12 Noyabr 2026 15:10
634
SİYASƏT
A- A+
Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınıb  

Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınıb  


1918-1920-ci illərdə cəmi 23 ay mövcud olduğundan Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə yeni Konstitusiyanın hazırlanması dövlət quruculuğunun qarşısında duran əsas vəzifələrdən biri idi. Lakin ölkədə hökm sürən siyasi böhran, hakimiyyət qarşıdurmaları, iqtisadi tənəzzül və təhlükəsizlik problemləri bu istiqamətdə zəruri addımların atılmasına imkan vermədi. Dövlət müstəqilliyi ciddi təhlükələrlə üzləşmiş, cəmiyyətin sabitliyi və vətəndaşların təhlükəsizliyi böyük sınaq qarşısında qalmışdı.

Milli Məclisin deputatı Könül NURULLAYEVA qəzetimizə açıqlamasında deyib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkənin inkişaf istiqamətində əsaslı dönüş yaratdı: “İctimai-siyasi sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu yeni Konstitusiyanın hazırlanması üçün zəruri şərait formalaşdırdı. Dahi siyasətçi Heydər Əliyev müstəqil Azərbaycanın Əsas Qanununun uzunmüddətli dövlətçilik maraqlarına xidmət etməli olduğunu xüsusi vurğulayırdı: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”. Məhz bu dövlətçilik fəlsəfəsi əsasında hazırlanmış Konstitusiya 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. Seçicilərin 91,9 faizinin dəstəklədiyi Konstitusiya noyabrın 27-də qüvvəyə mindi. Bununla da müstəqil Azərbaycanın hüquqi və institusional quruculuğunda yeni mərhələnin əsası qoyuldu”.

Deputat bildirib ki, Konstitusiyanın mühüm xüsusiyyətlərindən biri insan hüquq və azadlıqlarına verdiyi geniş təminatlardır. Təsadüfi deyil ki, Əsas Qanunun 48 maddəsi bilavasitə insan hüquqları və onların müdafiəsi məsələlərini əhatə edir. Bu müddəalar Azərbaycanın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas istiqamətlərini müəyyənləşdirir. Konstitusiyanın qəbulundan sonrakı dövrdə ölkənin hüquqi bazası və dövlət institutları inkişaf etdirildi. 1998-ci ildə Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar isə dəyişən ictimai-siyasi və idarəetmə reallıqlarına uyğun olaraq Ana Qanunun təkmilləşdirilməsinə imkan yaratdı. “Azərbaycan Konstitusiyasının tarixi əhəmiyyəti bu gün ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi fonunda daha aydın görünür. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyi təmin edildi. Bununla da Konstitusiyanın Preambulasında bəyan edilmiş müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması niyyətləri yeni tarixi reallıqda öz ifadəsini tapdı. Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar Konstitusiyanın dövlətçilik tariximizdəki yerinin, suverenliyin bərpasının və hüquqi dövlət quruculuğunun əhəmiyyətinin bir daha ön plana çıxarılması idi”, – o deyə o bildirdi.

K.Nurullayeva vurğulayıb ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və həmin ərazilərdə dövlət idarəçiliyinin bərpası suverenliyin real göstəriciləridir. Azərbaycanın bütün ərazisində Konstitusiyanın hüquqi qüvvəsinin təmin olunması müstəqil dövlətçiliyimizin yeni mərhələsinin mühüm təzahürüdür.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və İtaliya sərmayələrin təşviqi ilə bağlı yeni ikitərəfli saziş imzalaya bilər

12:51
23 Noyabr

Nazir: Hazırda Azərbaycanda İtaliyanın 130-a yaxın şirkəti fəaliyyət göstərir

12:48
23 Noyabr

Bakıda İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək

12:27
23 Noyabr

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasında hava limanının tikintisi gələn il yekunlaşacaq

12:11
23 Noyabr

Bu ilin 9 ayında Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 9 milyard dolları ötüb

12:04
23 Noyabr

Son iki gündə 86 cinayətin açılması təmin olunub

11:32
23 Noyabr

Kreml: Rusiya gərgin münasibətlər fonunda Britaniya və Fransaya səfirlər təyin etməyə tələsmir

11:05
23 Noyabr

Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

10:37
23 Noyabr

Bakıda Azərbaycan-İtaliya biznes-forumu işə başlayıb

10:17
23 Noyabr

Qızıl və gümüş bahalaşıb

10:01
23 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı videoçarx paylaşılıb

09:08
23 Noyabr

Tramp: Demokratların qələbəsindən sonra ABŞ fond bazarı 6 trilyon dollar itirib

07:49
23 Noyabr

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

07:36
23 Noyabr

Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib   

20:21
22 Noyabr

Premyer Liqa: “Kəpəz” Gəncədə “Qarabağ”dan xal alıb

18:57
22 Noyabr

Tramp: Açıq sərhədlər ölkələri məhv edir

18:49
22 Noyabr

Premyer Liqa: “Neftçi” Şamaxıdan üç xalla qayıdır

16:29
22 Noyabr

Hava zərbələri nəticəsində Ukraynanın beş bölgəsi işıqsız qalıb

15:59
22 Noyabr

Kiyev vilayətində bina dronla vurulub, 14 nəfər dağıntılar altında qalıb

14:09
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Xankəndidə “Prezident kuboku” uğrunda yarışda 300-ə yaxın atlet iştirak edib

13:17
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!