin investisiya portfelində ABŞ dollarının payı 3 faizdən çox artıb  

14:25
20 Oktyabr

ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər açıqlanıb

14:18
20 Oktyabr

Nazir: “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Avropaya ildə 20 teravat-saat elektrik enerjisi ötürə bilər  

14:11
20 Oktyabr

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları ötüb

14:10
20 Oktyabr

Zəngilan doğma sakinlərinin qayıdışı ilə yeni inkişaf dövrünü yaşayır  

14:04
20 Oktyabr

Yaxın Şərq problemi həll olunmasa Avropada problemlər daha da artacaq

14:01
20 Oktyabr

“Azəri-Çıraq-Günəşli” yatağından ARDNF-yə daxil olan gəlirlər 6 faizdən çox artıb

13:51
20 Oktyabr

Kiyev-Odessa avtomagistralına dron hücumu nəticəsində 3 nəfər ölüb  

13:39
20 Oktyabr

Azərbaycan nefti 118 dollara satılır 

13:36
20 Oktyabr

Milli Məclisin sədri: TÜRKPA çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk  

13:23
20 Oktyabr

Nazir: Bu il Azərbaycanda bərpaolunan enerjinin elektrik istehsalında payı 20 faizə yüksəlib  

13:09
20 Oktyabr

Zəngilan: tarixi yaddaşdan böyük qayıdışa  

12:41
20 Oktyabr

Dövlət Neft Fondunun qızıl ehtiyatları açıqlanıb

12:37
20 Oktyabr

ARDNF-nin neft-qaz gəlirləri 11 faizdən çox artıb  

12:27
20 Oktyabr

Ombudsman “Uşaq Hüquqları Aylığı” elan edib  

12:15
20 Oktyabr

Zəngilan regional və beynəlxalq nəqliyyat-logistika siyasətində xüsusi yer tutur  

11:23
20 Oktyabr

İƏT çərçivəsində Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası yaradılıb  

11:06
20 Oktyabr

Ötən gün 54 cinayətin açılması təmin olunub

10:53
20 Oktyabr

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:50
20 Oktyabr

Birjalarda neft bahalaşıb

10:49
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!