04 Sentyabr 2026 15:43
689
İQTİSADİYYAT
A- A+
Ekspert: Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi potensialını artıracaq

Ekspert: Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi potensialını artıracaq


Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına tarixi səfəri zamanı bir sıra strateji əhəmiyyətli layihələrin, o cümlədən Naxçıvan Sənaye Parkının təməlinin qoyulması regionun iqtisadi potensialının reallaşdırılması baxımından mühüm addımdır.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımov bildirib.

Ekspert qeyd edib ki, 310 hektar ərazini əhatə edəcək Naxçıvan Sənaye Parkı muxtar respublikada sənayeləşmənin daha sistemli və kompleks şəkildə aparılmasına, yeni iqtisadi imkanların formalaşmasına şərait yaradacaq: “Sənaye parkının yaradılması kənd təsərrüfatı, emal və sənaye sahələrinin vahid istehsal zəncirində birləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Belə bir yanaşma yerli xammalın ilkin formada deyil, emal olunmuş və daha yüksək əlavə dəyər yaradan məhsul kimi dövriyyəyə daxil edilməsinə imkan verəcək. Bu isə istehsalın həcminin artmasına və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə birbaşa təsir göstərəcək”.

C.Qasımovun sözlərinə görə, modern infrastruktura malik belə zonalar kiçik və orta sahibkarlığın inkişafına, investisiya imkanlarının genişlənməsinə yeni stimul verir. Parkın tam gücü ilə fəaliyyət göstərməsi nəticəsində minlərlə iş yerinin yaradılması nəzərdə tutulur ki, bu da layihənin sosial əhəmiyyətini artıran əsas amillərdəndir.

Layihənin digər üstünlüyü iqtisadiyyatın şaxələndirilməsinə xidmət etməsidir. İstehsal və emal müəssisələrinin artması daxili bazarın təminatını yaxşılaşdırmaqla yanaşı, ixrac imkanlarını da genişləndirəcək.

Dünya təcrübəsinə toxunan ekspert bildirib ki, Çində sənaye parkları xarici investisiya və texnologiya transferi, Cənubi Koreyada elmi-tədqiqat əlaqələri, Sinqapurda müasir logistika, Almaniyada yaşıl sənaye və dairəvi iqtisadiyyat, Yaponiyada isə sənaye-universitet əməkdaşlığı üzərində qurulub. Bu qabaqcıl modellərin Naxçıvanın yerli xüsusiyyətləri, coğrafi mövqeyi, kənd təsərrüfatı və enerji potensialı nəzərə alınmaqla tətbiqi böyük effekt yarada bilər.

“Şərur Sənaye Məhəlləsinin fəaliyyəti ilə yanaşı, Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikada sənayeləşmə prosesinin miqyasının genişləndiyini göstərir. Bu layihə yerli xammalın emalından hazır məhsul istehsalına, məşğulluğun artırılmasından innovasiyaların tətbiqinə qədər bir sıra istiqamətləri özündə birləşdirən kompleks iqtisadi platformadır. Bu baxımdan sənaye parkı Naxçıvanın dayanıqlı inkişafının təmin olunması və ölkənin ümumi sənaye potensialındakı payının artırılması baxımından strateji əhəmiyyət kəsb edir”, – deyə Cavadxan Qasımov fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

10:05
06 Oktyabr

İspaniyanın Baş naziri növbədənkənar seçkilər elan edib

09:45
06 Oktyabr

Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib

09:40
06 Oktyabr

Yeni layihələr, tərəfdaşlıqlar və əsas məqamlar

09:35
06 Oktyabr

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

09:30
06 Oktyabr

Azərbaycan kinosunun ilk qadın rejissoru

09:25
06 Oktyabr

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

09:20
06 Oktyabr

Ədalət hissi

09:15
06 Oktyabr

Bu il Goranboyda pambıq bol olacaq

09:10
06 Oktyabr

Naftalanda ağsaqqallarla görüş olub

09:05
06 Oktyabr

Qusarda aqrar sahənin inkişafına dair tədbirlər keçirilir

09:00
06 Oktyabr

Şirvanda yeniyetmə voleybolçularla görüş

08:55
06 Oktyabr

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

08:45
06 Oktyabr

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

08:40
06 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

08:35
06 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
06 Oktyabr

Dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısı

08:25
06 Oktyabr

Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasının premyerası keçirilib

08:20
06 Oktyabr

Hər rəqəmin arxasındakı bir insan, bir ailə, bir ümid

08:15
06 Oktyabr

Müstəqil siyasət və sarsılmaz iradə

08:10
06 Oktyabr

Yeni mərhələnin siyasi xəritəsi: Azərbaycanın gücü və strateji hədəfləri

08:00
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!